ümumi gəlir - bütün məhsulun satışından əldə olunan məbləğə bərabərdir (pul vahidlərində: rublla, dollarla və b.k.);
orta gəlir - satılmış məhsulun bir vahidi üçün hesablanır;
son hədd gəliri - əlavə məhsul vahidinin satışı hesabına ümumi gəlirin artmasıdır.
Onu ümumi gəlirin məhsul Kəmiyyətinin artımına nisbəti Kimi hesablayırlar.
Ü Son hədd gəliri MR = mumi gəlirin artımı AR (Q)
Məhsul artımı AQ Ümumi və son hədd gəlirlərindəKİ fərqlər gəlirlərin azalması qanununun fəaliyyəti ilə əlaqədar olaraq mühüm əhəmiyyət Kəsb edir.
Başqa nəticə bütün istehsal amillərinin eyni dərəcədə və eyni zamanda artması ilə əldə oluna bilər. Bu halda məhsul istehsalı və müəssisənin ümumi gəliri istehsal amillərinin artımı ilə eyni və ya hətta ondan da artıq ola bilər. Bu vəziyyət istehsal miqyasının artması zəminində gəlirliliyin artması adlanır. Bu amil aşağıdaKilarla şərtlənir:
birincisi, iriləşdirilmiş istehsal miqyasında əməK əməliyyatlarının ixtisaslaşdırılması əməK məhsuldarlığını artırır və əməK məhsuldarlığının artımı hesabına müəssisənin gəliri artır;
İKİncisi, idarəçilin funKsiyalarının ixtisaslaşdırılması da belə nəticə verir;
üçüncüsü, bahalı, güclü Kompüterlər, robototexnİKa KompleKslərinin səmərəli tətbiqi.
Firmanın ümumi gəlirinin dinamİKasını qrafİK şəKİldə əks etdirmən olar (şəkü 13.14).
Yeddinci mövqedən sonraya əmtəə istehsalı ümumi gəliri azaldır. Buna görə də istehsal yeddi əmtəədən artıq olarsa, onun səmərəliliyi azalır. Ümumi gəlir qrafİKİndən görürÜK Ki, A maKSİmum nöqtəyə yaxınlaşdıqca, əyrinin dİKİiyi azalır və ümumi gəlirin artımı azalır (son hədd gəliri).