MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


Mənfəət istənilən müəssisənin əsas məqsədi və səmə­rəliliyinin əsas göstəricisidir



Yüklə 1,26 Mb.
səhifə110/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   106   107   108   109   110   111   112   113   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Mənfəət istənilən müəssisənin əsas məqsədi və səmə­rəliliyinin əsas göstəricisidir.
Mənfəətin mənbəyi sahibkarın, yenilikçi, yaradıcı fəaliy­yətidir.
Mənfəətin mövcud növləri və hesablama metodları şəkil 13.17-də sxematik verilmişdir.
Firma (müəssisə) gəlirinin nisbi kəmiyyətini mənfəət nor­ması (mənfəətin istehsal xərclərinə nisbəti) və rentabellik (mənfəətin əsas və dövriyyə fondları dəyərinə nisbəti) səciy­yələndirir.

Ümumi mənfəət

=

ümumi gəlir - istehsal xərcləri

İqtisadi mənfəət




ümumi gəlir - bütün resurslara iqtisadi xərclər

Mühasibat mənfəəti

=

ümumi gəlir - aşkar xərclər

Xalis iqtisadi mənfəət

=

mühasibat mənfəəti - istehsalın qeyri-aşkar xərcləri

Xalis mənfəət

=

ümumi mənfəət - vergilər, mütləq ödənişlər

Normal mənfəət

=

kapitala normativ ayırmalar + sahibkar gəliri norması

Təsərrüfat mənfəəti

=

normal mənfəət 4- iqtisadi mənfəət

Son hədd mənfəəti

=

son hədd gəliri - son hədd xərcləri

Şəkil 13.17. Mənfəətin növləri və hesablama metodları



Sahibkarlıq yalnız firavanlıqla deyil, həm də məsuliyyət, ümidlərin puç olması, zərər və müflisliklə müşayiət olunur. Təsərrüfatçılıq həyatında zərər - müəssisənin maddi və pul resurslarının azalmasıdır.


Zərər istehsal xərclərinin məhsul satışından əldə olunmuş vəsaitdən çox olmasının nəticəsidir. Əgər müəssisə borclular qarşısında borcunu ödəyə bilməzsə, o məhkəmənin qərarı ilə müflisləşmiş elan edilə bilər.
Bundan çıxış edərək sahibkarlıq fəaliyyətinin uğuru möv­cud istehsal aparatı, bazar infrastrukturu və sahibkarın sə­rəncamında olan bütün resurslardan istifadənin nəticəliliyi ilə müəyyənləşir.
Mənfəətin müəssisə üçün əhəmiyyəti, onun kəmiyyətini müəyyənləşdirən amillər, həmçinin mənfəətin bölgüsü və istifadə olunması şəkil 13.18-də verilmiş sxemdə təsvir olun­muşdur (bax: səh. 400).
Əmək haqqı əməyin qiymətidir. Müasir nəzəri iqtisadiy­yat əmək haqqının geniş və dar mənasını fərqləndirir. Sözün geniş mənasında bu məfhum maddi istehsalın müxtəlif ixti­saslar üzrə müxtəlif peşələrinin, yüksək hazırlıq dərəcəli mütəxəssislərin (həkimlər, hüquqşünaslar, alimlər, müəllim­lər və s.), xidmət sahəsi işçilərinin əmək haqqını özündə eh­tiva edir. Bu halda əmək haqqına əmək üçün qonorarlar, mükafatlar və başqa mükafatlandırmaları daxil edirlər. Sö­zün dar mənasında əmək haqqı müəyyən müddət ərzində (saat, gün, həftə və s.) əmək vahidindən istifadə üçün veri­lən maaş və ya qiymətdir. Belə fərqləndirmə ümumi qazancı və əmək haqqının özünü fərqləndirməyə imkan verir.
Nominal və real əmək haqqını fərqləndirirlər. Nominal əmək haqqı dedikdə işçinin öz əməyi müqabilində aldığı pul məbləği başa düşülür. Real əmək haqqı əldə olunmuş pula alına bilən istehlak məhsulları kütləsi və xidmətlərdir. Bi­rinci göstərici əmək haqqının, gəlirin səviyyəsini, ikinci isə istehlak və rifah halının səviyyəsini səciyyələndirir.
Əmək haqqının ümumi səviyyəsi, əməyin qiyməti kimi, tələb və təKİif əyrilərinin Kəsişməsi ilə üzə çıxarılır. Əməyə tələb əmən haqqı səviyyəsini artırır. ƏməK haqqının Kəmiy­yətinə (artım istiqamətində) həmxarlar ittifaqları immiqra- siya hədləri müəyyənləşdirnıəKİə, həmnarlar ittifaqlarının üzvü olmayanların işə götürülməsinə qadağa qoymaqla, gün üçün işin ağırlığını, intensivliyini və s. limitləşdirməKİə, əməK haqqının səviyyəsi göstərilən KolleKtiv müqavilələrin bağlanması zamanı təzyiq göstərməKİə, istehsalın əməK haq­qı səviyyəsini aşağı salmağa meylli inhisarlaşması ilə müba­rizə aparmaqla, məşğulluğun artmasını və əməyə tələbatın yÜKsəldilməsini nəzərdə tutan istehsal növlərinin inKİşafını dəstəKİəməKİə təsir edirlər.
Təsərrüfat praKtixasında əməK haqqının müxtəlif forma və sistemlərini fərqləndirirlər (cədvəl 13.2).

Cədvəl 13.2


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin