MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


Xalis inhisar şəraitində firmanın davranışı



Yüklə 1,26 Mb.
səhifə75/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   71   72   73   74   75   76   77   78   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

12.2. Xalis inhisar şəraitində firmanın davranışı
İnhisarçı firmanın davranışını tədqiq edərkən aşağıdakı şərtilikləri qəbul edək:

  • firma gəliri maksimallaşdırmağa can atır;

  • inhisarçı istehsalçı resursları rəqabət bazarlarında alır;

  • firma qiymət ayrı-seçkiliyi apara bilmir, yəni firmanın məhsulu bütün istehlakçılara eyni bir qiymətə satılır;

  • firma qiymət dəyişməsinə istehlakçının reaksiyasını ön­cədən bilmək üçün kifayət qədər dolğun informasiyaya ma­likdir. Başqa sözlə, firma öz məhsuluna tələb əyrisini qurmaq imkanına malikdir. Bu ilkin şərt gerçəklikdən bir o qədər də uzaq deyil, çünki hazırda iri firmalar bir qayda olaraq geniş marketinq tədqiqatları aparırlar və bütövlükdə tələbi və onun ayrı-ayrı hissələrini xeyli dəqiq müəyyənləş­dirirlər.

Tələb əyrisini bildikdə inhisarçı istehsal həcmi ilə qiymə­tin hansı kombinasiyasının ona maksimum gəlir gətirəcəyini müəyyənləşdirə bilir. Yuxarıda qeyd olunduğu kimi, inhi­sarçı öz əmtəəsinə istənilən qiyməti qoya bilməz. Bazarda hər bir qiymət səviyyəsinə istehlakçının həmin anda almağa hazır olduğu müəyyən miqdarda məhsul var. Buna görə də, inhisarçı hərdən təsəvvür edilən qədər də tam hökmran deyil. İstehsal həcmini müəyyənləşdirirsə, tələb əyrisi ona istehlak­çının qəbul edəcəyi son hədd qiymətini bildirir. İnhisarçı qiyməti müəyyənləşdirirsə, təklifini istehlakçı tələbinin dik­tə etdiyi həcmlə məhdudlaşdırmalıdır. Buna görə də inhisar şəraitində firma eyni zamanda həm istehsal həcmi, həm də qiymət haqqında qəraq qəbul etməlidir, yəni tələb əyrisinin xüsusiyyətlərindən çıxış edərək onların müəyyən kombina­siyasını seçməlidir.
Beləliklə, inhisarçının özünün onun məhsuluna tələb əy­risindən asılı olmayan təklif əyrisi yoxdur. Firma təklif əy­risi üzərində özünün olmalı olduğu bir nöqtəni seçir.
İnhisarçı üçün istehsal həcminin bir vahid artırılması, əgər o, istehsal olunmuş məhsulun hamısının istehlakçılar tərəfindən alınmasını istəyirsə, qiymətin aşağı salınması zə­rurəti deməkdir.
Yalnız əlavə məhsul vahidinin deyil, istehsal olunan hər bir məhsul vahidinin qiyməti aşağı düşdüyündən, satışdan əldə olunan pul get-gedə azalan nisbətdə artacaq (TR=PQ). İnhisarçının son hədd gəliri, rəqabətli firmadan fərqli olaraq, məhsulun qiymətinə bərabər deyil və daimi kəmiyyət deyil. Məhsulun birinci vahidindən başqa bütün istehsal həc­mi üçün inhisarçının son hədd gəliri məhsulun qiymətindən azdır və istehsal həcmi artdıqca azalır. Son hədd gəlir əyrisi tələğ əyrisindən aşağıda yerləşən mənfi maillikli enən xətdir (şəkil 20.1).
Son hədd gəliri bilavasitə tələbin elastikliyindən asılıdır. Tələb elastik olanda istehsalın artırılması satışdan əldə olu­nan pulun ümumi məbləğini artırır və son hədd gəliri müs­bətdir. Tələb qeyri-elastik olanda istehsal həcminin artırıl­ması ümumi satış pulunu azaldır və hədd gəliri mənfi olur. Tələb qiymətə görə bir elastikliyə malikdirsə, onda tələb kə­miyyətinin artımı qiymətin aşağı salınması ilə tam kompen­sasiya edilir. Bu zaman satışdan əldə olunan pulun ümumi kəmiyyəti dəyişmir, son hədd gəlir isə sıfra bərabərdir. Bu asılılıq şəkil 20.2 və 20.3-də əyani göstərilmişdir.
Qeyd edək ki, inhisarçı yalnız tələbin elastik hissəsində fəallıq göstərir. Onun istehsal həcmi heç vaxt tələbin qeyri- elastik olacağı çərçivə hüdudlarından çıxmır, çünki əks halda ümumi gəlir aşağı düşməyə başlayar. Ümumi gəliri (satışdan əldə olunan pul) son hədd gəliri sıfra bərabər olanda, yəni so­nuncu istehsal olunmuş məhsulun satışından əldə olunan pu­lun ümumi məbləğinə heç nə əlavə edə bilmədiyi istehsal həcmində maksimallaşır.
İnhisarçının bazarda vəziyyəti riyazi yolla da şərh oluna bilər. Məlum olduğu kimi, firmanın son hədd gəliri ümumi gəlirin (TR=PQ) funksiyasının birinci törəməsidir. Ümumi gəlirin funksiyasını Q üzrə differensiallaşdırdıqdan sonra aşağıdakım alarıq:
MR = dTR/dQ = d {P(Q) x Q}/dQ = P + Q x dP/dQ.
Təkmil bazar şəraitində, firma hazır qiymətləri qəbul edərsə dP/dQ = 0. İnhisar şəraitində dP/dQ < 0, çünki yu­xarıda qeyd olunduğu kimi, firma istehsal həcmini artırdıq­ca qiyməti aşağı salmalıdır (və əksinə), buna görə də onun hədd gəliri qiymətdən azdır.
Son hədd gəliri tənliyini qiymət üzrə tələb elastikliyi va­sitəsilə də ifadə etmək olar:
MR=P+Q xdP/dQ=P[l+(Q/P) xdP/dQ)=P(l+l/E=P+P/E).
E tələbin qiymət elastikliyi əmsalı olduğundan mənfi kə­miyyətdir, MR=P+P/E şəklində yazılması göstərir ki, MR
Firmanın tarazlıq nöqtəsində son hədd gəliri son hədd xərclərinə bərabərdir, yəni MR=MC. Deməli, yazmaq olar ki, tarazlıq nöqtəsində MC=P+P/E, və ya (P-MC)/P= —1/E.
Bu göstərici Lerner indeksi adlanır və inhisar hökmran­lığının göstəricisi kimi çıxış edir. Sahədə təkmil rəqabətdir- sə, Lerner indeksi sıfra bərabərdir. Lerner indeksi müsbət vahiddirsə, bu göstərici nə qədər böyük olsa, bazarda inhisar hökmranlığı bir o qədər yüksəkdir. İnhisar hakimiyyətini səciyyələndirmək üçün Herfindal-Hirşman göstəricisindən də istifadə olunur. Bu göstərici yalnız xalis inhisar halların­da deyil, inhisarçı meyllərinin aşkarlanması məqsədilə ba­zarın istənilən təşkil quruluşuna da tətbiq oluna bilir (bu haqda bax fəsil 12). Sahədə firmaların sayı nə qədər çox olsa, inhisar hökmranlığı göstəriciləri bir o qədər az olar.



Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin