MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə89/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   85   86   87   88   89   90   91   92   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

aşkar xərclər;

  • gizli xərclər;

  • normal mənfəət.

    istehsal xərclərinə yanaşma müxtəlifliyi mənfəətin müx­təlif cür izahına səbəb olur.
    Mühasib üçün mənfəət məcmu satış mədaxili ilə aşkar xarclər arasındakı fərqə bərabərdir.
    İqtisadçı üçün mənfəət məcmu satış mədaxili ilə bütün məcburi xərclər arasındakı fərqə bərabərdir, İqtisadi xərc­lər mühasibat xərclərindən çox olduğundan iqtisadi mənfəət mühasibat mənfəətindən azdır.

    14.2. Qısamüddətli dövrdə istehsal xərcləri
    Bütün istehsal xərclərini bir neçə əlamətlərinə görə təs­nifləşdirmək olar. Əsasən təsbit olunmuş və dəyişən xərcləri ayırırlar.
    Təsbit olunmuş xərclərə vergilər, borca görə faizlər, icarə haqqı, avadanlığın uzunmüddətliyinin tədricən itirilməsinə görə ödənişlər, mühafizə haqqı, bəzi dəyərli mütəxəssislərin əmək haqqı və s. kimi mütləq ödənişlər daxildir. Bu xərclərin xüsusiyyəti ondadır ki, onların kəmiyyəti istehsalın həcmindən asılı deyil. Əgər məhsul istehsalı müvəqqəti dayandırılsa belə, firma yenə də vergiləri, kredit faizlərini və s. ödəməlidir.
    Dəyişən xərclər bilavasitə istehsal həcmindən asılı olub onunla birlikdə dəyişir. Dəyişən xərclərə material və xamma­la, elektrik enerjisinə və s. məsrəflər, həmçinin muzdlu işçilərin və qulluqçuların əmək haqları aiddir.
    Təsbit olunmuş və dəyişən xərclər birlikdə ümumi isteh­sal xərclərini əmələ gətirir.
    Qrafik şəkildə təsbit olunmuş istehsal xərcləri üfüqi xətt şəklində (şəkil 14.1), dəyişən və ümumi xərclər isə xüsusi şəkildə əyilmiş artan əyrilər şəklində (şəkil 14.2) təəvir olu­nurlar




    Şəkil 14.1. Təsbit olunmuş xərclər





    Şəkil 14.2. Dəyişən və məcmu xərclər

    Gördüyümüz kimi dəyişən və ümumi xərclər arasındakı şaquli məsafə təsbit olunmuş xərclərə bərabərdir ki, bu da həmin kateqoriyaların təriflərindən irəli gəlir.
    Yuxarıda adlan çəkilən kateqoriyaların hər birini məhsu­lun istehsal həcminə bölsək, onda daha bir xərclər göstərici­ləri qrupu, yəni orta xərclər alınar. Orta xərclər məhsulun hər vahidinin istehsalına tipik məsrəfləri göstərir.

    Yüklə 1,26 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   85   86   87   88   89   90   91   92   ...   166




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin