MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


İnhisarçı firmanın qısa-müddətli və uzunmüddətli dövrlərdə tarazlığı



Yüklə 1,26 Mb.
səhifə76/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   72   73   74   75   76   77   78   79   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

12.3. İnhisarçı firmanın qısa-müddətli və uzunmüddətli dövrlərdə tarazlığı
Bütün firmalar kimi, inhisarçı da son hədd gəliri son hədd xərclərindən az oluncaya qədər istehsalı davam etdirir. MR və MC əyrilərinin kəsişmə nöqtəsi firmanın tarazlıq nöq­təsidir (şəkil 20.4).
Bu göstəricilər arasındakı müsbət fərq firmanın son hədd gəlirini təşkil edir. Nə qədər ki, MR MC-dən böyükdür, ümumi gəlir artacaq. MC MR-dən artıq olan kimi ümumi gə­liri azalmağa başlayacaq. Deməli, gəlirin maksimallaşdırıl- ması şərti
MR=MC-dir.

İnhisarçı üçün son hədd gəliri qiymətdən aşağı olduğun­dan tarazlıq nöqtəsində son hədd xərcləri qiymətdən aşağı­dır: MC
Beləliklə, inhisar zamanı ailokativ səmərəlilik şərtinə əməl olunmur, yəni cəmiyyətdə resurslar ən rasional və opti­mal qaydada bölüşdürülməyib.
Firmanın tarazlıq nöqtəsi tarazlı istehsal həcmini və tarazlıq qiymətini müəyyənləşdirir. Şəkil 20.4-də tarazlı, yəni gəliri maksimallaşdıran istehsal həcmi QE ilə işarə olunmuşdur. Tarazlıq qiymətinə gəldikdə isə, o, tələb im­kanlarından çıxış edərək firma tərəfindən müəyyənləşəcək. Tələb əyrisi bazarda təklif edilən həmin həcmdə məhsula gö­rə istehlakçının hansı qiyməti ödəməyə hazır olduğunu gös­tərir. Firmanın PE -dən aşağı qiymət müəyyənləşdirməsi mənasızdır, çünki istehlakçı daha çox pul verməyə hazırdır. Firma PE-dən yuxarı qiymət təyin edə bilməz, çünki daha yüksək qiymətə bu qədər əmtəəni bazar qəbul etməz. Deməli, PE qiyməti inhisarçının gəlirini maksimallaşdıran tarazlıq qiyməti olacaqdır.
İnhisarçı firmanın gəliri və itkiləri
Tarazlı istehsal həcmində inhisar qiyməti orta xərclərdən yüksək olarsa, onlar arasındakı müsbət fərq firmanın orta gəlirini təşkil edər. Bu gəliri istehsal olunmuş məhsulun miqdarına vursaq, inhisar gəlirinin ümumi həcmini alarıq.
Şəkil 20.5-də inhisarçının orta gəliri şaquli KL parçası ilə, ümumi gəlir isə KLMPE düzbucaqlısının sahəsi ilə göstə­rilmişdir.
Bazarda inhisarçı vəziyyətdə olmaq hələ firmanın mütləq istənilən halda gəlir əldə edəcəyi demək deyil. Rəqabətqabi- liyyətli firma kimi, inhisarçı da iqtisadi zərər çəkə bilər.
Belə ki, əgər müvazinətli istehsal həcmində müvazinətli qiymət orta xərclərdən az, amma firmanın orta dəyişən xərc­lərindən çox olarsa, firma əməliyyat gəliri götürə və bununla

minimallaşdıra bilər. Bu, AC əyrisinin tələb əy­risindən yuxarı keçərsə, AVC əyrisi isə qismən tələb əyrisin­dən aşağıda yerləşərsə, mümkündür. Belə hal şəkil 20.6-da təsvir olunmuşdur.

Şaquli MN parçası orta əməliyyat gəlirini, PEMNS düzbu- caqlısı isə istehsaldan əməliyyat gəlirini göstərir. Yuxarıdakı KLMPe düzbucaqlısı iqtisadi itki kəmiyyətinə müvafiqdir və daimi xərclərin belə aşağı qiymətlə ödənilə bilməyən hissəsinə ərabərdir. İnhisar məhsuluna tələb əyrisi yalnız AC əyrisindən de­yil, hətta orta dəyişən xərclər əyrisindən aşağıdadırsa, inhi­sarın tarazlıq qiyməti heç vaxt firmanı istehsala sövq edə bilməz (şəkil 20.7).
İstehsal dayandırılacaq, inhisarçı firma isə daimi xərclər həcmində zərər çəkəcək (KLNPE düzbucaqlısının sahəsi).

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin