Temperatur amili. Bu, ayrı-ayrı ekstremal vəziyyətlərdə (istehsalatda yanğınlar, qapalı mühitlərdə yanğınlar, işıq şüalanmasının təsiri, qar yığınları və uçqunları, dəniz nəqliyyatında fəlakətlər, bir sıra digər böhran şəraitlər) yaranan yüksək və aşağı temperaturların təsirindən ibarətdir. Yüksək temperaturun təsiri altında yanğınlar, aşağı temperaturlarda isə istilik – və su təchizatı şəbəkələrinin donması, ayrı-ayrı müəssisələrin və nəqliyyat növlərinin işinin dayanması baş verə bilər. Yüksək temperatur şəraitində insan orqanizminin həddən artıq qızması, soyuq havada isə - orqanizmin həddən artıq soyuması və ya donması baş verə bilər.