MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


Uzunmüddətli dövrdə istehsal xərcləri. İstehsal xərcləri və miqyas effekti



Yüklə 1,26 Mb.
səhifə91/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   87   88   89   90   91   92   93   94   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

14.3. Uzunmüddətli dövrdə istehsal xərcləri. İstehsal xərcləri və miqyas effekti
Uzunmüddətli dövrdə xərclərin bütün elementləri dəyi­şəndir. Əgər hər bir istehsal həcminə ən az dəyərə malik re­surs kombinasiyası tətbiq olunmuşsa, uzunmüddətli dövrdə orta xərclər əyrisi hər bir istehsal həcmi üçün minimal xərc­ləri xarakterizə edən nöqtələrin məcmusundan ibarət olacaq (LRAC əyrisi).
Qısamüddətli və uzunmüddətli dövrlərdə xərclərin qarşı­lıqlı əlaqəsini başa düşməyə şəkil 14.10 kömək edər.
Şəkil 14.10-da bir sıra qısamüddətli xərclər əyrisi verilib və bunlar müəssisənin müxtəlif ölçülərinə (istehsal miqyası­na) müvafiqdirlər. Deyək ki, sahibkar əvvəlcə 1-ci qısamüd­dətli dövrdədir. O, istehsal veriminin azalması effekti özünü göstərənə, yəni qısamüddətli orta xərclər artmağa başlayana qədər istehsalı artıra bilər. Bundan sonra qısamüddətli dövr­də istehsalın artırılması imkanları tükənir. Müəyyən vaxt tələb olunur ki, sahibkar istehsalı yeni miqyasda təşkil edə bilsin, məsələn, yeni zavod tiksin, təzə sex açsın, əlavə dəz- gahlar quraşdırsın. Yəni bütün resurs növlərinin parametr­ləri dəyişməlidir. Beləliklə, müəssisə 2-ci miqyasa çatır və ikinci qısamüddətli dövrdə əlavə işçi qüvvəsinin, əlavə xam­mal və materialların cəlb olunması hesabına istehsal həcmini məhsuldarlığın azalması effekti işə düşüncəyə qədər artıra bilər. 3, 4, 5 və s. istehsal miqyaslarına keçid də eyni qayda­da baş verəcək. Müxtəlif qısamüddətli dövrlərin xərclərin- dəki dəyişiklikləri birləşdirib, qısamüddətli xərclər əyrilərinə toxunan olaraq onları sanki əhatələyən uzunmüddətli orta xərclər əyrisini alarıq. Uzunmüddətli orta xərclər əyrisini çox vaxt paket-əyri də adlandırırlar, çünki onun içində, pa­ketdə olduğu kimi, bütün qısamüddətli dövrlərin əyriləri yerləşir. Bu əyrinin daha bir adı «U - əyridir» ki, bu da onun latın hərfi U-nu xatırladan forması ilə şərtlənir.
Uzunmüddətli orta xərclər əyrisinin forması və yönümü müxtəlif ola bilər (şəkil 14.11 - 14.13). Bu istehsal miqyası artdıqca orta xərclərin kəmiyyətinin necə dəyişməsindən ası­lıdır. Başqa sözlə, uzunmüddətli dövrdə xərclərin dinamika­sı miqyas effekti ilə müəyyənləşir.
İstehsalın miqyası artdıqca orta xərclər azalmağa meylli- dirsə, miqyasın müsbət effektli olduğundan (şəkil 14.11) və ya istehsal artımında qənaətdən söhbət gedir. Belə qənaət əməyin ixtisaslaşdırılması, daha səmərəli idarəetmə, kapital­dan (binalar, avadanlıq, elektrik enerjisi və s.) istifadədə qə­naət hesabına əldə olunur.
İstehsalın miqyası artdıqca orta xərclər də artırsa, miq­yas effekti mənfi olacaq (əkil 14.12). Nəhənglik həvəsi idarə­etməyə xərcləri artırmaqla onun səmərəliliyini aşağı sala bilər; bürokratizm, məsuliyyətin biri-birinin üstünə atılması və s. artar. Nəticədə resurslara kapital qoyuluşundan gələn gəlir azalar (məsələn, resursların 5% artırılması məhsulun həcmini cəmi 2% artıracaq), uzunmüddətli dövrdə orta xərc­lər isə istehsalın həcmi artdıqca artmağa başlayacaq.
Nəhayət, istehsal həcmi artdıqca orta xərclər vahidi də­yişmirsə, miqyas effekti sıfır olacaq (14.13).
Uzunmüddətli orta xərclər əyrisi adətən yuxarıda göstə­rilmiş hər üç əyrilərin qarışığından ibarət olur. Bu onunla əlaqədardır ki, istehsal miqyasları artdıqca orta xərclər əv­vəlcə azalır, sonra bir müddət sabit qalır və nəhayət elə bir məqam var ki, ondan sonra istehsal həcminin artması orta xərclərin artımına səbəb olur.
Şəkil 14.14-də uzunmüddətli orta xərclər əyrisi verilmiş­dir.
Bu əyrini əsas götürərək uzunmüddətli dövrdə istehsalı hara qədər artırmaq mümkün olduğunu müəyyənləşdirmək olar. Aydındır ki, bütün mümkün az orta xərclər səviyyəsin­dən ən azını seçməyə imkan verən istehsal səviyyəsi optimal olacaqdır. Şəkil 14.14-də Q* istehsal həcmi uzunmüddətli or­ta xərclər əyrisinin ən aşağı nöqtəsinə müvafiqdir və demə­li, məhz bu halda firma miqyasın müsbət effektindən tam istifadə edir və yalnız qısamüddətli dövrdə deyil, həm də uzunmüddətli dövrdə xərclərin azaldılmasına nail olur.

Şəkil 14.14. Uzunmüddətli orta xərclər əyrisi (əhatələyən əyri,
U formasında əyri)
Uzunmüddətli orta xərclər əyrisi hər bir sahənin özü üçün müəssisələrin optimal ölçüləri olduğunu nümayiş etdir­məyə imkan verir. Bu həm texnologiya ilə, həm də bazardakı vəziyyətlə müəyyənləşir. Məsələn, metallurgiya, aviasiya, gəmiqayırma sənayelərində irihəcmli müəssisələr tikmək sər­fəlidir, çünki məhz onlar uzunmüddətli orta xərcləri mak­simal azaltmağa və miqyas effektindən tam istifadə etməyə imkan verir (şəkil 14.15).


Şəkil 14.15. Sahədə ən yüksək rəqabət qabiliyyəti (ən az xərclər) - iri müəssisələrdir

Nəhəng müəssisələr kiçik və ya ortalardan heç də həmişə səmərəli olmur. Bərbərxana işi kimi sahələrdə kiçik müəssisə rəqabət üstünlüyünə malik olacaq. Bu sahədə miqyasın müs­bət effekti tez tükənir və müəssisənin sonrakı böyüdülməsi yalnız orta xərclərin artmasına səbəb olur (şəkil 14.16).





Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin