İstehsal amilinin son hədd məhsulunun qiyməti (VMP,) amilin son hədd məhsulunun əmtəənin qiymətinə hasilindən ibarətdir, yəni VMP, - MP x P (əmtəə).
İstehsal amilinin son hədd məhsulundan əldə edilən son hədd gəliri (MRPf) əlavə istehsal amili vahidinin tətbiqi nəticəsində satışdan əldə olunan pulun artımıdır: MRP; = MP x MR.
Maraqlıdır Ici, əgər hazır məhsul bazarı təkmil rəqabətli- dirsə, əmtəənin qiyməti onun istehsalından əldə edilən son hədd gəlirinə bərabərdir. Deməli, bu halda istehsal amilinin son hədd məhsulunun dəyəri istehsal amilinin son hədd məhsulundan alman son hədd gəlirinə bərabərdir, yəni VMP/ - MRPr.
Əgər istehsal amilinin son hədd gəliri ilə istehsal amilinin son hədd məhsulunu müqayisə etsək, görərik ki, birinci təkmil rəqabət şəraitində ikincinin hasilinə bərabər olur, vuruq kimi isə məhsulun qiyməti çıxış edir. Müvafiq olaraq, istehsal amilinin son hədd gəlirinin əyrisi, istehsal amilinin son hədd məhsulunun əyrisinin formasını təkrar edəcək, yəni əvvəl artacaq, müəyyən andan sonra isə azalmağa başlayacaqdır (şəkil 22.4).
Firmanın ən azı bir amilin dəyişkən, yəni firmada məhz ona tələb olduğu (çox vaxt belə amil işçi qüvvəsi olur) qısamüddətli dövrdə davranışını nəzərdən keçirək.
İstehsal amilinin son hədd gəliri əyrisi fərdi müəssisənin (firmanın) bu məhsulun müxtəlif qiymət səviyyələrində nə qədər resurs almağa hazır olduğunu göstərir. Başqa sözlə, MRPf əyrisi firmanın bu məhsula tələbi əyrisi ilə eynilik təşkil edir.
Resursların rəqabət bazarında onun hər bir əlavə vahidinin əldə edilməsi firmanın xərclərini həmin kəmiyyətdə, yəni resurs qiyməti səviyyəsində artırır. Beləliklə, resursun qiyməti istehsal amilinin son hədd xərci kimi çıxış edir (MRCf). Əmtəə və xidmətlər bazarının alıcısı kimi, istehsal amilinin istehlakçısı (firma) da daim öz son hədd xərc-ləri ilə qazancım müqayisə edir. Müəssisə istehsal amilinə əlavə resurs vahidinin tətbiqinin son hədd xərcləri həmin əlavə resurs vahidinin istifadə edilməsindən alınan son hədd gəlirini ötüb keçənə kimi tələbat irəli sürəcək. Firmanın tarazlığıMRPf = MRCf nöqtəsində olacaq (şək. 22.3). Firma bu nöqtədə mənfəətini maksimuma çatdırır. İstehsal amilləri bazarında mənfəətin maksimuma çatdırılması qaydası:
MRPf = MRCf