Kvazistasionar rejim. Bu rejim yüksək tezlik diapazonunu əhatə edir. Lakin proses çox yavaş getdiyi üçün sürüşmə cərəyanının qiyməti nəzərə alınmır. Burada σ>ωεmvə buna uyğun olaraq İkeç.>İsür.olur. Bu rejim üçün Maksvelin Ⅰ və Ⅱ tənliyini aşağıdakı kimi yazmaq olar: rot H=σE; rot E=-ίωμmH. Göstərilən rejim dalğa uzunluğu xəttin en kəsiyinin ölçüsündən böyük olan tezlik üçün doğrudur (λ>D). Bu isə naqilli sistemə (HRX, simmetrik və koaksial kabel) aiddir ki, burada da tezlik diapazonunun qiyməti ƒ≤109 Hs-ə qədərdir.
Kvazistasionar veriliş rejiminin EMS-nin enerjisi tam düsturla təyin edilir. Yəni,
.
Dalğa və kvazioptik rejim. Bu rejim dielektrikdə və fəzada baş verən prosesləri əhatə edir. Başqa sözlə, burada sürüşmə cərəyanı üstünlük təşkil edir. Keçiricilik cərəyanı və buna uyğun gələn itkinin qiyməti xeyli aşağıdır. Bu halda ωεm>>σ və buna uyğun olaraq İsür.>>Ikeç. şərti ödəniləcəkdir. Bu rejim radiotexnika, lazer texnikası, kosmik rabitə sistemləri, optik kabel və s. kimi açıq və qapalı sistemlərdə baş verən proseslərərə aiddir. Deməli, dalğa uzunluğu (λ) İS-lərin en kəsiyinin ölmüsündən (D) xeyli kiçikdir (λ<) və tezlik diapazonu ƒ≥1012 Hs-dir.
Dalğa və kvazioptik rejim üçün Maksvelin Ⅰvə Ⅱ tənlikləri aşağldakı kimidir:
rot H= ίωεmE ; rot E=-ίωμmH. EMS-nin enerjisi tam düsturla, yəni W=We+Wm hesablanır.
Elektrodinamik rejim. Bu rejim yüksək tezlik oblastına və qısa dalğaya aiddir. Burada sürüşmə və keçiricilik cərəyanlarının hər ikisinin qiyməti nəzərə alınır. Dalğa uzunluğu (λ) İS-lərin en kəsiyinin ölçüsündən (D) kiçik və ya ona bərabər ola bilər (λ≤D). Tezlik diapazonu ƒ≥1010÷1012 Hs arasında dəyişir. Bu rejimdə veriliş dalğaötürücü, işıqötürücü, ifrat tezlikdə işləyən radioxətlər və ümumiyyətlə εm>1 olan İS-lərlə həyata keçirilir. Hesabat üçün Maksvelin Ⅰvə Ⅱ tənliklərinin tam şəkilində yazılışından istifadə edilir. Yəni, rotH=σE+ίωεmE; rot E=-ίωμmH. Deməli, buradan İkeç.=σE və İsür.= ίωεmE olduğu aydın görünür. Bu rejim üçün rezonans hadisəsi xarakterikdir. EMS-nin enerjisi tam düsturla, W=We+Wm təyin edilir.
Bütün rejimlər üçün aşağıdakı şərtlər ödənilir:
div D=ρ və div B=0, D=εmE və B=μmH, j=σE, burada ρ-yükün həzm sıxlığıdır.