MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


Mövzu 12. İnhisar şəraitində firmanın davranışı



Yüklə 1,26 Mb.
səhifə74/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   70   71   72   73   74   75   76   77   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Mövzu 12. İnhisar şəraitində firmanın davranışı
12.1. İnhisar və onun müasir modeli
12.2. Xalis inhisar şəraitində firmanın davranışı
12.3. İnhisarçı firmanın qısa-müddətli və uzunmüddətli dövrlərdə tarazlığı
12.4. Qiymət ayrı-seçkiliyi
12.5. İnhisar və cəmiyyət


12.1. İnhisar və onun müasir modeli
İnhisarın ən ümumi izahı belədir: bu hər hansı fəaliyyət sahəsində müstəsna hüquqdur. İqtisadi nəzəriyyədə dövlət və xüsusi inhisardan, xarici ticarət inhisarından, valyuta inhisarından, torpaq üzərində xüsusi mülkiyyət inhisarından və s. danışılır.
Bununla belə, bazarın təkmil rəqabətdən fərqli müəyyən təşkil forması kimi də inhisar anlayışı mövcuddur. Bundan başqa, inhisar dedikdə hərdən tam bazar hakimiyyətinə ma­lik iri şirkət də başa düşülür.
İnhisar və rəqabət problemi iqtisadçı alimləri həmişə ma­raqlandırıb (məsələn, bax: V.Petti. « Vergilər və rüsumlar haqqında traktat*; A.Marşall. « Siyasi iqtisadın prinsipləri»; K.Marks, «Kapital»). Lakin XX əsrin əvvəlində inhisar prob­lemi iqtisadi tədqiqatların diqqət mərkəzində oldu. 1902-ci ildə C.A.Hobsonun « İmperializm* kitabı işıq üzü gördü, 1910-cu ildə R.Gilferdinqin «Maliyyə kapitalı* kitabı çapdan çıxdı, Rusiyada 1915-ci ildə N. 1.Buxarin «Dünya təsərrüfatı və imperializm* əsərini nəşr etdirdi. 1916-cı ildə V.t.Leninin «İmperializm kapitalizmin ən yüksək mərhələsidir* kitabı çapdan çıxdı. Məhz XIX və XX əsrlərin qovuşuğunda keyfiy­yət dəyişiklikləri baş verdi ki, onları cəmiyyətin iqtisadi və siyasi inkişafında inhisarçı meyllərin əsaslı güclənməsi kimi səciyyələndirmək mümkündür.
V.t.Lenin böyük tarixi materialı ümumiləşdirərək rəqa­bət prosesinin istehsal və kapitalın təmərküzləşməsini do­ğurduğunu, daha sonra isə kartellər, sindikatlar, trestlər, konsernlər və s. kimi inhisarçı birləşmələrin yaranmasına gətirib çıxartdığını göstərmişdi. Özü də V.İ.Lenin heç vaxt və heç yerdə (hərdən onun adına çıxıldığı kimi) deməmişdir ki, inhisar sahə istehsalının 100% bir əldə cəmləşməsidir İnhisarın ən ümumi izahı belədir: bu hər hansı fəaliyyət sahəsində müstəsna hüquqdur. İqtisadi nəzəriyyədə dövlət və xüsusi inhisardan, xarici ticarət inhisarından, valyuta inhisarından, torpaq üzərində xüsusi mülkiyyət inhisarından və s. danışılır.
Bununla belə, bazarın təkmil rəqabətdən fərqli müəyyən təşkil forması kimi də inhisar anlayışı mövcuddur. Bundan başqa, inhisar dedikdə hərdən tam bazar hakimiyyətinə ma­lik iri şirkət də başa düşülür.
İnhisar və rəqabət problemi iqtisadçı alimləri həmişə ma­raqlandırıb (məsələn, bax: V.Petti. « Vergilər və rüsumlar haqqında traktat*; A.Marşall. « Siyasi iqtisadın prinsipləri»; K.Marks, «Kapital»). Lakin XX əsrin əvvəlində inhisar prob­lemi iqtisadi tədqiqatların diqqət mərkəzində oldu. 1902-ci ildə C.A.Hobsonun « İmperializm* kitabı işıq üzü gördü, 1910-cu ildə R.Gilferdinqin «Maliyyə kapitalı* kitabı çapdan çıxdı, Rusiyada 1915-ci ildə N. 1.Buxarin «Dünya təsərrüfatı və imperializm* əsərini nəşr etdirdi. 1916-cı ildə V.t.Leninin «İmperializm kapitalizmin ən yüksək mərhələsidir* kitabı çapdan çıxdı. Məhz XIX və XX əsrlərin qovuşuğunda keyfiy­yət dəyişiklikləri baş verdi ki, onları cəmiyyətin iqtisadi və siyasi inkişafında inhisarçı meyllərin əsaslı güclənməsi kimi səciyyələndirmək mümkündür.
V.t.Lenin böyük tarixi materialı ümumiləşdirərək rəqa­bət prosesinin istehsal və kapitalın təmərküzləşməsini do­ğurduğunu, daha sonra isə kartellər, sindikatlar, trestlər, konsernlər və s. kimi inhisarçı birləşmələrin yaranmasına gətirib çıxartdığını göstərmişdi. Özü də V.İ.Lenin heç vaxt və heç yerdə (hərdən onun adına çıxıldığı kimi) deməmişdir ki, inhisar sahə istehsalının 100% bir əldə cəmləşməsidir keçirmək olar. Məsələn, dəmir yolu nazirliyi dəmiryolu daşımaları sahəsində inhisarçıdır, lakin bu, nəqliyyat adlandırılan sahənin yalnız bir firmasıdır. “Koka-kola” şirkəti eyniadlı məhsulun istehsalında inhisarçı­dır, amma alkoqolsuz içkilər istehsalında inhisarçı deyil.
Sahədən danışanda mütləq bazarın coğrafi miqyası da nəzərə alınmalıdır. Coğrafi cəhətdən bazar nə qədər geniş olsa, bir şirkətin inhisarçı olması bir o qədər çətindir. Yerli bazarda isə, hətta kiçik biznes də inhisarçı ola bilər. Misal kimi əczaçı köşkünü götürək: ucqar kənddə yeganə olduğun­dan o, inhisarçıdır, halbuki böyük şəhərdə (və ya bütövlükdə ölkədə) özükimilərin əhatəsində o heç bir real bazar hakimiy­yətinə malik olmayacaqdır.
Gördüyümüz kimi bazarda inhisar vəziyyətini tutmaq üçün firmanın həcmcə mütləq böyük olması vacib deyil (kənd­də əczaçı köşkü kimi). Bununla belə, firmanın iriləşməsi ona sahə bazarında inhisar vəziyyətini tutmağa imkan verir.
Firmanın istehsal etdiyi məhsul sahənin bütün əmtəə təklifini təşkil etdiyindən firma qiymət üzərində tam və mütləq nəzarət edir və ya bazar hökmranlığına malikdir. Bu o deməkdir ki, firma məhsulunun qiymətini artıra bilər və bu zaman ona tələbi itirməz. Belə firma təkmil rəqabətdəki hazır qiymətləri qəbul edən firmadan fərqli olaraq qiymət müəyyənləşdirən hesab oluna bilər. Firmanın öz məhsuluna istədiyi qədər yüksək qiymət tə­yin etmək iqtidarında olduğunu düşünmək olmaz. Öz qiymət siyasətində firma həmişə əhalinin alıcılıq qabiliyyəti və tədiyə qabiliyyətli tələblə məhdudlaşır.

  1. Bütün digər firmalar üçün sahəyə gəliş bağlıdır. Bu həm inzibati-hüquqi, həm də iqtisadi metodlarla əldə olunur. Məsələn, “özgə” kapitalı qabağında sədd kimi aşağıdakılar çıxış edə bilərlər:

  • bir istehsalçıya həmin məhsulu istehsal etməyə və ya müəyyən texnologiyanı tətbiq etməyə müstəsna hüquq verən patentlər;

  • bu' fəaliyyət növü ilə məşğul olmağa yalnız bir firmaya icazə verən dövlət lisenziyası və ya franşizlər;

  • nadir xammal resursuna malik olma. Məsələn, dünyada brilyant istehsalı üzrə inhisarçı “De Birs” şirkəti almaz çıxa­rılmasının çox hissəsinə nəzarət edir. XX əsrin birinci yarı­sında Amerikanın alüminium korporasiyası (ALKOA) dünya boksit yataqlarının praktik olaraq 100% -nin ya sahibkarı idi, ya da nəzarət altında saxlayırdı və bu səbəbdən də 1940-cı ilə qədər alüminium istehsalında mütləq inhisarçı idi.

  • böyük kapital tutumu və miqyasa qənaət. Bəzi istehsal növləri iri ilkin investisiyalar tələb edir və yalnız iri həcmdə məhsul istehsalı zamanı rentabelli olur. Potensial rəqiblərin heç də hamısı belə kapitala və irihəcmli istehsalı həyata keçirmək imkanına malik deyil. Bəzən xərcin çoxu istehsalın özü ilə deyil satış, reklam və s. əlaqədardır. Məsələn, səhər yeməyi üçün Iopaları kiçik firmalar da istehsal edə bilərlər. Lakin onlar dünya şöhrətli ticarət markaları ilə bahalı və geniş miqyaslı reklam vuruşuna duruş gətirmək iqtidarında deyillər.

  1. Firmanın /sahənin/ məhsulunun yaxın əvəzləyicisi yoxdur və o müəyyən mənada nadirdir. Brilyant buna ən ti­pik misaldır.

İnhisarçı firmanın məhsulu brilyant kimi qeyri-adi olma­ya da bilər. Məsələn, ucqar kənddə yeganə inək sahibinin satdığı süd məhsullarının kənddə əvəzləyicisi yoxdur, buna görə də südsatan inhisarçı olacaqdır.
İnhisarçı firmanın məhsuluna tələb əyrisi eyni zamanda sahənin tələb əyrisi olduğundan o adi tələb əyrisi kimi mənfi mailliklidir.



Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin