MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə82/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   78   79   80   81   82   83   84   85   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Gəlir effekti: əgər əmtəənin (məsələn, almanın) qiy­məti düşürsə, onda həmin əmtəə (alma) istehlakçısının real gəliri və ya alıcılıq qabiliyyəti artır. Bu real gəlir artımı özü­nü müxtəlif əmtəələrin, alma da daxil olmaqla, alış həcminin artmasında göstərir. Almanın qiymətinin aşağı düşməsi alı­cının real gəlirini artırır və bununla da ona həmin pul gəli­rinə daha çox alma almaq imkanı verir.

  • Əvəzləmə effekti: məhsulun (almanın) qiymətinin azal­ması onun indi başqa əmtəələrdən ucuz olması deməkdir. Buna görə də alıcılar hazırda nisbətən baha olmuş başqa əm­təələri daha ucuz əmtəə (alma) ilə əvəzləməyə çalışacaqlar. Qiymətin aşağı düşməsi istehlakçını başqa əmtəələri (porta­ğal, banan, armud) alma ilə əvəzləməyə stimullaşdıracaq. Qiymətin enməsi əmtəənin nisbi cəlbediciliyini artırır və alı­cını onu daha çox miqdarda almağa məcbur edir.

    Gəlir və əvəzləmə effektləri bir-birini tamamlayır və istehlakçınmı daha yüksək qiymətə deyil, aşağı qiymətə çox miqdarda əmtəə almaq qabiliyyəti və istəyini şərtləndirir.
    Amma elə hallar olur ki, əmtəənin qiymətinin azalması ona tələbin həcminin azalmasına səbəb olur. Belə əmtəə Qif- fen əmtəəsi adlanır (bu hadisəni öyrənmiş ingilis iqtisadçısı­nın ad ilə, bax şəkil 18.2.). p+
    13.3. İstehlakçı davranışının ordinalist nəzəriyyəsi

    Faydalılığm müəyyənləşdirilməsində nəzərdən keçirdiyi­miz kəmiyyət yanaşması ilə yanaşı faydalılığm sıra nəzəriy­yəsi də mövcuddur ki, bu da istehlakçı seçiminə kəmiyyət yanaşmasına nisbətən daha az ciddi tələbləri göstərir. Sıra, ordinalist yanaşması nəzərdə tutur ki, istehlakçı imkanı ça­tan əmtəə çoxluğundan özü üçün ən üstünlükverimli əmtəə dəstini seçir.


    Sıra yanaşması aşağıdakı prinsiplərə əsaslanır. İstehlakçı üstünlükverimi və ya fərqsizlik münasibətlərinin köməkliyi ilə göstərə bilər ki, istənilən dəst cütü (məsələn, A və B) üçün:

    1. biri (məsələn, A) o birindən (B) üstündür, A>B;

    2. ikinci (B) birincidən (A) üstündür, B>A;

    3. onlar bərabər qiymətlidirlər (A-B). Əgər A>B>C və ya A~B>C, yaxud A>B~C olarsa, onda A>C - bu, tranzitiv- lik prinsipidir. «Qeyri-doymuşluq» hallarında, məsələn, A dəstində o birilərin hər birindən kəmiyyətcə az olmadıqda və onlardan biri B dəstindəkindən artıq olduqda, A>B. Bu isə o deməkdir ki, digər əmtəələrin istehlak səviyyəsi dəyişilməz qalarsa, istənilən əmtəənin istehlakının artımı istehlakçının vəziyyətini yaxşılaşdırır. Və bir də istehlakçının məmnun­luğu onun istehlak etdiyi əmtəələrin miqdarından asılı olub, başqalarının istehlak etdiyi əmtəələrin miqdarından asılı deyil, yəni sərbəstdir.

    Ordinalist sıra nəzəriyyəsində “faydalılıq” məfhumu üs­tünlük verim ardıcıllığını göstərir. Deyəndə ki, A dəsti B dəstindən üstündür, bu o deməkdir ki, bu istehlakçı üçün A dəsti B dəstinə nisbətən daha çox faydalılıq verir. Bir əmtəə­nin digərindən istehlakçı üstünlükverimlərinin təhlili fərq- sizlik əyrilərinin köməkliyi ilə aparılır.
    Fərqsizlik əyriləri konsepsiyası XX əsrin əvvəllərində italyan alimi V.Pareto tərəfindən işlənib hazırlanmışdı.
    XX əsrin 30-cu illərində R.Allen və C.Hiksin əsərləri çı­xandan sonra ordinalist faydalılıq nəzəriyyəsi ümumişlək ol­du və sonralar bir sıra yeni nəzəriyyələrin yaranmasına baxmayaraq, hazırda ən geniş yayılmış nəzəriyyədir.
    Bu metodun əsasında iki əyri növünün - büdcə xətti və fərqsizlik əyrilərinin - həndəsi birləşməsi dayanır.
    Büdcə xətti, gəlir və əmtəələrin qiymətindən
    asılı olaraq onun yerləşməsi

    Büdcə xətti pul gəliri vahidinin sabit qalması şəraitində alına biləcək iki əmtəənin müxtəlif kombinasiyalarını göstə­rir. İstehlakçının büdcə məhdudluğunu aşağıdakı bərabərlik şəklində göstərmək olar:
    1 = Px xX + PY X Y. (18.5)
    Burada 1 - istehlakçının bütünlüklə X və Y əmtəələrinin alınmasına xərclədiyi gəlirdir.
    Büdcə məhdudluğunun mənası bundadır ki, istehlakçının gəliri onun X və Y əmtəələrinin alınmasına xərclədiyi məb­ləğlərin cəminə bərabərdir.
    Məsələn, əgər X əmtəənin qiyməti 1 rubl, Y əmtəəninki isə 1,5 rubldursa, onda istehlakçı 12 rubl olan pul gəlirində X və Y əmtəələrin cədvəl 18.2-də göstərilmiş bütün kombi­nasiyalarını ala bilər. Qeyd edək ki, iki hədd hallarından birində istehlakçı bütün gəlirini 8 vahid Y əmtəəsinin (por­tağal) alınmasına xərcləyə bilərdi və bu halda X (alma) məh­suldan almağa onun pulu qalmazdı. Və ya iki vahid Y məhsuldan imtina etməklə o, 3 manat qənaət edə bilər, 6 va­hid Y məhsulu və 3 vahid X məhsulu və s. ala bilər (bax cəd­vəl 18.2).

    Yüklə 1,26 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   78   79   80   81   82   83   84   85   ...   166




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin