MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


P2Q2 (r2^2 + w2^2) > P2Q1 + W^Lj)



Yüklə 1,26 Mb.
səhifə70/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   66   67   68   69   70   71   72   73   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

P2Q2 (r2^2 + w2^2) > P2Q1 + W^Lj).
Bu iki şərtin (bərabərsizliyin) gözlənilməsi gəlirin maksi- mallaşdırılmasının zəif aksiomunun (WAPM — Weak Axiom of Profit Maximization) mahiyyətini təşkil edir. Bərabərsiz­liyin gözlənilməməsi firmanın gəliri maksimallaşdırmaması (texnologiyanın daimiliyi şərti ilə) deməkdir.
Bərabərsizliklər aşağıdakı kimi dəyişdirilsə, aksiomanın mənası daha aydın olar. İkinci bərabərsizliyi birincidən çıxaq və göstəriciləri Q, K və L göstəriciləri üzrə qruplaşdıraq.
APAQ - (ArAK + AwAL) > 0.
Başqa sözlə, əgər texnologiya dəyişilməz qalarsa, hazır məhsulun və (və ya) resursların qiyməti dəyişdiyi təqdirdə firma resursların istehlakı və məhsul istehsalını elə dəyişmə­lidir ki, satışdan əldə olunmuş pulun ümumi dəyişməsi ilə xərclərin ümumi həcminin dəyişməsi arasındakı fərq mənfi olmasın. Bu nəticə gəlirin müəyyənləşdirilməsi və gəlirin maksimallaşdırılması prinsipinə tam uyğundur. Birdən fərq mənfi olarsa, deməli, firma ya qiymət dəyişiləndən əwəl, ya da qiymət dəyişiləndən sonra gəliri maksimallaşdırmır.
Rəqabətqabiliyyətli firmanın tələbi, təklifi və gəliri
Rəqabətqabiliyyətli firma hazır qiymətlə rastlaşandır, yə­ni o istehsal etdiyi hər şeyi cari bazar qiymətlərinə sata bi­lər. Qüvvədə olan bazar qiymətinə satmaq mümkündürsə, ucuz satmağın mənası yoxdur. Baha satmaq mümkün deyil, çünki bu halda firmanın məhsuluna tələb o saat sıfra düşər: bazarda belə məhsulu bazar qiymətinə təklif edən çoxlu baş­qa satıcılar var. Buna görə də, yuxarıda qeyd olunduğu kimi, rəqabət qabiliyyətli firmanın məhsuluna tələb üfüqi xətdir (şəkil 19.3).


11.3. Qısamüddətli dövrdə firmanın tarazlığı
Sahənin tarazlığı (şəkil 19.7) və firmanın tarazlığı (şəkil 19.8) qrafiklərinin müqayisəsi üzərində dayanaq. Bu qra- fiklərin istehsal miqyasından başqa tələb əyrisinin mailliyi ilə də fərqləndiyini görmək çətin deyil.
Firmanın davranışının təhlili zamanı mühüm bir şərtiliyə yol verilir ki, bu da istehsalçının özünü səmərəli aparmasın­dan ibarətdir. İstehsalçı davranışının səmərəliliyi istehlakçı­nın istifadə etdiyi prinsiplə eynidir. Faydalı nəticə (bu halda istehsalçının gəliri) daha bir məhsul vahidi istehsalının ver­diyi son hədd uduşu həmin əlavə vahidin istehsalına son hədd məsrəflərdən çox olduqda əldə olunur. Son hədd gəliri və son hədd xərclər arasındakı müsbət fərq firmanın hədd gəlirini təşkil edir.

Başqa sözlə, istehsalçı istehsal həcmini onun son hədd gə­liri hədd xərcləri ilə bərabərləşənə qədər artıracaq. MR = MC olduğu halda istehsalçı öz gəlirinə daha heç nə əlavə edə bil­məyəcək, çünki sonuncunun həcmi maksimuma çatmış olur. Əgər istehsal yenə də davam etdirilsə, onda son hədd gəliri son hədd xərclərindən az olar, gəlir isə aşağı düşməyə baş­layar (şəkil 19.9).


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin