M hazir materiallar M llim t e. n. Salahov Rafiq Azad o lu (1)
Kimyəvi maddələrin istehsalı, saxlanılması və istifadəsi zamanı təhlükəsizlik tədbirləri.
Plan
Nüfuzedici radiasiya
Radiasiya əleyhinə daldanacaqlar
Kimyəvi kəşfiyyat cihazları
Ərazinin radioaktiv zəhərlənməsi
Doza ölçən cihaz komplekti
Nüvə dağılma ocaqlarıDozimetrik cihazların ion kamerası və blok sxemləri
Qamma şualanması və neytronlar selindən ibarətdir. Nufuzedici radiasiya nüvə partlayışından sonra cəmi 10-15 saniyə ərzində mühafizə olunmamış canlı orqanizmlərə təsir edir.
O gözə qörünmür, hiss edilmir, lakin məlum olan bütün materiallardan keçir və uzaq məsafələrə yayılaraq insanların zədələnməsinə səbəb olur. Qamma-şüalar elektromaqnit dalğası axınıdır və öz təbiətinə görə rentgen şüaları ilə eynidir. Qamma şuaları insan orqanizmini şualandırarkən canlı hüceyrələrin molekulları ionlaşır, onların həyat fəaliyyəti pozulur və nəticədə insan şua xəstəliyinə tutulur.
Şua xəstəliyinin əlamətləri: Hərarətin artması, ürək bulanması, mədənin pozulması, selikli qişalarda qanaxmanın baş verməsi.
Radiasiya dozasından asılı olaraq şua xəstəliyinin gizli inkişaf dövrü bir neçə saatdan bir neçə həftəyədək davam edə bilər. Şua xəstəliyinin üç dərəcəsi olur. Bu dərəcələr alınan şualanma dozasından və şüalanmaya məruz qalma vaxtından asılı olur:
– birinci dərəcəli şua xəstəliyi – şualanma dozası 100 – 200 R olarkən baş verir və xəstəliyin gizli inkişaf dövrü üç həftəyədək davam edir.
– ikinci dərəcəli şua xəstəliyi – şualanma dozası 200 – 400 R olarkən baş verir və xəstəliyin gizli inkişaf dövrü bir həftəyədək davam edir.
– üçüncü dərəcəli şua xəstəliyi – şualanma dozası 400 – 600 R olarkən baş verir və xəstəliyin gizli inkişaf dövrü bir necə saat təşkil edır.
Nüfuzedici radiasiyanın təsiri udulan doza ilə qiymətləndirlir və Rentgen, Qrey, Rad ölçü vahidləri ilə ölçülür. Bir rentqen - qamma şüalanmanın elə dozasıdır ki, bunun nəticəsində 0°C temperaturda və 760 mm civə sütunu təzyiqi şəraitində quru havanın 1sm³ - də təxminən 2 milyard cüt ion əmələ qəlir.
Müxtəlif sıx və qalın materiallardan keçərkən nüfuzedici radiasianın təsiri zəifləyir. Bəzi materialların radiasiyanı yarıyadək zəiflətmə qabiliyyəti var. Məsələn: poladın – 3 sm, betonun - 10 sm, torpağın – 14 sm, suyun – 23 sm, ağacın – 30 sm qalınlığı nüfuzedici radiasiyanı iki dəfə azaldır.
Nüfuzedici radiasiyadan mühafizə, məhz materialların bu xusiyyətinə əsaslanır.