MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə69/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   65   66   67   68   69   70   71   72   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

11.2. Təkmil rəqabətli bazar modeli

Bütün modellər kimi, təkmil rəqabətli bazar modeli də xalis abstraksiyadır, amma ağıllı abstraksiyadır, çünki o is­tənilən bazar quruluşunun ən tipik əlamətlərini əks etdirir və faydalı abstraksiyadır, çünki bazarın öz ünü tənzimləmə mexanizmini dərk etməyə və onun obyektiv imkanlarını və daxili hüdudlarını qiymətləndirməyə imkan verir.


Bazar göstərilmiş təsnifat əlamətlərinə müvafiq olaraq, aşağıdakı şərtlər gözləniləndə təkmil rəqabətli hesab olunur.

  • Sahə bazarında bir-birindən asılı olmayan çoxsaylı is­

tehsalçı firmalar fəaliyyət göstərir və digər tərəfdən çox­saylı istehlakçı mövcuddur. ,

  • İstehsalçıların çoxsaylılığı səbəbindən onların hər biri­nin fərdi istehsal səviyyəsi sahə ilə müqayisədə cüzidir. Buna görə də ayrılıqda götürülmüş firma sahə təklifinə və deməli, bazar qiymətinə təsir edə bilmir. Müvafiq olaraq ayn-ayrı is­tehlakçılar da sahə tələbini dəyişə və qiymət üzərində nəza­rəti ələ keçirə bilmir. Həm istehsalçı, həm istehlakçı hazır qiymətlə rastlaşırlar. Onlar bazar qiymətini mövcudluq kimi qəbul edirlər.

Firmaların sahəyə heç nə ilə məhdudlaşmayan girişi və çıxışı mövcuddur.

  • Sahə məhsulu diferensiasiya olunmayıb, məsələn, kök, taxıl, kartof kimi bircinslidir. Hər hansı bir ticarət marka­ları yoxdur.

  • Hər firmanın təklif etdiyi məhsul sahə təklifinin cüzi hissəsini təşkil etdiyindən bazar onun bütün məhsulunu cari bazar qiymətləri ilə qəbul etməyə hazırdır. Bu o deməkdir ki, məhsula tələb əyrisi koordinat başlanğıcından məhsulun bazar qiymətinə bərabər kəmiyyət qədər aralıda duran üfüqi xətdir.

Aydındır ki, real həyatda belə bazar quruluşu çətin ki, nə vaxtsa mövcud olmuş olsun, çünki yuxanda göstərilən prin­siplərin çoxu tam gözlənilmir. Belə ki, sahəyə daxil olmağa və biznes yaratmağa müəyyən bürokratik və ya iqtisadi məh­dudiyyətlər həmişə mövcuddur; əmtəələri diferensiasiya edən çoxsaylı ticarət markaları var; hətta sahədə çoxsaylı satıcılar olduğu halda onlarla paralel bazar hökmranlığına malik olan və qiyməti diktə edən hökmran firmalar mövcud­dur. Beləliklə, göstərilən prinsiplər əsasən şərtidir. Bununla belə rəqabət qabiliyyətli firmanın davranışını və müxtəlif modifikasiyalardan uzaqlaşaraq bazar mexanizminin təmiz halda fəaliyyətini başa düşmək üçün bu şərtiliklər zəruridir.
Müəyyən bazar quruluşunun, məsələn, təkmil bazar rəqa­bətinin, bazar modelini təhlil etmək üçün firmanın məqsə­dini (məqsədlərini) dəqiqləşdirən daha bir vacib şərtiliyə yer vermək lazımdır, iqtisadi nəzəriyyədə firmanın əsas məqsə­dinin gəlirin maksimallaşdırılması olduğu fikri üstünlük təşkil edir. Ən müxtəlif məktəblərin nümayəndələri bu fikri bölüşürlər. Bu bəlkə də yeganə məsələdir ki, marksistlər, neoklassiklər, monetaristlər və bir çox başqaları arasında fi­kir müxtəlifliyi yoxdur. Belə ki, K. Marks «Kapital»da izafi dəyəri kapitalizmin əsas iqtisadi qanunu kimi qiymətləndirir və gəlirə can atmanı kapitalist sahibkarlığının əsas vadaredi­ci səbəbi hesab edir. Marks ingilis həmkarlar ittifaqı xadimi və publisisti Danninqin gəlir haqqındakı aşağıdakı maraqlı fikrinə istinad edir. «Təbiət boşluqdan qorxduğu kimi, kapital da gəlirin olmamasından və ya az olmasından qorxur. Kifayət qədər gəlir olduqda isə kapital cəsarətlənir. 10% gəlir olduqda kapital hər şəkildə işlədilməsinə razı olur; 20% olarsa kapital cuşə gəlir; 50% olduqda isə hətta başını da verməyə hazırdır; 100% kapital bütün bəşər qanunlarını tapdalayır; 300% olduqda o hətta asılacağını göz önündə tutmalı da olsa, heç bir cinayətdən geri durmaz. Əgər hay-küy və söyüş gəlir versə, kapital bunların hər ikisinə kömək edər. Qaçaqmalçılıq və qul alveri buna sübutdur»*.
Müasir iqtisadçıların çoxu da həmçinin gəlirin maksimal- laşdınlması fikrinə üstünlük verirlər9 10. Qeyd etmək lazımdır ki, hazırda əsas kimi firmanın digər məqsədlərini, ümumi gə­lirin maksimallaşdınlması, satışdan əldə olunan pulun ümumi məbləğinin maksimallaşdınlması, firma artımının maksimal- laşdırılması və s. (daha təfərrüatlı bax. Fəsil 16) nəzərdən ke­çirən bir sıra alternativ nəzəriyyələr də mövcuddur. Müasir alternativ firma nəzəriyyələri nəzəri və praktik cəhətdən nə qədər dəyərli olsalar da, bununla belə firmanın realizə etdiyi çoxsaylı məqsədlər arasında gəlirin maksimallaşdırılmasının heç də axırıncı yerlərdə olmadığını inkar etmirlər.
Ən ümumi şəkildə ümumi gəliri (TP - total profit; ümu­mi gəliri ümumi məhsuldan (TR) fərqləndirmək üçün latın hərfindən deyil, yunan hərfindən (P) istifadə olunur) satış­dan əldə olunan pulun ümumi məbləği ilə ümumi xərclər ara­sındakı fərq kimi müəyyənləşdirmək və ya aşağıdakı kimi göstərmək olar:
n n
TP = TR - TC p q, - 2 w,x„
i=t j=J ı t'
burada n - istehsal olunan məhsulun növlərinin miqdarı; m - tətbiq olunan istehsal amillərinin miqdarı; p - i məhsulun qiyməti; q - istehsal olunmuş i məhsulun miqdarı; w - i istehsal amilinin qiyməti; x - istifadə olunan i istehsal amilinin miqdarı, tkiamilli birməhsullu modeldə gəlir funksiyasını belə yazmaq olar:
TP-TR-TC=PQ - (rK+wL)=Pf (K,L)-(rK+wL)
burada K - tətbiq olunan kapitalın miqdarı;
L - tətbiq olunan əməyin miqdarı; r - kapital vahidinin qiyməti; w - əmək vahidinin qiyməti.
Gəlir funksiyasını bildikdə onun qrafik təsvirini vermək olar. Bunun üçün istehsal həcmini gəlir və xərclər vasitəsilə ifadə edək.
Q=TP/P+rK/P+wL/P
Deyək ki, kapitalın miqdarı təsbit olunmuşdur (qısamüd­dətli dövr). Onda şaquli oxda məhsul istehsalının həcmini is­tehsalın dəyişən amili olan əməkdən asılı olaraq əks etdirmək olar. Gəlir səviyyəsi dəyişkən ola bildiyindən bir sıra paralel düz xətlər - izoprofit alarıq. Əyrilərin maillik bucağı w/P nisbəti ilə müəyyənləşir. Izoprofitlərdən hər birinin şaquli oxla kəsişmə nöqtəsi TP/P+rK/P cəmi ilə müəyyənləşir (bax şəkil 19.1).
İzoprofit istehsal olunan məhsulun kəmiyyətinin və də­yişən amilin kəmiyyətinin eyni bir səviyyədə gəlir verən bütün mümkün kombinasiyalarını səciyyələndirən nöqtələ­rin həndəsi yeridir.
Beləliklə, belə nəticəyə gəlmək olar ki, firma gəlirini is­tehsal amili vasitəsilə yaradılmış son hədd məhsulunun də­yəri həmin istehsal amilinin dəyərinə bərabər olduğu halda maksimallaşdınr.
İstehsalın həcmini seçəndə firma müxtəlif miqdarda re­surslar işlədə və onları müxtəlif qiymətlərə ala bilər. İki döv­rü: 1 və 2 - müqayisə edək. Hər dövrdə məhsulun və istehsal amillərinin qiymətlər səviyyəsi verilir: müvafiq olaraq Plf r1} w, və P2, r2, w2. İstehsal olunan məhsulun, istifadə olu­nan kapitalın və əməyin optimal miqdarı Qlt Kj, Lx0.2» K2, L2 ilə göstərilir.
Deyək ki, ikinci dövrdə firma başqa həcmdə resurs alır və başqa həcmdə məhsul istehsal edir, amma resursların və ha­zır məhsulun qiyməti birinci dövrdəki kimi qalır. Bu halda gəlirin maksimallaşdınlması məsələsi həyata keçirilirsə, bi­rinci dövrün gəliri ikinci dövrün gəlirindən az olmamalıdır (o ya bərabər və ya artıq olmalıdır). Bunu aşağıdakı bəra­bərsizlik şəklində yazmaq olar: - (r,K, + WjL:) > PXQ2
(rıK2 + w^a).
Müvafiq olaraq istifadə olunan resursların və istehsal olu­nan məhsulun həcminin birinci dövrdəki kimi qalması şərti ilə və qiymətlərin eyni səviyyəsində ikinci dövrdəki gəlir birinci dövrdə əldə olunan gəlirdən az olmamalıdır. Başqa sözlə,

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin