MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə78/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   74   75   76   77   78   79   80   81   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

12.5. İnhisar və cəmiyyət
Təbii inhisarın tənzimlənməsi
Hər bir sağlam cəmiyyət iqtisadiyyatda inhisarçı meylləri məhdudlaşdırmağa çalışır. Nə üçün inhisarın tənqidə məruz qaldığını və onun cəmiyyətə zərərinin nədən ibarət olduğunu nəzərdən keçirək.
Təsəvvür edək ki, inhisarçı firmanın tərkibinə daxil olan müəssisələr, bütün başqa şəraitlərin eyniliyi şərtilə, müstəqil bazar agentləri kimi fəaliyyət göstərirlər (və ya əksinə, tə­səvvür edək ki, sahədəki təkmil rəqabət qabiliyyətli müstəqil firmaların hamısı vahid inhisarçı şirkətdə birləşdirilib), bu halda inhisarın son hədd xərcləri əyrisi həm də sahənin son hədd xərcləri əyrisi olacaq və ya sahənin təklif əyrisi ilə əsa­sən üst-üstə düşəcək. MC əyrisi (o həm də təklif əyrisidir) ilə tələb əyrisinin kəsişmə nöqtəsi təkmil rəqabət şəraitində tarazlıq nöqtəsini əmələ gətirir, PCK və QCK təkmil rəqabət şəraitində tarazlıq qiyməti və tarazlıq istehsal həcmini bil­dirəcəklər. Bu nəticələri inhisar fəaliyyətinin analoji göstəri­ciləri ilə müqayisə etsək, asanlıqla görmək olar ki, inhisar şəraitində sahə daha az məhsul istehsal edir, amma onu da­ha baha qiymətə satır. Süni surətdə qıtlıq vəziyyəti yaradı- lir ki, bunun da nəticəsi cəmiyyət üçün birbaşa itki, inhisar üçün isə xalis qazanc deməkdir.
Təkmil rəqabətdə istehlakçının qazancı ACPck üçbucağının sahəsi ilə, inhisar şəraitində isə kiçik üçbucaq ABPM -in sahəsi ilə göstərilmişdir. Bu itkilərin bir qismi (PMBFPCK düz- bucaqlısının sahəsi) inhisarçı firmanın gəlirini təşkil edir. Amma istehlakçı hələ BFC üçbucağının sahəsinə bərabər kə­miyyəti də itirmişdir. Bu vəziyyətdə istehlakçının itkiləri in­hisarın mənfəətini təşkil edir. Bu, cəmiyyətin xalis itkiləridir.
İstehsalçı qazancının dəyişməsi nəticəsində cəmiyyətin xalis itkiləri də analoji qaydada müşahidə olunur. Sonuncu PCK sahəsindən PMBLK sahəsinə qədər dəyişir. Bu zaman FLC sahəsi xalis itkidir.
İstehlakçı və istehsalçıların xalis itkiləri istehsalın inhi- sarlaşması nəticəsində cəmiyyət rifahının xalis itkiləridir.

  1. Deyilənlərdən bu nəticəyə gəlmək olar ki, iqtisadi və sosial təbəqələşməni artıraraq inhisar cəmiyyətin real gəlir­lərinin yenidən bölgüsünə səbəb olur.

  2. inhisarın təhlilinin gedişində göstərildi ki, inhisar olanda allokativ səmərəlilik əldə olunmur, çünki P>MC. Bu o deməkdir ki, bazar resursları istehlakçıların real tələbatına müvafiq olaraq bölüşdürmür. Cəmiyyətin nöqteyi-nəzərincə, inhisar məhsulu az istehsal edir və əmtəə və xidmətlərin qeyri-optimal quruluşunu təklif edir.

  3. İnhisar zamanı P>LRACmin olduqda istehsal səmərəli­liyi də müşahidə olunmur. Rəqib olmadığından firma məh­suldarlığı artırmağa və uzunmüddətli orta istehsal xərclərini minimuma endirməyə imkan verən texniki yeniliklərə can atmır.

  4. inhisarçı firma adətən X-qeyri-səmərəlilik hiss edir, çünki hər bir istehsal səviyyəsində firmanın xərcləri uzun­müddətli orta xərclərdən yüksəkdir. X-qeyri-səmərəlilik, məsələn, qeyri-səmərəli idarəetmədən, böyük həcmli təmsil etmə xərclərindən, dəbdəbəli ofislərin saxlanılmasından, ba­halı avtomobillərin alınmasından və s. irəli gəlir.

Təsadüfi deyil ki, iqtisadiyyatın inhisarlaşmasınm belə mən­fi nəticələrinə görədir ki, cəmiyyət inhisarlaşma meyllərinə qarşı durmağa və bazarın rəqabətli quruluşunu bərpa etməyə çalışır. Bir qayda olaraq hökumətlər tərəfindən inhisarların yaranmasına mane olan, mövcud inhisarları kiçildən, kapi­talın sahələrarası azad axınına dəstək verən antiinhisar qa­nunvericilik aktları qəbul olunur.
Təbii İnhisarlar
Bəzi hallarda dövlət firmaya inhisarçı vəziyyətini saxla­mağa icazə verir, lakin onun fəaliyyətini ciddi nəzarət və tənzimləmədə saxlayır. Əksər vaxtlar bu, təbii adlandırılan inhisarlara aid olur.
Bəzi hallarda sahədə bir neçə deyil, bir firmanın mövcud olması cəmiyyətin maraqlarına daha çox cavab verir. Bu əsa­sən texnologiyanın yalnız irimiqyaslı tətbiqi zamanı renta- belli olması ilə şərtlənir. Buna misal olaraq enerji təchizatı, telefon rabitəsi, su təchizatını göstərmək olar. Bu sahələrdə miqyasın müsbət effektini tam həcmdə yalnız müəssisənin ölçülərini sahə məhsuluna bazar tələbi səviyyəsinə yaxınlaş­dırmaqla həyata keçirtmək olar. Şəkil 20.12-də göstərildiyi kimi, ictimai tələbi həm beş kiçik firma, həm də bir böyük firma ödəyə bilər. Lakin sahədə bir inhisarçı firma işləyərsə istehsalın uzunmüddətli orta xərcləri ən az olacaq. Beləliklə, böyük həcmli müsbət miqyas effektini həyata keçirən firma təbii inhisarçı adlandırıla bilər. Cəmiyyət üçün onun əhəmiy­yəti istehsal xərclərinin minimallaşdırılmasındadır.
Təbii inhisar üçün ilkin yüksək kapital qoyuluşu və yük­sək təsbit olunmuş xərclər də səciyyəvidir. Sahibkarların heç də hamısı belə investisiyaları və bu kimi təsbit olunmuş xərcləri həyata keçirməyə qabildir.
Eyni zamanda qeyd olunmalıdır ki, təbii inhisarın son hədd xərcləri çox aşağıdır. Yəni firma ilkin kapital qoyulu­şunu həyata keçirəndən sonra xidmət istehsalını cüzi əlavə xərclərlə artıra bilər.
Deyilənlərdən görünür ki, firmanın orta xərcləri mütəma- di azalacaq ki, bu da onları adi rəqabət qabiliyyətli firmanın və ya adi inhisarın orta xərclər dinamikasından fərqləndirir.
Birinci variant qiymətlərin istehsalın son hədd xərcləri səviyyəsində müəyyənləşdirilməsindən ibarətdir. Belə qiy­mətlər təbii inhisarın yuxarıda qeyd olunmuş xüsusiyyətlə­rinə əsasən aşağı olacaq. Aşağı qiymətlər elektrik enerjisi, su, qaz, rabitə və s. istehlakçısı olan istehsalçıları həvəslən­dirəcəkdir. Eyni zamanda həmin məhsulun fərdi istehlakçıla­rının rifahı da artmağa başlayacaq. Bundan başqa, qiymətlərin son hədd xərcləri səviyyəsində müəyyənləşdirilməsi allokatıv səmərəlilik deməkdir ki, bu da bütövlükdə iqtisadiyyatın normal fəaliyyətinə rəvac verir və cəmiyyətin tələbatlarına ən yaxşı şəkildə cavab verir.
Lakin dövlət qiyməti həmin səviyyədə müəyyənləşdirə bil­məz, çünki firma sadəcə olaraq istehsalı dayandırar. P=MC ol­duqda istehsalın istənilən səviyyəsində firma ümumi xərcləri ödəmək üçün kifayət edən gəlir əldə etmir. Gəlirin olmaması və iqtisadi zərərin meydana gəlməsi istehsalın bağlanmasına səbəb olacaqdır.
Firmanın tarazlıq qiyməti cəmiyyət üçün sərfəli deyil, cə­miyyətin optimal qiyməti firma üçün yaramır. Bəs ziddiyyəti necə həll etməli? Qarşılıqlı razılaşmanın tapılması yollanndan biri qiymətin son hədd xərcləri səviyyəsində müəyyənləşdiril­məsi və istehsalçı firmaya subsidiya və kompensasiyaların ödənilməsidir. Bununla təbii inhisar işlək vəziyyətdə qalır və sahəni tərk etmir, lakin cəmiyyət itkilərin yükünü daşıyır, çünki subsidiyalar büdcə vəsaitlərindən verilir, yəni son nəti­cədə ağırlıq vergi verənlərin üzərinə düşür.
İkinci kompromis variantı qiymətin tavan həddinin inhi­sarçı firmanın orta xərcləri səviyyəsində müəyyənləşdirilmə- sidir. Cəmiyyət qazanacaq, çünki qiymət inhisarın tənzim olunmayan qiymətindən aşağıdır. Firma xərcləri səviyyəsin­də gəlir əldə edəcək ki, bu da ona normal və yaxud ədalətli gəlir əldə edib istehsalı davam etdirməyə imkan verəcəkdir.
Son illərdə hansı firmanı təbii inhisar hesab etməyin mümkünlüyü ətrafında mübahisələr artıb. Təbii inhisarların saxlanılmasının əleyhdarları tamamilə haqlı olaraq texnika və texnologiyadakı dəyişikliklərin təbii inhisarın ən mühüm göstəricilərindən birini - böyük kapital qoyuluşunu və təsbit olunmuş xərcləri - aradan qaldırır. Müasir şəraitdə onlar xeyli azalıb ki, bu da firmanın bütün xərc əyrilərini onların tipik formalarına yaxınlaşdırır. Nəticədə yerli və ya milli səviyyədə bir telefon şirkətinin və ya bir elektrik şirkətinin mövcudluğuna miqyasın müsbət effekti ilə bəraət qazandır­maq qeyri-mümkündür.
Bu qeydin haqlı olduğunu qəbul edən təbii inhisarların kiçildilməsi və parçalanmasının əleyhdarları aşağıdakı dəlil­ləri gətirirlər. Birincisi, təbii inhisarların saxlanılması döv­lətin strateji maraqlarına cavab verir və həyat əhəmiyyətli və müdafiə əhəmiyyətli sahələri, ilk növbədə energetikanı, rabitəni, kommunikasiyaları, nəqliyyatı nəzarət altında sax­lamağa imkan verir. İkincisi, təbii inhisarların olması unifi- kasiya və standartlaşdırma aparmağa imkan verir: məsələn, dəmiryolunda yolarasını, vaqonları, elektrik şəbəkəsində gərginliyi və s., bunun özünün də böyük xalq təsərrüfatı əhəmiyyəti var. Üçüncüsü, bəlkə də ən əsas dəlil kimi vətən­daşların əsas əmtəə və xidmətləri əldə etməkdə eyni imkana malik olmasıdır. Hesab olunur ki, müasir cəmiyyətdə bütün həmvətənlər kifayət qədər ucuz və əldə oluna bilən elektrik enerjisi, su, rabitə, nəqliyyat vasitələrindən eyni dərəcədə istifadə edə bilmək hüququ və imkanlarına malik olmalı­dırlar. Rusiyada təbii inhisarlara aiddirlər: boru nəqliyyatı ilə neft və qaz nəqli üzrə xidmətin göstərilməsi; elektrik enerjisinin istehsalı və nəqli üzrə xidmətin göstərilməsi; dəmiryolu daşı­maları; ucqar bölgələrdə daşımalar; nəqliyyat terminalları, li­manlar, aeroportlar vasitəsi ilə xidmət göstərilməsi; elektrik və poçt rabitəsi xidmətinin göstərilməsi; su və kanalizasiya təsərrüfatı; elektrik, istilik və qaz təminatı xidmətinin gös­tərilməsi. Təbii inhisarların əsas tənzimlənmə metodları bunlardır: qiymətlə tənzimləmə, rentabelliyin son hədd səviyyəsinin müəyyənləşdirilməsi; birləşmə və səhmlərin alınması üzərin­də nəzarət; inhisarçı tərəfindən mütləq xidmət göstərilməli olan minimum təminat səviyyəli istehlakçı qrupun müəyyən­ləşdirilməsi və bir sıra başqaları.



Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin