Naqildə və ya keçirici mühitdə EMS. Keçirici mühit üçün σ>>ωεm şərti ödənməlidirr. Bu mühit üçün Maksvelin Ⅰvə Ⅱ tənlikləri aşağıdakı şəkildə yazılır: rot H= σE; rotE=
=-ίωμmH. Veriliş parametrləri aşağıdakı ifadələrlə təyin edilir:
Yayılma əmsalı: ; sönmə və faza əmsalları bir-birinə bərabərdir: α=β= ; yayılma sürəti: ; dalğa müqaviməti: .
Dəyişən cərəyan naqilin en kəsiyində qeyri-bərabər paylanır və e-αx kəmiyyətinə proporsional olaraq azalır. Cərəyan ən çox naqilin səthində toplanır, yəni olduqda baş verir. Tezlik yüksək olduqca sönmə də (α) artır, Ez daha tez zəifləyir və buna uyğun olaraq j=σEz azalır. Bu hadisə səth effektivliyi adlanır v ə dərinliyə nüfuz etmə ekvivalentliyi (əmsalı) ilə xarakterizə olunur. Dərinliyə nüfuz etmə ekvivalentliyi (θ) dedikdə, naqilin dərinliyinə nüfuz edən ES-nin intensivliyinin e ədədi (e=2,718) qədər azalması halı başa düşülşr. Metalın və ya naqilin daxili hissısinə nüfuz edən sahənin intensivliyini və cərəyanın sıxlığını göstərən vəziyyət şəkil 4.7-də təsvir edilmişdir. Şəkilə və sönmə əmsalının proporsional olaraq zəifləməsinə əsasən dərinliyə nüfuz etmə əmsalının (θ) qiymətini aşağıdakı ifadə ilə təyin etmək olar (şəkil 4.7):
,
burada Ez0 və J0-naqilin səthindəki, Ezx və Jx-isə θ dərinliyindəki sahənin intensivliyinin və cərəyanın sıxlığının qiymətlərini göstərir.
θ parametrini təyin etmək üçün üstlü funksiyanı vahidə bərabər etmək lazımdır:
,
buradan dərinliyə nüfuz etmə əmsalını təyin edə bilərik:
θ= (4.47)
burada -burulğan cərəyan əmsalıdır.
Tezlik diapazonunun yüksək qiymətlərində cərəyanın sıxlığı əlvan metallardan hazırlanmış naqililərin səthinə toplanır. Bu vəziyyət həmin naqillərdən təçkil olunmuş dövrənin uzunluğu boyunca veriliş və təsir parametrlərinin qeyri-bərabər paylanmasına səbəb olur.
Nəticədə isə, ötürülən və qəbul edilən informasiyanın keyfiyyəti pisləşir. Bu vəziyyəti aradan qaldırmaq üçün naqillərin hazırlandığı materilların elektrik xassələrinə və onların konstruktiv qurluşlarına yenidən baxmaq lazım gəlir.
Dostları ilə paylaş: |