MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


Məhsul elementlərinin xüsusiyyətlərinin təhlili əsasında istehlakçı seçimi



Yüklə 1,26 Mb.
səhifə86/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   82   83   84   85   86   87   88   89   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

13.5. Məhsul elementlərinin xüsusiyyətlərinin təhlili əsasında istehlakçı seçimi
Əmtəə və xidmətlərin qiymətlərinin dəyişilməsinin təsiri altında istehlakçı üstünlükverimləri necə dəyişir? Bu prob­lem bir çox iqtisadçılar tərəfindən tədqiq olunur. Bu vəziy­yətə Hiks və Slutskinin baxışlarını nəzərdən keçirək.
Xatırladaq ki, gəlir effekti dedikdə tələbin yalnız real gə­lirin dəyişməsi nəticəsində dəyişməsi başa düşülür, əvəzləmə effekti isə əmtəəyə tələbin yalnız onun nisbi qiymətinin də­yişməsinin nəticəsidir. Real gerçəklikdə bu iki proses eyni zamanda baş verir ki, onları bir-birindən ayırmaq çətindir.
Qiymət dəyişməsinin ümumi effektinin əvəzləmə effekti­nə və gəlir effektinə bölünməsi ideyası 1915-ci ildə İtaliya jurnalında bu məsələyə dair məqalə çap etdirmiş Rusiya iqti­sadçısı və riyaziyyatçısı Y.Y.Slutskiyə məxsusdur. Lakin hə­min məqalə dünya elminin diqqətindən kənarda qalmışdı. Yalnız Hiks və Allenin xeyli sonra çap olunmuş əsərləri sayə­sində dünya bu problemin həlli ilə tanış olmuşdu.
Hiks və Slutskinin baxışları real gəlirin müəyyənləşdiril- məsinə yanaşmaların müxtəlifliyi ilə fərqlənirlər. Hiksə görə, eyni səviyyədə məmnunluq təmin edən müxtəlif səviy­yəli pul gəlirləri eyni səviyyəli real gəlir deməkdir. Slutskiyə görə isə yalnız eyni bir əmtəə dəstini almağa kifayət edən pul gəliri səviyyəsi real gəlirin dəyişilməz səviyyəsini təmin edir.
C.Hiksin baxışına görə qiymət dəyişməsi effektinin əvəz- ləmə effekti və gəlir effektinə bölünməsinin qrafik modelini nəzərdən keçirək (şəkil 18.21).
Qoy KL ilkin büdcə xətti olsun. Ona istehlakçının Q0 il­kin tarazlıq nöqtəsi müvafiqdir. Q0 nöqtəsində istehlak olu­nan xurmanın (X əmtəə) miqdarı X0 bərabərdir. Xurmanın qiymətinin aşağı düşməsi büdcə xəttinin dönməsinə səbəb olacaq və o, KI^ vəziyyətini alacaq ki, ona da yeni Qj tarazlıq nöqtəsi müvafiqdir. Q0 nöqtəsində istehlak olunan xurmanın miqdan Xrə bərabərdir. Qiymətinin aşağı düşməsi nəticəsin­də xurma istehlakmın real artımı X: - X0 olacaqdır. Bu par­çanı iki hissəyə bölmək lazımdır ki, onlardan hansının əvəzləmə effekti, hansının isə gəlir effekti ilə əlaqədar oldu­ğunu göstərmək mümkün olsun.


Şəkil 18.21. C.Hiksə görə əvəzləmə effekti və gəlir effekti

Hiks dəyişilmiş qiymətlər nisbətində məmnunluğun əvvəlki səviyyədə qalması üçün istehlakçı gəlirinin necə olmasını müəyyənləşdirir. Bunun üçün o, yeni büdcə xəttinə paralel olan və eyni zamanda 10 ilkin fərqsizlik əyrisinə Q2 nöqtəsində toxunan K'L' köməkçi büdcə xəttini qurur (Hiks xətti). Q2 nöq­təsində istehlak olunan xurmanın miqdarı X2-yə bərabərdir. K'L' xətti yeni qiymətlər nisbətini əks etdirdiyindən və eyni zamanda Qo və Q2 meyvə dəstləri eyni məmnunluq səviyyəsini təmin etdiyindən (eyni fərqsizlik əyrisi üzərində yerləşirlər), xurma istehlakının X2 - X0 olan artımı əvəzləmə effektidir.


Q2 köməkçi optimum nöqtəsindən yeni optimum nöq­təsinə keçid həm portağal, həm də xurma istehlakının artdı­ğını göstərir. Özü də xurmaya tələb artımı yalnız real gəlirin artması hesabına baş verir, çünki hər iki optimum (Q2 və Qj) eyni cür qiymətlər nisbətilə səciyyələnirlər,
Y.Slutskinin qiymət dəyişməsinin ümumi effektinin əvəz­ləmə effektinə və gəlir effektinə bölünməsi probleminə ya­naşması Hiks yanaşmasından xeyli fərqlidir (şəkil 18.22).
Slutski istehlakçı üçün qiymət dəyişməsindən sonra qiy­mət dəyişməsinə qədər aldığı əmtəə dəstini almaq imkanını təmin edə biləcək gəlirin necə olmalı olduğunu müəyyənləşdi­rir. Bunun üçün Q0 nöqtəsindən yeni büdcə xətti KLrə paralel köməkçi K'L' büdcə xətti (Slutski xətti) keçirməyi təklif edir. Slutski xətti I0 fərqsizlik əyrisindən yuxarıda olan I' əyrisinə Q2 nöqtəsində toxunan olacaqdır. Q0 və Q2 eyni bir K'L' büdcə xəttinə aid olduğundan Slutskiyə görə real gəlir dəyişmir. Amma K'L' KLrə paralel olduğundan, o da xurma və porta­ğalın yeni qiymətlər nisbətini əks etdirir. Deməli, X2 - Xq bə­rabər xurma istehlakının artımı əvəzləmə effektidir.


Şəkil 18.22. Y.Y.Slutskıyə görə əvəzləmə effekti və gəlir
effekti

Yeni tarazlıq nöqtəsi Q: yardımçı optimumun Q2 nöqtə­sinə nisbətən daha yüksək büdcə xəttinə mənsubdur. Lakin bununla yanaşı Qj və Q2


nöqtələrində xurma və portağalın qiymətlər nisbəti eynidir. Deməli, X: - X2 xurma istehlakı- mn bərabər artımı gəlir effektidir.
Problemin həllində iki yanaşmanı müqayisə edərək aşağı­dakı nəticələrə gəlmək olar.

  • Slutski xətti həmişə Hiks xəttindən yuxarıdadır, çünki birinci ilkin fərqsizlik əyrisini kəsəndir, ikincisi isə ona toxu­nandır. Buna görə də Slutskiyə görə əvəzləmə effekti Hiksə görə əvəzləmə effektindən həmişə böyükdür, amma Slutskiyə görə gəlir effekti Hiksə görə gəlir effektindən həmişə azdır.

  • Hiks metodu sıra faydalılıq nəzəriyyəsinin əsas müddəa­larına daha çox uyğun gəlir, istehlakçı üstünlükverimlərini, fərqsizlik əyrilərini bilməyi nəzərdə tutur, amma Slutski me­todu bunlan tələb etmir və istehlakçının bazarda davranış faktlarının müşahidə və qeyd olunması əsasında məsələnin kəmiyyət həllinə imkan verir.

Əvvəl qeyd etmişdik ki, kardinalist (kəmiyyət) və ordina- list (sıra) faydalılıq nəzəriyyələri istehlakçı davranışı barədə müxtəlif fərziyyələr əsasında qurulmuş nəzəriyyələrdir.
Bununla belə bu nəzəriyyələrdə bir sıra ümumi məqamla­rı da qeyd edə bilərik.

  • Belə ki, ordinalist nəzəriyyəsindəki fərqsizlik əyrilərini kəmiyyət nəzəriyyəsindəki TU = F(x, y) ümumi faydalılığın funksiyasının səviyyə xətti kimi nəzərdən keçirmək olar.

  • Ordinalist nəzəriyyəsindəki əvəzləmənin azalan son hədd norması haqqındakı ehtimalın mənası kəmiyyət nəzə­riyyəsindəki son hədd faydalılığmın azalması haqqındakı eh­timalın mənası ilə eynidir. Fərq yalnız ikinci halda əmtəənin faydalılığmın yutillərlə ölçülməsindədir. Birinci halda əm­təənin hər bir əlavə vahidinin faydalılığı digər əmtəənin is­tehlakçının qurban verməyə razılaşacağı həcmi ilə ölçülür.

  • iki yanaşma vasitəsi ilə əldə olunmuş istehlak tarazlığı şərtlərini müqayisə etsək, aydın olar ki, kardinalist faydalı­ lıq nəzəriyyəsinə görə tarazlıq istehlaKçının bütün gəlirini hər bir xərclənmiş rubla düşən son hədd faydalılığının istənilən alınan əmtəəyə bərabər olduğu və ya son hədd fay- dalılıqları nisbətinin onların qiymətləri nisbətinə bərabər olduğu halda yaranır.

Müx PJ
MU ~P

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin