MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


Məqsədlərin çoxluğu nəzəriyyələri



Yüklə 1,26 Mb.
səhifə99/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   95   96   97   98   99   100   101   102   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

15.5. Məqsədlərin çoxluğu nəzəriyyələri


Mövzu 16. İstehsal amilləri və amil gəlirlərinin bölgüsü nəzəriyyəsi
16.1.İstehsalın əsas amilləri
16.2.İstehsal artımının istehsal amillərinin istifadəsindən asılılığı
16.3. Amil gəlirləri nəzəriyyəsi
16.4. Amil gəlirləri və onların funksional bölgüsü
16.5.İstehsal amilləri bazarında tələb və təklif. Firmanın tarazlığı


16.1.İstehsalın əsas amilləri
istehsal - maddi nemətlər hazırlanması prosesidir. Məh­sul istehsal edərkən insan təbiət obyektlərinə təsir edir, on­lara maddi tələbatlarının ödənilməsi üçün yararlı forma verir. Qeyd olunduğu kimi, istehsal təbiət maddələrinin bila­vasitə istehlak və ya sonrakı istehsal üçün işlənilməsidir. İs­tehsalın belə vəzifəsi onun istənilən sosial formasında saxlanılır.
Nemətlər istehsalında hansı amillərin iştirakı məsələsini ay­dınlaşdırmaq bizim üçün vacibdir. İqtisadi nəzəriyyədə istehsal amili dedikdə istehsalın imkanları və nəticələrinə həlledici təsir göstərə bilən element və ya obyekt başa düşülür.
Məhsul istehsalı üçün istifadə olunan amillər olduqca çoxdur, özü də hər bir məhsulun hazırlanması üçün öz amil­lər toplusu var. Onları təsnif etmək, böyük qruplarda birləş­dirmək ehtiyacı yaranır. Təsnif etməyə müxtəlif yanaşmalar mövcuddur.
Marksist nəzəriyyə iş qüvvəsi, əmək predmeti və əmək vasitələri kimi qrupları ayırır və onları istehsalın şəxsi amilləri və istehsalın maddi amilləri olmaqla iki böyük qrupa ayırır. İstehsalın şəxsi amili kimi həmişə iş qüvvəsi - insanın fiziki və zehni qabiliyyətlərinin məcmusu - nəzərdən keçiri­lir. Maddi amillər kimi bütün istehsal vasitələrinin məcmu­su götürülür.
Şəxsi və maddi amillər qarşılıqlı əlaqəli mürəkkəb sistem yaradır ki, bunların da səmərəliliyi texnologiya və istehsalın təşkili ilə müəyyənləşir.

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin