Dalğa uzunluğundan (λ), tezlik diapazonundan (ƒ) və EM enerjisinin yayıldığı mühitdən asılı olaraq, işçi rejimlərini beş müxtəlif veriliş rejimlərinə ayırmaq olar. Bu rejimləri ayrı-ayriliqda araşdıraq.
Statik rejim. Bu rejim hər hansı həcmidə ki, statik yükə uyğun gəlir və elektro- və maqnitostatik prosesləri əhatə edir. Bu halda dolmuş zərrəciklərin hərəkəti (j=0) və sahənin zamandan asılı olaraq dəyişməsi baş vermir. Statik rejim üçün Maksvel tənlikləri aşağıdakı kimidir: rot H=0; rot E=0. Elektrostatik sahənin enerjisi, ifadəsinə bərabərdir. Burada -enerjinin toplandığı həcmidir.
Rabitə xətləri texnikasında elektrostatik tənliklərin köməyi ilə iki naqil və hər bir naqillə yer arasındakı işçi tutumu təyin etmək olar. Yəni, C=Q/U, Kl/V=F. Burada Q-elektrik yükünün miqdarı; U-isə naqillər arasındakı potensialdır, U=U1-Utor.; U=U2-Utor.naqilərlə yer və U=U1-U2naqillər arasındakı potensialalar fərqini göstərir. Burada U1-birinci , U2-isə ikinci naqilin, Utor.-torpağın potensialıdır.
Stasionar rejim.Bu rejim naqillə (məftillə) sabit cərəyanın axdığını göstərir, yəni, . Buda onu göstərir ki, sabit cərəyan təkcə maqnit sahəsi (rot H) yaradır. Deməli, stasionar rejimdə EMS zamandan asılı deyil. Dəyişən yalnız maqnit sahəsidir. Bu halda Maksvel tənlikləri aşağldakı kimi yazılır: rot H=σE; rot E=0. Sabit cərəyanın sıxlığı isə, divj=0 şərtini ödəyir. Bu şərt onu göstərir ki, stasionar veriliş rejimində maqnit sahəsinin qüvvə xətləri kəsilməzdir. Deməli, yaranan EMS burulğan sahəyə uyğun gəlir. Əgər sahə burulğan sahədirsə, deməli elektrik sahəsinin induksuylanma prosesi baş vermir. Bu proses üçün Maksvl tənlikləri aşağıdakı kimi yazılır:
rot H=σE; rot E=0; B=μH; D=εmE; div B=0; div D=0. Stasionar veriliş rejim üçün EMS-nin enerjisi aşağıdakı kimidir:
.
Məlumdur ki, dövrənin rəqs konturunun induktivliyi, L=Ф/İ-ifadəsi ilə təyin olunur. Burada Ф-kontura nüfuz etmiş maqnit selinin qiymətidir və Ф=μHs ifadəsi ilə təyin olunur.
Beləliklə, stasionar veriliş rejimi İS-lərdən təşkil olunmuş dövrənin induktivliyini təyin etməyə imkan verir.