Mühazirə materialları Müəllim: t e. n. Salahov Rafiq Azad oğlu


FÖVQƏLADƏ HADİSƏLƏRİN TƏSNİFATI



Yüklə 0,53 Mb.
səhifə2/26
tarix21.12.2022
ölçüsü0,53 Mb.
#76906
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   26
M hazir materiallar M llim t e. n. Salahov Rafiq Azad o lu (1)

FÖVQƏLADƏ HADİSƏLƏRİN TƏSNİFATI
Fövqəladə hadisə – insan tələfatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan
vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin
pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və ya
digər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir.
Fövqəladə hadisələr qiymətləndirilməsinə və onlara qarşı adekvat tədbirlər görmək
üçün tiplərinə, növlərinə, miqyasına, nəticələrinin ağırlığına, habelə, digər əlamətlərinə
görə təsnif edilir.
Əgər, ehtimal olunan bütün fövqəladə hadisələri cəm halında götürsək, onda onları
iki növə ayırmaq olar.
- Münaqişəli;
- Münaqişəsiz fövqəladə hadisələr.
Münaqişəli fövqəladə hadisələrə:
- hərbi toqquşmalar;
- ekstremist siyasi mübarizə;
- sosial partlayışlar;
- milli və dini zəmində olan münaqişələr;
- terrorizm;
- tüğyan edən cinayətkarlığı aid etmək olar.
Münaqişəsiz fövqəladə hadisələr:
- təbii;
- ekoloji;
- texnogen xarakterli növləri nəzərə çarpır.
Belə hadisələri onların mənşəyinə, xassələrinə görə xarakterizə edən bir çox əlamətləri
üzrə qruplaşdırıb, təsnif etmək mümkündür.
Respublikamızın ərazisində bütün bu növ fövqəladə hadisələrin baş vermə ehtimalı
mövcuddur.

Təsir dairəsinə (miqyasına) və nəticələrinin ağırlığına görə, fövqəladə hadisələr:


1. Lokal (qismən);
2. Obyekt miqyaslı (səciyyəli);
3. Yerli;
4. Regional;
5. Dövlət əhəmiyyətli (milli);
6. Qlobal xarakterli ola bilər.
Lokal (qismi) hadisələr - iş yerndən (iş sahəsindən), mənzildən kənara yayılmır.
Zərərçəkənlərin sayı 10 nəfəri keçmir.
Obyekt miqyaslı hadisələr - sənaye obyektində, bina və ya qurğu hüdudlarında
məhdudlaşır. Həlak olanların sayı 10 nəfərə qədər, zərər çəkən əhalinin sayı 100-dən
1000-ə qədərdir.
Yerli hadisələr - ancaq yaşayış məntəqəsinin, təkcə bir şəhərin və ya kənd təsərrüfatı
müəssisəsinin ərazisində özünü göstərir. Həlak olanların sayı 100-dən 1000 nəfərə qədər,
zərər çəkən əhalinin sayı 10.000-dən 125.000-ə qədərdir.
Regional fövqəladə hadisə - bir neçə sənaye və ya kənd təsərrüfatı rayonlarını,
bütünlüklə şəhəri və onun ətraflarını əhatə edir. Həlak olanların sayı 1.000-dən 25.000
nəfərə qədər, zərər çəkən əhalinin sayı 125.000-dən 500.000-ə qədərdir.
Dövlət əhəmiyyətli (milli miqyaslı) fövqəladə hadisələr – respublikanın xeyli
ərazilərini əhatə edən, lakin dövlətin inzibati sərhədlərindən kənara çıxmayan hadisələrə deyilir. Həlak olanların sayı 25.000-dən 1.000.000 nəfərə qədər, zərər çəkən əhalinin sayı
500.000-dən 20.000.000-a qədərdir.
Qlobal fövqəladə hadisələr – bir ölkənin ərazisində məhdudlaşmır və qonşu
dövlətlərin də ərazilərinə yayılır. Həlak olanların sayı 1.000.000-dan artıq, zərər çəkən
əhalinin sayı 20.000.000-dan artıq.
Təsir dairəsindən (yayılma miqyasından) əlavə, fövqəladə hadisələr baş verən insan
tələfatının miqdarına, zədələnmiş (köçürməyə məruz qalan) əhalinin sayına, habelə,
dəymiş zərərin miqyasına görə də təsnif edilir.
Obyektlər üzrə, mənsubiyyətinə görə:
- Tikintidə.
- Sənayedə.
- Mənzil və kommunal məişət sahələrində.
- Kənd təsərrüfatında.
- Meşə təsərrüfatında.
- Nəqliyyatda (hava, su, yerüstü və yeraltı) olur.
Fövqəladə һallar bölünür:
- Sülh dövrünün fövqəladə һallarına.
- Müharibə dövrünün fövqəladə һallarına.
Sülh dövrünün fövqəladə һallarına aid edilirlər:
- təbii;
- texnogen;
- bioloji;
- ekoloji;
- sosial xarakterli FH.
Təbii xarakterli fövqəladə hadisələrə aid edilirlər:
Geofiziki FH:
- zəlzələ;
- vulkan püskürmələri
MeteorolojiFH:
- 11-12 ballıq fırtına, 12-15 ballıq qasırğa;
- leysan yağışlar;
- iri dolu;
- quraqlıq;
- güclü qar;
- güclü qar çovğunu;
- güclü buzlaşma, donvurma.
Hidroloji FH:
- suyun səviyyəsinin qalxması (daşqınlar) və düşməsi,
- su hövzələrinin daşması;
- yeraltı suların səviyyəsinin qalxması (subasma).
Geoloji FH:
- Sel;
- Sürüşmə;
- Torpaq uçqunu;
- Qar uçqunu (marxallar);
- Yerin yuxarı qatının köçməsi.
Geniş miqyaslı kortəbii yanğınlar - meşə yanğınları, yeraltı yanğınlar, zəmi və çöl
yanğınları da təbii fəlakət sayıla bilər.
Texnogen xarakterli fövqəladə hadisələr:
- Binaların qəflətən uçması;
- radioaktiv maddələrin yayılması ilə baş verən qəzalar;
- istehsalat qurğularının və ərazinin radioaktiv çirklənməsi ilə müşahidə edilən AES
qəzalar;
- ərazinin radioaktiv çirklənməsi ilə müşahidə edilən mühıəndis - təcrübə nüvə
qurğularında qəzalar;
- kimyəvi təhlükəli obyektlərində GTZM ətrafa yayılması ilə baş verən qəzalar;
- bakterioloji və bioloji maddələrin hazırlanması, istehsalı, saxlanılması, daşınması ilə
məşqul olan elmi - tədqiqat müəssisələrində həmin maddərin ətrafa yayılması ilə baş
vermiş qəzalar;
- su nəqliyyatında baş vermiş qəzalar;
- iri miqyaslı avtomobil qəzaları (fəlakətləri);
- çoxsaylı insan itkiləri ilə nətigələnən və axtarış-xilasetmə işləri tələb edən aviasiya
fəlakətləri;
- çoxsaylı insan itkiləri ilə nəticələnmiş, dəmir yolu xətlərinin dağılması, qatarların
(metropoliten vaqonlarının) relslərdən çıxması, yaşayış məntəqələrində dağıntılara səbəb
olmuş qəzalar;
- insan itkiləri, sahil sularının, daxili su hövzələrinin zəhərləyici maddələrlə
çirklənməsi ilə nəticələnən su qovşaqlarında baş vermiş qəzalar;
- yaşayış məntəqələrinə yaxın ərazilərdə nəql edilən maddələrin dağılması və ətraf
mühitin çirklənməsi ilə nəticələnən kəmərlərdə baş vermiş qəzalar;
- elektrik sistemlərində baş vermiş qəzalar;
- təmizləyici qurğularda baş vermiş qəzalar;
- hidrodinamik qəzalar;
- su bəndlərinin dağılması;
- yanğın təhlükəli obyektlərdə baş vermiş partlayışlar nəticəsində əmələ gələn
yanğınlar.
Bioloji fövqəladə hadisələr:
- epidemiya;
- epizotiya;
- epifitotiya
Iri istehsalat qəzalarınin yaranma səbəbləri.
İstehsalat qəzaları, o cümlədən də iri qəzalar-sənayenin, elmi texniki tərəqqinin
coşqun inkişafı, istehsalatda texnologiyaların durmadan dəyişməsi, nəhəng enerji
və yüksək sürətlərdən istifadə edilməsi ilə xarakterizə olunan, əsrimizə aid olan və
tez-tez baş verən hadisələrdəndir.
İstehsalat qəzalarının baş vermə səbəbləri öyrənilərkən məlum olur ki, ilk baxışda
bu səbəblərin çox müxtəlif görünməsinə baxmayaraq mahiyyətcə onları iki qrupa
bölmək mümkündür:
1 qrup –müəssisələri layihələşdirən bəzi mütəxəssislərin təhlükəsizlik texnikasının
tələblərinə kifayət dərəcədə məsuliyyətlə yanaşmaması, eləcə də bir sıra sex
rəhbərlərinin bu tələblərin yrinə yrtirilməsinə səhlənkar münasibəti, partlayış və
tezalışma təhlükəli sahələrə daimi nəzarətin olmaması;
2 qrup -səbəblər isə təbiətin bütün hadisələrinin tam sürətdə öyrənilməməsi ilə
şərtləşir. Məsələn,bəzən (hətta təhlükəsizlik texnikası qaydalarına əməl olunan
müəssisələrdə )məlum olur ki, müxtəlif kimyəvi maddələr müəyyən miqdarda və
şəraitdə şiddətli reaksiyaya qoşularaq partlayış və ya özbaşına alışma törədib. Özü
də belə kimyəvi reaksiyaların mümkünlüyü barədə nəinki bu müəssisədə, hətta
nüfuzlu elmi müəssisələrdə belə, heç bir təsəvvür olmur. Nəticədə, elmi biliklərin
bu üsulla əldə edilməsinin arzuolunmazlığına baxmayaraq yeni, əvvəllər məlum
olmayan təbiət hadisəsi aşkar edilir.
Istehsalat qəzaları xarici təbii amillərin, o cümlədən təbii fəlakətlərin, qurğunun,
layihə -istehsalat qüsurlarının, istismarı qaydalarının və istehsalatda texnoloji
prosesin pozulması nəticəsində də baş verə bilər.


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin