MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


Mövzu 11. Təkmil rəqabət şəraitində firmanın davranışı



Yüklə 1,26 Mb.
səhifə68/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   64   65   66   67   68   69   70   71   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Mövzu 11. Təkmil rəqabət şəraitində firmanın davranışı
11.1.Bazar qurluşlarının modelləri
11.2. Təkmil rəqabətli bazar modeli
11.3. Qısamüddətli dövrdə firmanın tarazlığı
11.4. Uzunmüddətli dövrdə firma və sahənin təklifi
11.5. Təkmil rəqabət və ictimai səmərəlilik
11.1.Bazar qurluşlarının modelləri
Bazar quruluşu və ya spesifik rəqabət vəziyyəti firmanın davranışına və onun bazar strategiyası və taktikasının seçil­məsinə həlledici təsir göstərir. Firmanın davranışı isə, Öz növbəsində, bilavasitə onun fəaliyyət nəticələrinin göstəri­ciləri: qiymət, gəlir, səmərəlilik ilə bilavasitə bağlıdır. Fir­manın davranışı və nəticəliliyi bütün sahənin fəaliyyəti və uğur qazanmasına təsir etməyə bilməz, sahənin vəziyyəti isə bütövlükdə milli iqtisadiyyata təsir edir. Beləliklə, bazar iqtisadiyyatında tərəfmüqabillərin qarşılıqlı şərtlənməsinin səviyyəsi xeyli yüksək olduğundan, bazarın təşkili və ya quruluşu yalnız mikroiqtisadiyyat üçün deyil, həm də makroiqtisadiyyat üçün ən mühüm əhəmiyyət kəsb edir.
Bu tezisi şərti məntiqi sxem şəklində yazmaq olar:
Bazarın quruluşu —» firmanın davranışı -ə firmanın uğurluluğu —> sahənin uğurluluğu -ə milli iqtisadiyyatın uğurluluğu.
Bazarın quruluşu bu və ya digər dərəcədə mürəkkəb ola bilər və bundan başqa, Özündə qeyri-bazar elementlərini ehti­va edə bilər. Bununla belə onun təsnifat aparmağa imkan ve­rən səciyyəvi əsas əlamətləri var. Müasir iqtisadi nəzəriyyədə bazar quruluşunun dörd tipi göstərilir: təkmil rəqabət, in­hisar rəqabəti, oliqopoliya və xalis inhisar. Birinci və sonuncu iki qütb, iki son hədd modellərdir ki, bunlar arasın­ da qeyri-təkmil adlandırılan inhisarçı rəqabət və oliqopoliya ara formaları yerləşir. Əslində inhisar da qeyri-təkmil rəqa­bətə aiddir, doğrudur, bəzi tədqiqatçılar onu rəqabətin olma­ması kimi qiymətləndirirlər.
Yuxarıda göstərilən təsnifatın əsasında aşağıdakı əlamətlər durur:

  • sahədə firmaların sayı;

  • ayrılıqda götürülmüş firmanın qiymətlərə nəzarəti;

  • sahəyə giriş və ondan çıxma azadlığı;

  • məhsulun xarakteri;

  • firmanın məhsuluna tələb əyrisinin xarakteri.

Göstərilən dörd modelin hamısı verilmiş təsnifat əlamət­ləri əsasında növbə ilə aşağıdakı fəsillərdə nəzərdən keçiri­ləcək. -



Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin