MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə97/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   93   94   95   96   97   98   99   100   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

tl

öz vəsaitləri

Borc alınmış vəsaitlər

Səhmlərin emissiyasından gələn gəlir

1970

60,7

22,4

3,2

1975

73,5

7,1

8,8

1980

66,1

22,3

4,9

1982

62,1

26,9

4,7

1984

83,5

20,7

3,7

1986

58,5

21,6

12,5

1987

52,2

20,8

19,4

1988

45,1

41,2

7,1

1989

35,1

47,3

6,2



Cədvəldən göründüyü kimi, daxili resursların payı 80-ci illərin ortalarına qədər mütəmadi artmış və o dövr üçün bü­tün maliyyələşdirmə mənbələrinin 83,5%-ni təşkil etmişdi, lakin sonra kəskin şəkildə azalmış və 80-ci illərin axırında 35,1% olmuşdur. Borc götürülmüş vəsaitin payı isə, əksinə, həmin müddətdə iki dəfədən çox artmış və 47,3%-ə çatmış­dı. Səhmlərin buraxılışından gələn gəlir isə heç vaxt daxili artımın diqqətəlayiq mənbələrindən olmamışdır. 1986-1987- ci illərdə bunun əhəmiyyəti kəskin surətdə artmış, lakin fond bazarındakı 1987-ci il oktyabr böhranından sonra 6,2%-ə enmişdi. (Diqqət etsək, görərik ki, daxili artımın bü­tün maliyyələşdirmə mənbələrindən olan məbləğlərin cəmi hər il üçün 100%-ə bərabər deyil. Bu onunla izah olunur ki, Böyük Britaniyada ənənəvi olaraq «kənar», «zahiri» maliy­yələşdirmə mənbələri böyük əhəmiyyət kəsb etmişdir ki, ça­tışmayan faizlər də onların payına düşür).
Firmanın ikinci artım yolu qovuşma və ya udma ilə əla­qədar istehsal və kapitalın mərkəzləşdirilməsi ilə bağlıdır. Təcrübə göstərir ki, bu çox geniş yayılmış üsuldur, o, firma aktivlərinin artımının 50% və bütün sənaye təmərküzləşmə­sinin 60%-ə qədərini təmin edir. Qovuşma və udma dinami­kası qeyri-bərabərdir: qovuşmaların kəskin çoxalma və son­radan səngimə dövrləri müşahidə olunur. Sonuncu qovuşma­lar dalğası 80-ci illərin sonuna təsadüf etmişdi ki, elə bu da firmaların artımında öz mənbələrinin payının azalmasını şərtləndirmişdi. 1984-1989-cu illərin hay-küylü qovuşmalar artımının 1968 və 1972-ci illərin artımından əsas fərqi on­dan ibarət idi ki, qovuşan firmaların sayına nisbətdə bunun­la bağlı xərclər çox yüksək olmuşdu: əsasən olduqca böyük firmalar qovuşurdular.
Qovuşma udmadan formal olaraq fərqlənir, lakin əslində onları fərqləndirmək çox da asan olmur.
Qovuşma iki şirkətin rəhbərliyinin birləşmək barədə qar­şılıqlı razılaşması deməkdir. Qovuşmanın adi mexanizmi qo­vuşan şirkətlərin səhmlərinin yeni vahid formalı səhmlərlə əvəz olunmasından ibarətdir. Birgə müəssisənin adı çox vaxt özündən əvvəlki firmaların adlarını əks etdirir. Qovuşma üçün adətən xüsusi maləyyələşdirmə fondu tələb olunmur.
Udma bir firma digərini alanda baş verir. A firmasının rəh­bərliyi B firmasının səhmdarlarına onlardan səhmlərin nəzarət paketini almaq təklifi ilə müraciət edir. Təklif olunan qiymət adətən bazar qiymətindən xeyli yüksək olur. Udma əməliyyatı üçün udan firmaya səhmlərin nəzarət paketini ödəmək üçün xeyli böyük xüsusi fond lazımdır. Nəticədə udulmuş firma və onun adı müstəqil hüquqi şəxs kimi daha mövcud olmur.
Qovuşmanın (udma) bir neçə əsas növü olur: üfüqi inteq­rasiya, şaquli inteqrasiya və konqlomerasiya.
Üfüqi inteqrasiya eyni növ məhsul istehsal edən və ya müəyyən texnoloji prosesin eyni mərhələsini həyata keçirən firmaların birləşməsi zamanı müşahidə olunur. Üfüqi inteq­rasiyanı istehsalın sahədaxili təmərküzləşməsi və mərkəzləş- məsi kimi səciyyələndirmək olar. Diyircəkli yastıq istehsal edən və ya tikiş maşınları buraxan firmaların birləşməsi və ya supermarket tərəfindən kiçik mağazaların udulması buna misal ola bilər. 60-cı illərdən hazırkı dövrədək Böyük Brita­niyada baş vermiş udmaların və qovuşmaların 80% -dən çoxu üfüqi inteqrasiya növünə aid olmuşdur. Bu kimi qovuşmalar istehsal səviyyəsində və idarəetmə səviyyəsində miqyas hesa­bına qənaət verirlər.
Şaquli inteqrasiya müəyyən vahid texnoloji prosesin müxtəlif mərhələlərini həyata keçirən firmaların birləşməsi zamanı baş verir. Əslində bu, istehsalın sahələrarası təmər­küzləşməsi və mərkəzləşməsidir. Buna misal neftçıxarma şirkətləri tərəfindən neft emalı, kimya zavodları, neft kə­mərlərinin və tankerlərin, benzindoldurma məntəqələrinin və s. alınmasıdır. Başqa bir misal ticarət firması tərəfindən toxuculuq və tikiş müəssisələrinin alınmasıdır. Şaquli inteq­rasiya xərcləri azaltmağa imkan verir, çünki məhsul bir təkrar istehsal mərhələsindən digərinə bazara çıxarılmadan keçir: firmanın bölmələri arasında hesablaşma bazar qiymət­ləri ilə deyil, daha aşağı olan transfer (köçürmə) qiymətləri ilə aparılır. Şaquli inteqrasiya bazar mövqelərini genişlən­dirməyə və bazar üzərində nəzarəti gücləndirməyə imkan verir. Amma bu növ qovuşmaların sayı cəmi 5% -dir.
Konqlomerat texnoloji prosesləri heç cür əlaqədar olmayan firmaların birləşməsi nəticəsində yaranır. Məsələn, ingilis- holland firması «Yunilever»in ərzaq, kağız, kimya sənayesi, yuyucu vasitələrin istehsalı, nəqliyyat, ətir, heyvanlar üçün yemək hazırlanması, tropik plantasiya təsərrüfatı və s. sahələ­rində çoxsaylı müəssisələri var. Konqlomeratlar ya istehsalın diversifikasiyası, ya da * təsadüfən» başqalarının firmalarının alınması yolu ilə yaranır.
Qovuşma və udma zamanı istehsalın diversifikasiyası kapitalı müxtəlif sahələrə paylaşdırmaqla riski azaltmaq, əvvəlki istehsal növlərinin qovuşuğunda yaranan yeni bazar­ları mənimsəmək; bazardakı ən kiçik boşluqları belə doldur­maq, eyni zamanda müxtəlif sahələrdə tətbiq etməklə elm və texnikanın nailiyyətlərindən maksimum səmərəli istifadə etmək (texnologiyanın çarpaz tozlandırılması adlandırılır) məqsədi güdür. Nəticədə şirkət tərəfindən alınmış firmalar firmanın ümumi quruluşunda özünə yer alaraq onunla vahid sistem əmələ gətirir və bu sistemin sabitliyi idarəetmənin səmərəliliyindən asılı olur. Belə birləşmələrin əsas təşkilat forması konserndir.
Konqlomeratlar möhtəkirlik məqsədilə yaradılanda, yəni fond bazarındakı qiymətlər müəssisələrin alqışı və ya satqısı zamanı qazanc təmin etdiyinə görə onlar qeyri-sabit olur, amorf xarakterli olur və tez dağılırlar. 60-cı illərdə konqlomerat tipli birləşmələrin kəskin artımı müşahidə olunurdu, lakin artıq 70- ci illərdə onların çoxu özünü doğrultmadı, «içi boş müqəvva* oldu və dağıldı. 90-cı illərin əvvəllərində yeni qovuşma və birləşmələrin 10% -ə qədərini konqlomerata aid etmək olar.
Son onilliyin əsas meyllərindən biri əks-təmərküzləşmə və əks-mərkəzləşmə olan proseslərdir. Sürətlə dəyişən bazar kon­yunkturası, daxili bazarlarda da beynəlxalq xarakter almış kəskinləşmiş rəqabət, dinamik yeniləşən texnologiyalar şərai­tində firmanın mövcudluğu onun mütəhərrikliyindən, çevik­liyindən, uyğunlaşa bilməsindən asılıdır. Buna isə istehsal və idarəetmənin əks-mərkəzləşdirilməsi yolu ilə nail olmaq daha asandır. Bununla bağlı iri firmaların hər biri müstəqil hüquqi şəxsə çevrilən və səhmlərini fond birjasında müstəqil qeyd et­dirən daha kiçik tərkib hissələrinə parçalanması prosesi müşa­hidə olunur. Son illərin səciyyəvi xüsusiyyətlərindən biri firmanın ayrı-ayrı quruluş bölmələrinin onların menecerləri tərəfindən alınmasıdır. Buna misal 1992-ci ildə Britaniya kon­serni «İmperial Kemikl İndastriz»in quruluşu tərkibindən yeni satış bazarlarının fəth edilməsi məqsədilə bir sıra bölmələrin ayrılmasının elan edilməsi ola bilər. Müasir menecment keyfiy­yət və çevikliyə üstünlük verir.



Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin