MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə103/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   99   100   101   102   103   104   105   106   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Əmək
(fəhlələr)
L

Məcmu məhsul TP=Q

Əməyin son hədd məhsulu MPl

Əməyin orta məhsulu
apl

1

10

10

10,0

2

25

15

12,5

3

35

10

11,7

4

40

5

10,0

5

42

2

8,4

6

42

0

7,1

Cədvəldəki verilənləri qrafik şəkildə təsvir edək (şəkil

  1. . TP əyrisi qısamüddətli dövr üçün istehsal funksiyası­nın qrafik təsviridir.

Aşkar görünür ki, son hədd məhsulu məcmu məhsulun yanaşı dayanan iki kəmiyyəti arasındakı fərqə bərabərdir və ya MPl=AQ/AL=ATP/AL
Bu düstur TP əyrisinin əyilmə bucağının cəbri ifadəsin­dən başqa bir şey deyil. Beləliklə, hesab etmək olar ki, son hədd məhsulu əyrisi məcmu məhsul əyrisinin meyl bucağın­ın həndəsi təsviridir.

TP və MPl dəyişmələrinin son dərəcədə kiçik olduqlarını, məcmu məhsulun özünün isə dəyişən resurs (məsələn, əmək) kimi verildiyini götürsək, onda son hədd məhsulu məcmu məhsul funksiyasının ilk törəməsi olar.


Yəni TP = f(L) olarsa, onda MPL = TP’L = dQ/dL olar.
Bir də nəzərə alaq ki, verginin azalması yalnız qısamüd­dətli dövrdə müşahidə olunur. Məsələn, sahibkar taktiki məqsədlərlə tez bazara əlavə məhsul çıxartmaq qərarına gə­lir. Təbii ki, o ani olaraq yeni sex tikə və onu avadanlıqlarla təchiz edə bilməz. Qısamüddətli dövrdə kapitalın həcmi əv­vəlki kimi qalır. Sahibkar əlavə fəhlələr götürə bilər ki, on­lar hazırda olan dəzgahlarda, deyək ki, gecə növbəsində işləsinlər. Və ya əlavə fəhlələr götürmək olar ki, əvvəlkilərə kömək etsinlər: materialları gətirmək, zibili yığışdırmaq, hazır məhsulu daşımaq və s. Nəticədə hər bir əlavə işçinin götürülməsi istehsalın həcmini artıra bilər. Lahin hər bir yeni işçi ilə bunu etmək get-gedə çətinləşəcək. Məhsul artımı hər dəfə daha az olacaq. Nəhayət elə bir an gələcək ki, çoxlu adam biri-birinin ayağına dolaşacaq, mane olacaq və səmə­rəliliyi azaldacaq. Bu o deməkdir ki, son hədd məhsulu (yəni məhsul artımı) sıfra bərabərdir. Son hədd məhsulunun sıfra bərabər olmasına (məcmu istehsalın isə azalmasına) yol ver­mək olmaz, buna görə də işçi götürülməsini dayandırmaq lazımdır. İstehsalın sonrakı artımı yalnız onun daha böyük miqyası şəraitində, yəni eyni zamanda həm əməyin, həm də kapitalın həcminin artırılması yolu ilə mümkündür.
Bəzi yekunlar vuraraq qeyd edək ki, məcmu məhsul növ­bəti əlavə işçinin istehsal həcminə heç nə əlavə edə bilmədiyi nöqtədə, yəni son hədd məhsulu 0-a bərabər olanda maksi- mallaşır.
Son hədd məhsulu yalnız məcmu məhsul ilə deyil, həm də orta məhsulla bağlıdır. Əməyin orta məhsulu (APL - av- erage product of labour) bir işçinin orta hesabla hazırladığı məmulatın sayı ilə səciyyələnir.
APl = Q/L = TP/L
Orta məhsulun dinamikası belə bir dinamikaya malikdir: o, müəyyən geriliklə olsa da, son hədd məhsulunun ardınca gedir (bax cədvəl 13.1 və şəkil 13.4).
Şəkil 13.4 əyani göstərir ki, son hədd məhsulu orta məh­suldan böyük olduqda orta məhsul artır, son hədd məhsulu orta məhsuldan az olduqda isə orta məhsul azalır.
Bu asılılığı aşağıdakı misalla izah edək. Dörd imtahandan sonra tələbənin orta balı 4,3-dür. Fərz edək ki, beşinci imta­handan tələbə 5 alır. Bu, son hədd nəticəsidir. Son hədd qiy­məti orta baldan yüksəkdir. Nəticədə orta bal artır. Əgər beşinci imtahandan üç alsa, orta bal aşağı düşər.

Şəkil 13.4. Son hədd və orta məhsulların dinamikası
Deyiləndən belə bir nəticəyə gəlmək olar ki, son hədd məh­sulu və orta məhsul əyrilərinin kəsişmə nöqtəsi (MP = AP olduqda) orta məhsulun maksimum nöqtəsidir. Başqa sözlə, son hədd məhsulu əyrisi (MP) orta məhsul əyrisini (AP) so­nuncunun maksimum nöqtəsində kəsir.
Uzunmüddətli dövrdə istehsal və istehsal funksiyası
Uzunmüddətli dövrdə bütün amillər dəyişən olur. Bu mə­nada ki, sahibkarların onların ölçülərini dəyişməyə (məsələn, yeni zavod tikməyə, yeni dəzgahlar quraşdırmağa) kifayət qədər vaxtı olur.
istehsal amilləri yalnız birgə istifadə olunmur, həm də müəyyən dərəcədə bir-birini əvəzləyə də bilirlər. Eyni faydalı nəticəni, məsələn, bellə işləyən on yerqazandan da və ya bir maşinistin idarə etdiyi ekskavatordan istifadə etməklə də əldə etmək olar, istifadə edilən amillərin növü, qədəri və on­ların tətbiq (əvəzləmə) nisbəti bu və ya digər texnologiya ilə müəyyənləşir. Əmək tutumlu texnologiyalar böyük həcm­də əmək və nisbətən az miqdarda kapitalın tətbiqi ilə səciy­yələnir. Əksinə, kapital tutumlu texnologiyalarda kapitala nisbətdə əməyin tətbiqi azdır. Beləliklə, texnologiyanın növü istehsal funksiyası növünə bilavasitə təsir edir. Xətti funksiya. Bəzi hallarda resurslar tamamilə başqa­ları ilə əvəzlənə bilirlər. Belə ki, robot və ya insan tələb olu­nan iş həcmini eyni dərəcədə yerinə yetirə və məhsul və ya xidmətin tələb olunan keyfiyyətini təmin edə bilirlər. Bu za­man istehsal funksiyası xəttidir və belədir:
f(K, L) = K+L, və ya
Q = aK + bL.
Burada a və b biri-birinə nisbətləri, amillərin biri digərini əvəzləmə nisbətini göstərən koeffisiyentidir (məsələn, 1 ro­bot bir fəhləni əvəz edir; 1 robot 3 fəhləni əvəz edir; 1 robot 5 fəhləni əvəz edir və s.).
Bir amilin digərini əvəzləməsinin xarakteristikası üçün tex­niki əvəzləmənin son hədd norması göstəricisindən (MRTS - marginal rate of technical substitution) istifadə olunur. Bu göstəriciyə əsasən bir amilin bir dəyişməsi zamanı istehsalın dəyişilməz qalması üçün digər amilin kəmiyyətini nə qədər dəyişmək lazım olduğunu müəyyənləşdirirlər. Amilin birinin digəri ilə əvəzlənməsi baş verdiyindən, yəni amilin birinin qədəri artdığından, digərininki isə azaldığından, əvəzləmə­nin son hədd norması mənfi işarəli olur.
MRTS = -AK/AL.
Beləliklə, əgər hər iki amil dəyişirsə, onda müvafiq ola­raq onların son hədd məhsulları, istehsalın ümumi nəticəsi - məcmu məhsul dəyişilməz qalır.
AK x MPk+AL x MPl = 0 və ya AK x MPK = -AL x MPL, və ya
-AK/AL - MPl/ MPk, beləliklə, MRTS= MPL/ MPK.
Son hədd məhsulu məcmu məhsul funksiyasının birinci törəməsi olduğunu nəzərə alsaq, onda texniki əvəzləmənin
hədd norması amillərin hər biri üzrə götürülmüş eyni bir funksiyanın iki törəməsinin nisbətinə bərabər olacaq, yəni MRTS—TR’l/ TR'k.
Xətti funksiya üçün əməyin son hədd məhsulu b-yə bəra­bərdir, kapitalın son hədd məhsulu a-ya bərabərdir. Onda xətti funksiya üçün MRTS=b/a.
V.Leontyev funksiyası. Resursların biri-birini tamamla­dığı, lakin tamamilə qarşılıqlı əvəzlənməyən olduğu (çəkmə­nin sol və sağ tayı kimi) vəziyyət tamamilə başqadır. Belə təkmil tamamlamaya misal 1 odunçu və 1 balta; 1 makinaçı və 1 yazı makinası və b.k. ola bilər. Bir odunçuya ikinçi bal­tanın əlavə edilməsi kəsilmiş ağacların və ya doğranmış odu­nun həcminə (zaman vahidi ərzində) heç nə əlavə etmir, yəni kapitalın son hədd məhsulu sıfıra bərabərdir. Eyni dərəcədə baltasız ikinci odunçunun əlavə edilməsi də mənasızdır, çünki bu halda əməyin son hədd məhsulu sıfra bərabərdir. Texniki əvəzləmənin son hədd normasına gəldikdə isə, o ya sıfra bərabər olur (MPL=0 olarsa), ya da müəyyənləşmir (MPk=0 olanda).
Əmək və kapital arasında nisbət yalnız 1:1 deyil, istəni­lən ola bilər. Məsələ burasındadır ki, bu nisbət həmin tex­nologiya üçün təsbit edilmişdir. Belə ki, bir toxucu eyni zamanda bir dəzgahda işləyə bilər, lakin məhsuldarlığını ar­tıraraq 3, 5 və hətta daha çox dəzgahda işləyə bilər.
Təkmil tamamlayıcı amillər halında istehsal funksiyası belə olacaq:
f(K, L) = min{K, L} və ya
Q = min {aK, bL},
burada a>0, b>0 və tamamlama nisbətini səciyyələndirir. Bu növ funksiya Nobel mükafatı laureatı (1973), «xərc­lər-buraxılış» iqtisadi təhlil metodunun müəllifi Vasili Leontyev tərəfindən təklif və tədqiq olunmuşdur. Bu növ funksiya çox vaxt Leontyev funksiyası adlanır.

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin