MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


İstehsal artımının istehsal amillərinin istifadəsindən asılılığı



Yüklə 1,26 Mb.
səhifə101/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   97   98   99   100   101   102   103   104   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

16.2.İstehsal artımının istehsal amillərinin istifadəsindən asılılığı
Real həyatda istifadə olunan texnologiya çərçivəsində sa­hibkar istehsal amillərinin (əmək, torpaq, kapital) ən yaxşı kombinasiyasını tapmağa cəhd edir ki, ən çox məhsul əldə edə bilsin. İstənilən amillər cəmi və bu amillər cəmindən hazırlanması maksimum mümkün olan məhsul həcmi ara­sındakı nisbət istehsal funksiyasını səciyyələndirir. İstehsal funksiyası amillər sərfi ilə məhsul istehsalı arasındakı tex­noloji asılılığı müəyyənləşdirir. O həmişə konkret texnoloji quruluş üçün qurulur. Amillərin istənilən kombinasiyasında buraxılan məhsulun maksimal əldə olunan həcmini artıran texnologiyanın yaxşılaşdırılması öz əksini həmişə yeni isteh­sal funksiyasında tapır. İstehsal funksiyasından istənilən ve­rilmiş həcmdə əmtəə istehsalı üçün zəruri olan minimal məsrəfləri hesablamaq üçün istifadə etmək olar.
İstifadə olunan resursların kəmiyyətiylə buraxılmış məh­sulun həcmi arasındakı asılılığı şifahi, cəbri və ya həndəsi şəkildə göstərmək olar.
Buraxılış həcminin istifadə olunmuş istehsal amillərinin funksiyası olduğu cəbri forma istehsal funksiyasıdır.
İstehsal funksiyası həm mikroiqtisadi, həm də makroiqti­sadi qarşlıqlı əlaqələri səciyyələndirə bilər.
İqtisadi ədəbiyyatda məhsul buraxılışı həcminin vahid işarəsi yoxdur, lakin bu istehsal funksiyası mahiyyətinin dərkini çətinləşdirmir. Adətən eynimənalı kimi aşağıdakı simvollardan istifadə olunur:
Q (quontity) - istehsal olunmuş əmtəə və xidmətlərin qə- dəri;
TP (total product) - istehsal nəticəsində alınmış məcmu məhsul;
Y (yield) - nəticə, məhsulun çıxışı.
Bu zaman istehsal funksiyası belə olacaq:
Q (=TP=Y) = f (a, b, c, d ... z),
burada a, b, c, d ... z - istehsal amilləridir.
İstehsalın təhlili zamanı ən çox yalnız əmək (L) və kapi­talın (K) təsiri nəzərə alınan ikiamilli modeldən istifadə olu­nur. Özü də bu zaman həm əmək, həm də kapital yekcins, keyfiyyət və görünüşünə görə fərqlənməyən hesab olunur. Hesab olunur ki (bu heç də əsassız deyil), müasir sənaye istehsalında bir iqtisadi resurs kimi torpağın rolu bir o qədər də əhəmiyyətli deyil. Beləliklə, ən ümumi şəkildə ikiamilli istehsal funksiyasını cəbri qaydada belə yazmaq olar:
Q = f (K, L).
İstehsal funksiyasının konkret növü əsasən istehsal tex­nologiyası və istifadə olunan amillərin qarşılıqlı əlaqəsinin xarakterindən, həmçinin istehsal dövrünün qısamüddətli və ya uzunmüddətli olmasından asılıdır.
Göstərilən məqamların rol və əhəmiyyətini ardıcıl nəzər­dən keçirək.
Əvvəlcə istehsal dövrünün müddətinə diqqət yetirək.

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin