Son hədd gəliri qrafiKİni (şəkİİ 13.15) firmanın ümumi gəliri dinamİKası qrafİKİ əsasında müəyyənləşdirməK çətin deyil. Əmtəənin yeddinci mövqeyindən sonra son hədd gəliri mənfidir, çünki Q-nün artması ümumi gəlirin azalmasına aparır.
Doymuş bazar şəraitində son hədd gəliri, adətən qiymətdən aşağıdır. Bu onunla əlaqədardır ki, əmtəə təklifinin artması bazar qiymətinin azalması ilə nəticələnir.
Ümumi istehsal xərclərinin və ümumi gəlirin müqayisəsi göstərir ki, firma iqtisadi mənfəət (satış pulu ilə müəssisənin bütün xərcləri arasındakı fərq) əldə edən halda məhsul istehsal etməyin mənası olur. Firma bütün hallarda ona
«maksimum » gəlir və minimum zərəri təmin edən miqdarda məhsul istehsal etməyə can atır.
Ümumi gəlir, ümumi xərclər və istehsal olunan məhsulun miqdarının asılılığı qrafik şəkildə şəkil 13.16-da təsvir olunmuşdur.
A zonasında ümumi xərclər ümumi gəlirdən çox olur və firma zərər çəkir. B zonasında firma gəlir götürür, özü də maksimum gəliri C nöqtəsində əldə edir. Ümumi xərclər D zonasında ümumi gəliri üstələyəcək və firma zərər çəkəcək.
iqtisadi nəzəriyyədə iki növ gəlir fərqləndirilir: birincisi, gəlir xüsusi təsərrüfat anlayışı kimi, yəni mikrosəviyyəyə aid olan. Bu muzdlu işdən (əmək gəliri), sahibkarlıq fəaliyyətindən, mülkiyyətdən gələn gəlirdir. İkincisi, gəlir xalq təsərrüfatı anlayışı kimi (milli gəlir), yəni makrosəviyyəyə aid olan.
Biz istehsal amillərindən istifadə zəminində, funksional bölgü nəticəsində əldə olunan gəlirləri təhlil etməliyik.
Müəssisənin hazırlanmış məhsulun satışından əldə etdiyi gəlir istehsal amillərindən müəyyən asılılıqla bölünür. Əmək haqqı sərf olunmuş əməkdən, renta istifadə olunan torpaq sahəsinin dəyərindən, mənfəət və faiz istifadə olunan kapitalın həcmindən, sahibkarlıq gəliri sahibkarlıq qabiliyyətlərindən asılı olur. Bütün bu amil gəlirləri formaları bazar
iqtisadiyyatında istehsal amillərinin qiymətləri Icimi çıxış edirlər.