OPTİK KABELLƏRİN KONSTRUKTİV VƏ OPTİK XASSƏLƏRİ. Hal-hazırda bir sıra ölkələrdə optik kabellərin (OK) konstruksiyalarının çoxlu sayda müxtəlif növləri işlənib-hazırlanır. Lakin bunların çox olmasına baxmayaraq, üç növündən geniş istifadə olunur. Bunlar təbəqə, profilləşdirilmiş və lent şəkilində qurulmuş özəklərdən ibarətdir.
Təbəqə şəkilində olan kabellərin özəkləri adi elektrik rabitə kbelərinin özəkləri kimi qurulur. Hər bir özəyin sonrakı təbəqəsi özündən əvvəlkindən altı lif çox olur. Özəklərində 6, 12, 18 lif olan kabellər məlumdur. Adətən OL-lər plastmas borularda yerləşdirilir. Təbəqəli qurulmaya malik OK-in en kəsiyi şəkil 3.15,a-də göstərilmişdir.
Şəkil 3.15,b-də plastmasdan olan profilləşdirilmiş (fiqur) özəyə malik kabelin en kəsiyi göstərilmişdir. Plastmas fiqurda (profildə) oyuq (yarıq) açılır və OL-lər bunların içərisində yerləşdirilir. Oyuqlar və onlarla birlikdə OL-lər helikoid üzrə yerləşdirilir. Ona görə də OL-lər onların uzunluqları boyunca yaranan təsirlərə məruz qalmır. Bu səbəbdən də onların qırılmasının qarşısı alınmış olur. Belə kabellərin tərkibində 4, 6, 8 və 10 OL ola bilər. Kabelin tutumunu artırmaq lazım gələrsə, onda bir neçə belə modul tətbiq olunur.
L ent tipli kabel (şəkil 3.15,c) plastmas lentlər toplusundan (dəstəsindən) ibarətdir və müstəviyə oxşayır. Bu lentlərin arasında müəyyənləşdirilmiş sayda OL-lər montaj edilir. Çox vaxtı lentdə 12 ədəd OL yerləşdirilir. Lentlərin sayı 6, 8, 12 ola bilər. Əgər lentlərin sayı 12 olarsa, onda kabelin tərkibində 12x12=144 OL olacaqdır.
Fiqurlu özəyə malik kabellər daha geniş tətbiq olunur. Bu növ kabellər RF-da və Qərbi Avropa ölkələrində istehsal olunur. Lent tipli kabellər ABŞ–larına məxsusdur.
ORK-lərinin konstruksiyalarının seçilməsi OL-lərin sayından asılıdır. OL-lərin sayı aşağıdakı ifadə ilə hesablanır:
, (3.42)
burada K-tələb olunan kanalların sayı; N-veriliş sisteminin təmin etdiyi kanalların sayı; P- ehtiyat OL-lərin sayını göstərir.
ORK-lərin konstruksiyaları seçilən zaman OL-lərin yerləşdirilməsini nəzərə almaq lazımdır. OL-lərin sayı 20-dən az olduqda, onları fərdi şəkildə yerləşdirirlər. OL-lərin sayı 20-dən artıq olduqda isə, onları paket şəkilində yerləşdirilməsinə üstünlük verilir.
ORK-lərinin konstruksiyaları işlənib-hazırlanan zaman aşağldakıları nəzərə almaq lazımdır: minimal qabirit; maksimal elastiklik və möhkəmlik; minimal çəki; armirləşdirici element; elementlərin yerləşdirilməsi və onların bərkidilməsi; materialın seçilməsi; OL-lərin saz və onların parametrlərinin sabit saxlanmasını təmin edən vasitələr və s.
ORK-lərinin konstruksiyalarına OL-lərdən başqa, bir sıra vacib elementlərdə daxildir. Bunlar aşağldakılardan ibarətdir: möhkəmləndirici element; məsafədən qidalanmanı təmin edən məftil; doldurucu vəzifəsini görən plastmas çubuq; kabelin tərkibində olan elementlərin bir-birinə təzyiqini və sıxılma gərginliyinin təsirini azaldan bölüşdürücü təbəqələr; radial gərginliyə qarşı kabelin davmlığını artıran armirləşdirici; nəmliyin, buxarın, zərərli maddə və qazların kabelin özəyinə daxil olmasının, eləcə də xarici təsirlərdən və mexaniki qüvvələrdən mühafizə edən xarici örtük.