Mövzu-08. Texnogen mənşəli fövqəladə hallar və onların əsas zədələyici amilləri [4, 5, 32, 34, 44, 47, 49].
Texnogen mənşəli fövqəladə hallar barədə məlumat. Texnogen xarakterli qəzalar. Texnogen xarakterli fövqəladə halların qəza növlərinə görə təsnifatlaşdırılması. Texnogen mənşəli fövqəladə halların əsas zədələyici amilləri.
Texnogen mənşəli fövqəladə hallar barədə məlumat. XX əsrdə baş verən elmi-texniki inkişaf, o cümlədən atom bombasının kəşfi, atom enerjisindən sənayedə və energetikada geniş istifadə, iri sənaye komplekslərinin yaranması, nəqliyyatın durmadan sürətlə inkişafı və s. bu kimi bəşəri nailiyyətlər özləri ilə daha dəhşətli yeni, texnogen təhlükələr də gətirmişlər.
Texnogen xarakterli təhlükə dedikdə istehsalat müəssisələrində, bina və tikililərdə, kommunikasiya sistemlərində, nəqliyyatda, energetika sistemlərində, hidrotexniki qurğularda insanın hər hansı formada təsiri ilə əmələ gələn, partlayış, dağıntı, yanğın, uçqunların əmələ gəlməsi ilə nəticələnən, habelə insanlara müxtəlif zədələr vuran, iqtisadiyyatı zəiflədən təhlükəli hadisə başa düşülür.
Texnogen xarakterli fövqəladə halların tipik səbəblərinə isə bunları aid etmək olar: -insan fəaliyyəti ilə əlaqəli hadisələr (operatorun, sürücünün səhvləri, konstruksiyanın defektləri, qurğu və avadanlıqlara xidmət vaxtı xətalar); -qurğu və avadanlıqlara aid olan hadisələr (mexanizmlərdə sürtkü materiallarının olmaması, həssas elementlərin düzgün vermədiyi siqnallar və s.); -ətraf mühitlə əlaqəli hadisələr (ildırım vurma, suyun axmasından, subasmadan və s. səbəbdən elektrik xətlərində qısa qapanmalar, istehsalat proseslərində, tikililərində baş verən qəzalar və s.).
Texnogen xarakterli təhlükələr reallaşdıqda fövqəladə hallar yaranır və onlar ağır, yüngül, kimya, yanacaq, tikinti materialları sənayesi sahələrinin, nəqliyyat müəssisələrinin dayanıqlı iş rejimi üçün qəza və fəlakətli vəziyyətlərə gətirib çıxarır. Onlar həmçinin insan itkilərinin, ekoloji fəlakətlərin səbəbləri ola, dağılmalara və uzun müddət ərzində istehsalın dayanmasına gətirib çıxara bilər. Hər il dünyada 500 mln.-dan çox mənfi fəsadlı texnogen hadisə baş verir. Nəticədə milyonlarla insan həlak və ya şikəst olurlar.
Texnogen sahədə qəzaların və ya fövqəladə halların yaranmasının çoxsaylı səbəblərini beş sinifə bölmək olar: 1) qurğuların işinin dayanması; 2) texnoloji reqlamentdən meyletmələr; 3) texniki sistemlərin yüksək energetik səviyyəsi; 4) istehsalat personalının səhvləri; 5) xarici səbəblər (təbii fəlakətlər, diversiyalar və s.).
Texnogen xarakterli qəzalara aşağıdakıları misal göstərmək olar:
Dostları ilə paylaş: |