MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə116/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   112   113   114   115   116   117   118   119   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

17.2. Əmək və əməyin qiyməti
Əgər qüvvəsinin dəyəri yalnız həyatda qalmaq üçün kifayət edən fizioloji minimuma qədər enirsə, iş qüvvəsi yal­nız pisləşən yönümdə təkrar istehsal ediləcək. Belə ki, XX əsrin 90-cı illərində Rusiyada əmtəə və xidmətlərin minimal istehlak zənbilinə yalnız 19, ABŞ-ınkına isə 300-dən çox ad daxil edilmişdi. Bununla yanaşı ABŞ-dakı minimal əmək haqqı bu əmtəə və xidmətlər zənbilini almağa imkan verdiyi halda, Rusiyada imkan vermirdi. Rusiyanın hazırda artıq öz ümumi iş qüvvəsinin keyfiyyətini də, kəmiyyətini də itirmə­si təəccüblü deyil.
İş qüvvəsinin əmtəə kimi istehlak dəyərinin xüsusiyyəti maraqlıdır: iş qüvvəsi Öz dəyərindən daha yüksək dəyər is­tehsal etməyə qadirdir. Marksa görə bu fərq elə sahibkar tərəfindən mənimsənilən, istismarın əsasında duran izafi də­yərdir. İş qüvvəsinin bu xüsusiyyəti ictimai əmək məhsul­darlığının artırılması ilə şərtlənir. Həqiqətən də, hələ ibtidai icma quruluşunda ictimai əmək bölgüsünün yaranması ilə izafi məhsulun istehsalı mümkün oldu. Başqa sözlə desək, insan özünün qidalanması üçün lazım olduğundan çox işləyə bilər. Texniki tərəqqi əsrlər boyu, əmək məhsuldarlığının ar­tırılması hesabına zəruri iş vaxtının, yəni cəmiyyətdə işçilə­rin həyat fəaliyyətinin təmin edilməsi üçün tələb olunan vaxtın azalmasına və izafi məhsulun yaradılması üçün istifa­də olunan izafi vaxtın artırılmasına səbəb oldu. İzafi məhsul yarandığı gündən onun mənimsənməsi sualı ortaya çıxmışdır. Bu sualın həlli üsulu ictimai, ilk növbədə sinfi münasibət­lərin bütün məcmusunu müəyyən edirdi.
Əmək zəruri və izafiyə feodalizm dövründə daha dəqiq bölündü. Bu bölgü həm zamanda, həm də məkanda müşahidə olunurdu: təhkimli kəndli müəyyən günlərdə mülkədarın sahəsində işləməyə borclu idi (izafi əmək və məhsul), qalan vaxt isə, o, öz torpaq payında çalışa bilərdi (zəruri əmək və məhsul).
Quldarlıq dövründə qulun əməyi zahirən bütünlüklə izafi kimi görünürdü, məhsulun hamısı quldara, qidalanması üçün qula “öz” məhsulundan ayıran qul sahibinə məxsus idi.
Muzdlu əmək zahirən tam azad və zəruri kimi çıxış edir. Əmək və məhsulun zəruri və izafiyə bölgüsü iş qüvvəsinin alqı-satqı formasında gizlənir. Bununla yanaşı zəruri əmək işçinin aldığı əmək haqqının əsasında durur. İzafi əmək işçi­dən yayınıb istehsal vasitələrinin sahibi tərəfindən mənimsə­nilir və onun mənfəətini təşkil edir. Zəruri və izafi əməyin məhz faizlə ifadə olunan nisbəti muzdlu iş qüvvəsinin istis­mar dərəcəsini əks etdirir, Marksın ehtimalına görə bu gös­tərici XIX əsrin ortaları üçün 100 % təşkil edirdi. Bu, İŞ gününün iki bərabər hissəyə bölünməsi demək idi: zəruri və izafi iş vaxtı. Müxtəlif ölkələrin iqtisadçılarının hesablama­larına görə bu göstərici XX əsrin sonunda 300% -ə kimi art­dı. Səkkiz saatlıq iş günü üçün bu zəruri iş vaxtının 2, izafinin isə 6 saat təşkil etməsi deməkdir.
İstismar deyəndə K.Marksm izafi məhsulun yaradılması­nın özünü yox, onun bilavasitə istehsalçıdan təcrid edilmə­sinin xüsusi formasını başa düşdüyünü dərk etmək vacibdir. Məsələn, bir çoxları həqiqətən də başa düşə bilmirlər ki, əgər sosializmdə müəssisə izafi məhsul yaradırsa, niyə sosializm­də insanın insanı istismar etməsi yoxdur? Bəli, izafi məhsul yaradılır, yoxsa cəmiyyət indiyə kimi daş baltadan istifadə edərdi. Sosializmdə izafi əməyin mənimsənməsinə gəldikdə isə, o, hər bir işçi tərəfindən ayrılıqda, xüsusən də işçi olma­yanlar tərəfindən mənimsənilmir. Əmək bütövlükdə assosia­siya olunmuş kimi çıxış edir və bütün izafi məhsul ictimai mülkiyyətdə olub, ictimai ehtiyaclara sərf olunur. Bu zaman insanın dövlət tərəfindən istismarı mümkündürmü? Əgər dövlət izafi məhsulu həyat keyfiyyətinin yüksəldilməsi üçün istifadə etmirsə, əgər izafi məhsul cəmiyyətin real maraqları əvəzinə dövlət maşınının və bürokratik elitanın maraqlarına xidmət edirsə, istismar müəyyən qədər mümkündür.
Sual yaranır: işçi öz əməyinin bütün məhsulunu ala bilər­mi? Bu sual XIX əsrdə və XX əsrin əvvəllərində geniş mü­zakirə edilirdi. Sual hərtərəfli tədqiq olunsa da, o, XX əsrin 80-ci illərinin ikinci yarısında, “yenidənqurma”nın gedişində “demokratlar” işçiləri dövlətin istismarından qorumağa baş­layanda SSRİ-də yenidən qaldırıldı, özəlləşdirmənin gedişin­də demək olar ki, bütün xalq əmlakı vətəndaşlara bərabər paylandı, düzdür, natura formasında yox, vauçer formasın­da. Bəs bir neçə il sonra, bu nə ilə nəticələndi? Milli sərvət və hər şeydən əvvəl sənaye müəssisələri azsaylı yuxarı təbəqənin əlində cəmləndi. İşçilər ac qaldılar: orta nominal əmək haqqının bir adam üçün zəruri olan yaşayış minimu­munu güclə keçməsi bir yana qalsın, bu əmək haqqı da aylarla, hətta illərlə ödənmirdi. Bədnam istismarçı dövlətə gəldikdə, onun nə maddi fondları, nə ölkənin müdafiə qabi­liyyətini saxlamaq, fövqəladə halların (qəzaların, təbii fəla­kətlərin) nəticələrini aradan qaldırmaq, əlilləri, çoxuşaqlı ailələri, qocaları saxlamaq, mədəniyyətin, elmin, təhsil və tibbin inkişafı üçün maliyyə vəsaitləri qalmadı. Bu cür nə­ticələri əvvəlcədən görmək olardımı? Şübhəsiz, çünki K.Marks “Qota proqramının tənqidinə dair”, V.I.Lenin isə “Dövlət və inqilab” əsərində nə üçün heç vaxt və heç yerdə qapalı natural təsərrüfatdan başqa işçinin izafi məhsulu sı­ğorta ehtiyatlarının formalaşmasına, ictimai istehlak fond­larına, istehsal və sosial sahənin inkişafına yönəltmədən öz əməyinin məhsulunu bütünlüklə ala bilmədiyini ətraflı şəkildə tədqiq etmişdilər.
Əməyə görə əvəzin və ya əmək haqqının ödənməsi məsə­ləsi əmək haqqı nəzəriyyəsinin əsasında durur. Marksist yanaşma digərlərindən əsaslı surətdə fərqlidir. K.Marksın nəzəriyyəsinə görə, zahirən mövcud olmayan əmtəə - əmək üçün pul ödəndiyi görünsə də əslində əmək haqqı “iş qüvvə­si” əmtəəsinə ödənən puldur. Əks yanaşma iş qüvvəsi və əməyi ayırmır, ona görə də əmək haqqını əmək üçün ödənən pulla eyniləşdirir. Bu cür yanaşma rahatdır, çünki əgər bü­tün əməyin haqqı ödənsə, onda istismar haqqında sual özü- özünə mənasını itirir. Beləliklə, əmək sahibinin əmək haqqı və kapital sahibinin mənfəəti qarşılıqlı təqdim edilən xid­mətlər, istehsal amilləri - əmək və kapitalın ‘hər iki tərəf üçün mənfəətli mübadiləsinə görə ödənilən pul kimi təqdim edilir. Bu yanaşma çərçivəsində əmək haqqı probleminə müx­təlif məktəblərin iqtisadçıları tərəfindən hazırlanmış çoxlu sayda xüsusi nəzəriyyələr var.
Fiziokratların, həmçinin də A.Smit və D.Rikardonun möv­qeyi sonralar K.Marksın müdafiə etdiyi mövqeyə yaxın idi.
Klassik məktəbin nümayəndələri əməyin dəyərini və qiymətini fərqləndirirdilər. Qiymət bazarda tələb və təklifin təsiri altında formalaşan əmək haqqı kimi şərh edilirdi. Əməyin dəyəri işçinin və onun ailəsinin normal yaşaması üçün lazım olan xərclərlə müəyyən edilən “zəruri qiymət” (fiziokratlar) və ya “təbii qiymət” (A.Smit və D.Rikardo) kimi xarakterizə olunurdu. Bazar qiyməti həmişə təbii qiymət ətrafında artıb- azalır. Mənfəətə, faiz və rentaya gəldikdə isə klassiklər onlan işçinin əmək haqqından tutulmlar hesab edirdilər.
Sonrakı nəsil iqtisadçılar, xüsusən də J.B.Sey, N.Senior, F.Bastia klassik nəzəriyyəni bayağı 1 açdırdılar və əmək haq­qını kapital və torpağın yaratdığı mənfəət və renta kimi, istehsal amillərinin birindən - əməkdən alman ədalətli gəlir kimi qiymətləndirirdilər.
Əmək haqqının miqdarı barəsində də iqtisadçılar arasında həmrəylik olmayıb və yoxdur. Fiziokratlar Smit, Rikardo və başqaları yaşayış vasitələri minimumu nəzəriyyəsinin tərəf­darları idilər. Nəzəriyyənin adı onun əsas tezisini açıqlayır: əmək haqqının miqdarı yaşayış vasitələri minimumu dəyə­rindən artıq olmamalıdır. Fikirlərini əsaslandırmaq üçün əmək təklifinin ona olan tələblə müqayisədə daha çox olması, torpağın məhsuldarlığının azalması, əhalinin artımı və s, istifadə edirdilər. Yaşayış vasitələri minimumu nəzəriyyəsi sonralar əmək haqqının “dəmir qanun”unu elan edən və əmək haqqının artırılması üçün mübarizənin faydasızlığını əsaslandıran alman sosialisti F.Lassalın əsərlərində inkişaf etdirildi.
Digər qrup iqtisadçılar (T.Maltus, C.Mili, t.Bentam, Mak Kullox və b.) işçi fondu nəzəriyyəsinin tərəfdarlarıdır. Nəzə­riyyəyə görə işçilər üçün təbiətin özü tərəfindən məhdudlaş­dırılan müəyyən həyat vəsaitləri fondu mövcuddur: ictimai sərvətin bu hissəsinin sərhədləri aradan qaldırıla bilməz, bu səbəbdən də əmək haqqının artırılması üçün mübarizə apar­maq faydasızdır. Bu nəzəriyyə tam əsassız olduğundan artıq XIX əsrin sonlarına doğru məşhurluğunu itirdi.
Müasir şəraitdə son hədd məhsuldarlığı nəzəriyyəsi, so­sial nəzəriyyə və tənzimlənən əmək haqqı nəzəriyyəsi daha geniş yayılıb.
Son hədd məhsuldarlığı nəzəriyyəsi bütün istehsal amil­lərinin məhsuldarlığa malik olması, dəyişən amil vahidləri artdıqca bu məhsuldarlığın azalması və alman amil gəlirlə­rinin onların son hədd faydalılığma bərabər olması fikrindən çıxış edir. Bundan belə nəticə çıxardılır ki, məşğulluğun art­ması əməyin son hədd məhsuldarlığının azalmasına və əmək haqqının azalmasına səbəb olur.
Əmək haqqının sosial nəzəriyyəsi rus iqtisadçısı, leqal marksist hesab edilən M. İ. Tuqan-Baranovskinin adı ilə bağlı­dır. Bu nəzəriyyəyə görə əmək haqqı nəinki əməyin məhsul­darlığı ilə, həm də sosial qüvvələrin (işçi və sahibkarların) nisbəti ilə müəyyən edilir. Əməyin məhsuldarlığı cəmiyyətin xalis məhsulunun həcmini, qüvvələr nisbəti isə bu məhsulun müxtəlif siniflər arasında hansı nisbətdə bölündüyünü müəy­yən edir. İşçilərin sosial qüvvəsi nə qədər böyük olarsa, onlar cəmiyyətin xalis məhsulunun o qədər böyük hissəsini ala bilər. Beləliklə, belə bir nəticəyə gəlinir ki, əməyin məhsul­darlığının artmasında hamı maraqlıdır: həm sahibkarlar, həm də işçilər. Bu konsepsiya XX əsrdə yayıldı (bax, məsələn, C.Streçinin “Müasir kapitalizm” kitabı), lakin o əməyin məh­suldarlığının artımının əmək haqqı artımından dəfələrlə yük­sək olduğunu göstərən rəsmi statistik məlumatlara uyğun gəlmir, deməli, işçilərin aldığı “piroq pay” nisbətən azalır.
XX əsrdə tənzimlənən kapitalizm nəzəriyyəsinin (C.M.Keyns və b.) yayılması ilə əlaqədar olaraq tənzimləmə ideyası əmək haqqına da şamil edilməyə başladı. İqtisadi ədəbiyyatda sərt gəlir siyasəti zərurəti haqqında xeyli sayda əsaslandırmalar peyda olur. Təcrübədə bu tövsiyələr əmək haqqının dondu­rulması (müəyyən müddət ərzində artımın qadağan edilməsi) siyasəti, əmək haqqı artımının istiqamətləri (məsələn, əmək haqqı artımı istehlak malları qiymətlərinin rəsmi indeksini ötməməlidir) siyasəti şəklində həyata keçirildi.

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin