Dielektrikdə elektromaqnit sahəsi (EMS).Dielektrik mühitdə ωεm>>σ şərti ödənməlidir. Bu mühit üçün Maksvelin Ⅰvə Ⅱ tənlikləri aşağıdakı kimidir: rot H=εm∂E/∂t və rot E=-μm∂H/∂t. Buradan elektrik və maqnit sahəsinin ikinci tərtibdən diferensial tənliklərini almaq olar. Hər tərəfin rotorunu alaq:
rot rot H= εm∂/∂t(rot E);
rot rot H=grad div H-∇2H; grad div H=0. Onda-∇2H=εm∂/∂t(-μm∂H/∂t); ∇2H= εm μm∂2H/∂t2(a); Bu qayda ilə ES üçün ∇2E= εm μm∂2E/∂t2 (b)yaza bilərik. Burada ∇2-Laplas operatorudur.
(a) və (b) ifadələri dalğa tənlikləri adlanır. Onlar fəzada yayılan və şüalanan enerji proseslərini tədqiq edən zaman geniş istifadə olunur.
Harmonik rəqslər üçün Maksvelin Ⅰvə Ⅱ tənlikləri aşağıdakı şəkildə yazılır: rot H= ίωεmE; rot E=-ίωμmH. Dielektrikdə EMS-nin veriliş parametrləri aşağıdakı düsturlarla təyin olunur:
Yayılma əmsalı: ; faza əmsalı: ; sönmə əmsalı: α=0. Yayılma sürəti: ;
Dalğa müqaviməti: .Fəzada (μ=ε=1) olduğundan, km/san.;dalğa müqaviməti isə,
Om. Dielektrikdə yastı (müstəvi) dalğa yayılan zamanEvəH vektorları bir-birinə qarşılıqlı perpendikulyar olur. E və H kəmiyyətləri arasındakı münaibət dalğa müqavimətini verir (E/H=Zd).