MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


Menecerial firma nəzəriyyəsi: satışdan gəlirin maksimumlaşdırıması



Yüklə 1,26 Mb.
səhifə95/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   91   92   93   94   95   96   97   98   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

15.2. Menecerial firma nəzəriyyəsi: satışdan gəlirin maksimumlaşdırıması
Bu konsepsiya aşağıdakı ilkin şərtlərdən çıxış edir:

  • operativ idarəetməni mülkiyyətçilər deyil, peşəkar menecerlər həyata keçirirlər;

  • menecerin məqsədi satışın həcmini və bunun nəticəsin­də daxil olan gəliri maksimallaşdırmaqdır.

Bu ilkin şərtlərin real əsası var, çünki müasir dövrdə mülkiyyətin səhmdar forması üstünlük təşkil etdiyindən səhm sahibləri öz idarəetmə hüquqlarını peşəkarlara verərək formal olaraq mülkiyyətçidirlər. Əlbəttə, söhbət səhmlərin əsas paketinə sahib olan və firma fəaliyyəti üzərində strateji nəzarəti özlərində saxlayan azsaylı mülkiyyətçilər zümrəsin­dən deyil, bəzən şirkətin işindən çox uzaq (sözün həm hərfi, həm də məcazi mənasında) olan milyonlarla kiçik, orta və hətta iri səhmdarlardan gedir.
İkinci ilkin şərtə gəldikdə isə, onun da real əsası var. Bu konsepsiyanın müəlliflərindən biri U.C.Baumol 1959-cu ildə qeyd edirdi ki, menecerlərin həqiqətən də satış həcminin maksimallaşdırılmasında maraqlı olmalarının bir neçə səbəbi var. Bu birinci növbədə menecerlərin aldıqları məvacib, bü­tün əlavə güzəştlər və ödənişlərin bilavasitə satış pulundan asılı olması ilə izah olunur. Menecerial konsepsiyanı inkişaf etdirən Uilyamson 1963-cü ildə əlavə əsas kimi göstərdi ki, satış pulunun artması ştatı genişləndirməyə, yeni layihələri həyata keçirməyə imkan verir. Bu da öz növbəsində menece­rin statusunu qaldırır: onun tabeçiliyində daha çox adam iş­ləyir, Xidməti iyerarxiyada onun rütbəsi qalxır.
Şəkil 16.1-dəki qrafik gəlirin maksimallaşdırılması şərai­tində firmanın məhsul istehsalı həcmi ilə ticarətdə satış pu­lunun maksimallaşdırılması arasında mümkün fərqin dərəcəsini göstərir. Sonuncu halda istehsal və satış həcmi Qs -ci vahidin satışından gələn son hədd gəliri sıfra bərabər oluncaya qədər artmaqda davam edəcək. Bu o deməkdir ki, məcmu gəliri daha arta bilməz və deməli, o maksimuma çat­mışdır. Gəlirin maksimallaşdırılması zamanı istehsal həcmi Qp səviyyəsində müəyyənləşir, çünki məcmu gəlir ilə məcmu xərclər arasında ən böyük fərq məhz bu nöqtədə əldə olun­muşdur, yəni mənfəət maksimuma çatmışdır.
Asanlıqla görmək olar ki, ticarətdə satış pulunun maksi- mallaşması zamanı firmanın mənfəəti mənfəətin maksimal- laşması variantı ilə müqayisədə azalmış olur. Bu hal adətən səhmdarların narazılığına səbəb olur və onlar menecerlər üçün minimum mənfəət səviyyəsini müəyyənləşdirə bilərlər. Əgər mənfəət azaldılması məhdudlaşdırıcısı PR səviyyəsində müəyyənləşdirilmişdirsə, menecerlər satış həcmini mənfəətin yol verilən həddən aşağı düşmə təhlükəsi olan həddə qədər artıracaqlar. Yeni satış həcmi PR düz xəttinin TPR məcmu gəlir əytisi ilə kəsişmə nöqtəsinə müvafiq olan Qs' səviyyə­sində müəyyənləşəcək.

Şəkil 16.1. Mənfəətin və satışdan əldə olunan pulun
maksimallaşdırılması zamanı məhsul buraxılışının həcmində
mümkün kənarlaşmaların dərəcəsi
ingilis iqtisadçısı Şiplinüı 1981-ci ildə apardığı sosioloji tədqiqatlar göstərir ki, praktik olaraq Britaniya firmalarının yarısı satışın maksimal laşdırılmasını qarşılarında duran ən mühüm məsələlərdən biri hesab edirlər, iri şirkətlər bu mə­sələyə kiçiklərdən daha çox diqqət yetirirlər: 3000 nəfərdən çox işçisi olan şirkətlərdən yeddidə biri satışın maksimallaş- dırılmasını özlərinin əsas məqsədi hesab etdiyi halda, bütün şirkətlər arasında on dördündən biri bunu əsas məqsəd hesab edir.
ABŞ-ın Strateji Planlaşdırma institutunun (1974) apardı­ğı tədqiqatların nəticələri göstərmişdir ki, qısamüddətli dövrdə firmalar satış həcmini, uzunmüddətli dövrdə isə mənfəəti maksimallaşdırmağa üstünlük verirlər.



Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin