D i z y u n k s i y a ( VƏ-YA) məntiq əməliyyatı. “VƏ-YA” məntiq elementi- məntiqi toplama əməliyyatını yerinə- yetirir və dizyunksiya adlanır. “VƏ-YA” məntiq elementi həqiqilik cədvəli əsasında qurulir. “VƏ-YA” elementinin şərti işarəsi, diodlar üzərində qurulmuş prinsipial elektrik sxemi və vəziyyətlər cədvəli şəkil 1.3-də göstərilmişdir.
Şəkil 1.3 “VƏ YA” məntiq elementi
a)şərti işarəsi; b) prinsipial elektrik sxemi; c) ekvivalent sxemi;d)zaman diaqramları; e)vəziyyət cədvəli
Bu elementlər iki və daha çox girişə və bir çixişa malikdir. Onların vasitəsi ilə iki və daha çox dəyişənlər üzərində məntiqi dizyunksiya əməliyyatı aparılır.
A B .... K = F və ya A B .... K = F
«Və-ya» məntiq elementinin girişlərindən heç olmasa birinə «1» səviyyəli gərginlik verdikdə uyğun diod açılır və ondan axan cərəyan R müqavimətində «1» səviyyəli gərginlik düşküsü yaradır, yəni F = 1 olur. Deməli, F = 1 olması üçün “VƏ-YA” elementinin hər hansı bir girişinə məntiqi “1” siqnalının verilməsi kifayətdir. Bütün girişlərə «0» səviyyəli gərginlik verdikdə diodlar bağlıdır, R müqavimətindən cərəyan axmır və bu rezistorda gərginlik düşküsü də «0» səviyyəsinə uyğun olur. Yəni A = B =... = K = 0, onda çıxışda da F = 0 olacaqdır. K o n y u n k s i y a (VƏ) məntiqi əməliyyatı. “VƏ” məntiq elementi- məntiqi vurma əməliyyatını yerinə- yetirir və konyuksiya adlanır. Bu elementin bir neçə məlumat girişi və bir çıxışı vardır. İki və daha artıq dəyişənlər üzərində aparıla bilər. Onların vasitəsi ilə iki və daha çox dəyişənlər üzərində məntiqi konyunksiya əməliyyatı aparılır.
A B .... K = F və ya A B .... K = F
“VƏ” məntiqi elementin şərti işarəsi, prinsipial elektrik sxemi, vəziyyətlər cədvəli və zaman diaqramları şəkil 1.4-də göstərilmişdir.
Şəkil 1.4 “VƏ” məntiq elementi
a)şərti işarəsi; b) prinsipial elektrik sxemi;d)vəziyyət cədvəli; e) zaman diaqramları.
Girişlərdən heç olmasa birində «0» səviyyəli gərginlik olduqda uyğun diod açılır, onun düzünə müqaviməti kəskin azalır və onda düşən gərginlik də «0» səviyyəsinə uyğun gəlir, yəni F = 0. Bütün girişlərdə eyni zamanda «1» səviyyəli gərginlik olduqda diodun anod-katod aralığında potensial fərqi azalır, diodlar bağlanır və onların düzünə müqavimətləri artır. Onlarda düşən gərginlik «1» səviyyəli gərginliyə uyğun olur, yəni A = B = .... = K = 1, yəni F = 1.
İ N K A R ( “YOX”, invers) məntiqi əməliyyatı. «Yox» məntiq elementi inkar funksiyasını yerinə yetirir və tranzistor üzərində yaradılan açar sxemindən ibarətdir. Vəziyyət cədvəlinə əsasən “YOX”məntiqi element vasitəsilə yerinə yetirilir “YOX” məntiqi elementinin şərti işarəsi (a), prinsipial elektrik sxemi (b) , ekvivalent sxemi (c), zaman diaqramları (d) və vəziyyət cədvəli (e) şəkil 1.5-də göstərilmişdir.
Dostları ilə paylaş: |