MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


Təkmil rəqabət və ictimai səmərəlilik



Yüklə 1,26 Mb.
səhifə73/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   69   70   71   72   73   74   75   76   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

11.5. Təkmil rəqabət və ictimai səmərəlilik
Xalis rəqabət zəminində təşkil olunmuş bazar quruluşu başqa bazar modellərinə nisbətən bir sıra şəksiz üstünlüklərə malikdir. Bu, iqtisadçılara təkmil bazar rəqabətini məhdud resursların ən səmərəli bölgü və istifadə sistemi kimi nəzər­dən keçirməyə əsas verir.

  1. Allokativ səmərəlilik: P=MC. İlk növbədə qeyd olun­malıdır ki, təkmil rəqabət şəraitində əmtəənin (xidmətin) qiy­məti onun son hədd xərcləri qiymətindən çox olmur. Bu, cəmiyyətin resurslarının ictimai tələbatın ödənilməsini mak- simallaşdıra bilmək üçün lazım olan qaydada bölüşdürüldü­yünə dəlalət edir. Təkmil rəqabətli bazar istənilən əmtəə ümumisini deyil, onları ümumi tələbin quruluşuna, yəni is­tehlakçı üstünlükverimləri quruluşuna müvafiq istehsal edir.

Həqiqətən də, istənilən əmtəənin qiyməti nemətin isteh­lakçı üçün son hədd faydalılığınm göstəricisi kimi çıxış edir. Məhsulun faydalılığını qiymətlə ifadə olunduğundan az qiy­mətləndirməyən istehlakçılar onu almağa hazırdırlar. Başqa sözlə, hər bir əmtəə onun son hədd faydalılığınm bazar qiyməti ilə bərabərləşdiyi nöqtəyə qədər istehlak olunacaq. Bu zaman istehlakçı alınan faydalılığı maksimallaşdırır.
Digər tərəfdən, istehsalçı qiyməti (istehsaldan hədd gəli­rini) həmin əmtəə istehsalının hədd xərcləri ilə, yəni həmin resurslar vasitəsilə başqa əmtəələr istehsalının itirilmiş im­kanları ilə müqayisə edir. Gəlirin maksimallaşdırılması prin­sipini əldə rəhbər tutan istehsalçı hər bir məhsulu qiymət və hədd xərclərinin bərabərləşdiyi nöqtəyə qədər istehsal edə­cəkdir.
İstehlak və istehsal bazar qiyməti vasitəsilə tənzimlənir­sə, istehlakçı və istehsalçı maraqlarının üst-üstə düşməsi baş verir.
P=MU və P—MC olarsa, deməli MU=MC.
Bu isə o deməkdir ki, cəmiyyətin məhdud resursları is­tehsalçıların gəlirlərinin maksimallaşdırılması və istehlak­çıların faydalılığının maksimallaşdırılması maraqlarına ca­vab verən tərzdə bölüşdürülmüşdür.
Bundan başqa, azad bazar iqtisadiyyatda dinamik dəyişik­liklər nəticəsində resurslardan istifadə səmərəliliyi pozulduq­da onu bərpa etməyə qabildir. Bazar mexanizmi və ya * bazarın görünməz əli» (A.Smit) əmək və kapitalı bir istehsal növündən digərinə keçirməklə avtomatik tənzimləmə aparır. Məsələn, dəb amili təsiri altında dar şalvarlara tələbin artması onların qiymətinin artmasına səbəb olacaq. Bu, sahədə iqtisadi gəlirin meydana gəlməsini şərtləndirəcək. İqtisadi gəlir bura əmək və kapital axınını və MC-in dar şalvarların qiyməti ilə bərabərləşə­cəyi nöqtəyə qədər onlann istehsalım genişləndirməyə həvəslən­dirəcək. Digər tərəfdən isə əmək və kapitalın, deyək ki, tələb olmadığına görə qiymətləri düşən gen şalvarlar istehsalından getməsi baş verəcək. Gediş son hədd xərcləri yeni qiymət sə­viyyəsi ilə bərabərləşəndə başa çatacaq. Beləliklə, resursların yenidən bölüşdürülməsi yenə də istehlakçıların faydalılığının rnaksimallaşdınlmasmı təmin edəcək.

  1. İstehsal səmərəliliyi: P=LRACmin.

İstehsal səmərəliliyi cəmiyyət üçün zəruri olan əmtəənin ən az xərc aparan üsulla istehsal olunmasını nəzərdə tutur. Bu, rəqabətin gedişində resursların azad surətdə yenidən bö­lüşdürülməsi hesabına əldə olunur. Yuxarıda gətirilmiş misalda dar şalvar istehsalçıları iqtisadi gəlir əldə edir, gen şalvar istehsalçıları isə iqtisadi zərər çəkirlər. Amma bu qısamüddətli dövr üçün doğrudur. Kapital və əməyin yerdə­yişməsi hesabına hər iki istehsalda P=MC səviyyəsində tarazlıq yaranan kimi gəlir də, zərər də itir. Bütün növ şal­var istehsalçıları uzunmüddətli dövrdə yalnız normal gəlir əldə edəcəklər. Məhz uzunmüddətli orta xərclərlə qiymət bə­rabərliyi bazarda tarazlığı təmin edə bilər.
Diqqət verək: tarazlı uzunmüddətli orta xərclər minimal səviyyədə müəyyənləşir. Bu həm qrafik, həm də iqtisadi izahını tapır. Qrafik cəhətdən bu, firma məhsuluna tələb əyrisinin (bu həm də qiymətə bərabər son hədd gəlir əyri­sidir) üfüqi olmasından irəli gəlir. Tarazlıq yalnız MP əyrisi AC əyrisinə onun aşağı nöqtəsinə toxunanda, yəni onun MC əyrisi ilə kəsişmə nöqtəsində yaranır. İqtisadi izah bundan ibarətdir ki, qabaqcıl resurs qoruyucu texnologiyalardan istifadə edən və daha yüksək əmək məhsuldarlığına malik istehsalçıların xərcləri daha az olacaq, bu da onlara rəqabət üstünlüyü və iqtisadi gəlir əldə etmək imkanı verəcək. Bütün istehsalçılar bu səmərəyə can atdığından bütün müəssisələrdə tez ya gec xərclər minimallaşdırılıcaq və cəmiyyətə lazım olan əmtəələr ən ucuz yolla istehsal olunacaqlar.

  1. Təkmil rəqabətin üstünlüklərinə onun yuxarıda qeyd olunan özünütənzimləmə qabiliyyətini aid edirlər ona görə ki, təsərrüfat həyatına dövlət müdaxiləsi tələb olunmur, idarəetməyə sərf olunan ictimai xərclərə qənaət olunur.

  2. Təkmil rəqabət bazarı kifayət qədər çevikdir, yüksək uyğunlaşma qabiliyyətinə malikdir, cəmiyyətdə təşəbbüsü, məsuliyyətliliyi, sahibkarlıq fəallığını inkişaf etdirir.

Bununla belə, hətta ən təkmil rəqabətli bazar da ideal ictimai quruluş deyil və bazarın «iflası» kimi səciyyələndiri­lən bir sıra çatışmazlıqlara malikdir. Bəs bazar öz təbiətinə görə nə edə bilməz?

  1. Hər şeydən əvvəl, gəlir bölgüsünün bazar sistemi labüd şəkildə mülkiyyət bərabərsizliyinə aparır. Dövlət siyasətinə zidd olmayan əhalinin iqtisadi təbəqələşməsi güclənməyə meylli olmaqla, sosial və siyasi təbəqələşməyə keçir. Bu yalnız sosial sabitliyi pozmur, həm də iqtisadiyyatın qeyri- səmərəliliyinin artmasının güclü amilinə çevrilir.

  2. Bazar rəqabət mexanizmi istehsalın və kapitalın təmər­küzləşməsinə aparır və bununla da inhisarçı meyllərə səbəb olur ki, bu da istənilən cəmiyyətdə arzuolunmaz hesab olu­nur. Bununla əlaqədar rəqabət mühitinin qorunması və inhi­sarçı təzahürlərinin məhdudlaşdırılması istiqamətində dövlət siyasətinə zərurət yaranır.

  3. Bazarın qaçılmaz nəticələrindən biri işsizlik və ya ən mühüm resurslardan olan əməkdən natamam istifadədir. Ta­rixi təcrübə göstərir M, məşğulluğu dəstəkləyən məqsədyön­lü dövlət siyasəti olmazsa, işsizlik böyük sosial və iqtisadi bəlaya çevrilə bilər və iqtisadi artıma və millətin maddi-rifah halının yaxşılaşmasına mane ola bilər.

  4. Kifayət qədər böyük sayda əmtəə və xidmətlər var ki, onların bazar şəraitində istehsalı sərfəli deyil və xüsusi sa­hibkar onları ya istehsal etməyəcək, ya da az istehsal edəcək. Bu, məsələn, milli müdafiə, seysmoloji xidmət, xilasetmə xidməti və s. kimi ictimai nemətlər adlanan nemətlərdir. Belə əmtəə və xidmətlər cəmiyyətə dövlət tərəfindən təqdim oluna bilər.

  5. Bazarın təkmil rəqabət sistemi istehsalın əks effektlə­rinin və ya üçüncü şəxslər üçün istehlakın olmadığı ehtima­lını nəzərdə tutur. Halbuki belə effektlər xeyli hiss olunandır, məsələn, ayrı-ayrı istehsallar ətraf mühiti çirkləndirir, lakin onun ağırlığını cəmiyyətin bütün üzvləri çəkir. Belə hallarda bazar nə əks mənfi effektləri aradan qaldıra, nə də müsbət effektləri həvəsləndirə bilmir. Bu məsələni dövlət həyata keçirməlidir.

  6. Bazar texniki və texnoloji yenilikləri heç də həmişə təqdir etmir. Yenilik nəticəsində əldə olunan iqtisadi və rə­qabət uduşu müvəqqəti olduğu üçün, yeniliyi « dondurmaq*, onun rəqiblər arasında yayılmasına yol verməmək, ondan istifadəni inhisarlaşdırmaq meyli yaranır.

  7. Təkmil rəqabət modeli standartlaşdırılmış məhsulu nə­zərdə tutur. Bununla da məhsulun (xidmətin) fərqləndirilmə­si imkanları azalır, fərdin ən geniş və rəngarəng tələbatlarının ödənilməsi imkanları məhdudlaşır.

  8. Bazar insanlarda yalnız müsbət keyfiyyətləri deyil, həm də mənfi keyfiyyətləri inkişaf etdirir, məsələn, xudbin­lik, qəddarlıq, başqalarının vəziyyəti ilə maraqlanmaq.

Yuxarıda göstərilən məqamlara görə real mövcud olan bazar sistemləri mücərrəd təkmil bazar modellərindən çox fərqlidirlər və qarışıq iqtisadiyyatın dövlətin təsərrüfat həya­tına fəal müdaxiləsini nəzərdə tutan müxtəlif variantlarıdır.

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin