10.5. Antiinhisar tənzimlənməsi Qiymətlər üzərində inhisar hökmranlığında inhisarın məhsullarına qiymətin artırılması və inhisar firmaları üçün xammalın qiymətinin endirilməsi təhlükəsi var. İnhisar müəyyən sabitlik ehtiyatını saxlayır, bu da inhisarların fəaliyyətində çox tez-tez olan və dərin müsbət dəyişkənlikləri ləngidir, bürokratizm yönümlü meyl və X-səmərəsizlik (bu zaman istənilən istehsal həcmində faktik məsrəflər ümumi orta məsrəflərdən yüksək olur) yaranır. İnhisar bazarında P>MC (bir qayda olaraq) olduğundan adətən resurslar səmərəsiz bölüşdürülür. İnhisarların fəaliyyəti gəlirlərin təbəqələşməsini gücləndirir ki, bu da sosial münaqişələrlə nəticələnə bilər. Buna görə də müasir dövlət iqtisadiyyatın anitiinhisar tənzimlənməsini aparmalıdır.
Məlum olduğu kimi, Qərb ölkələrində dövlət inhisarlar və oliqopoliyalann təsərrüfat fəaliyyətinə fəal müdaxilə edir. O, inhisar və oliqopoliyalann iqtisadiyyata hədsiz təsir etməsinə yol verməməyə çalışır, antiinhisar (antitrest) qanunvericiliyi hazırlayır.
Antiinhisar qanunvericiliyi firmaların cəmiyyət üçün təhlükəli inhisar hökmranlığı əldə etməsinə qarşı yönəlir. Antiinhisar qanunvericiliyi dar və geniş mənada başa düşülə bilir. Birinci halda o artıq inhisar hakimiyyətinə malik xalis inhisarlara və iri oliqopoliyalara qarşı, bundan başqa qəbul olunmuş işgüzar münasibətləri pozan «haqsız» hərəkətlərin qarşısının alınmasına yönəldilir. Geniş mənada antiinhisar qanunvericiliyi inhisar hakimiyyəti cəmlənməsinin istənilən formasına (o cümlədən xırda firmalar tərəfindən də), istənilən inhisar hərəkətlərinə qarşı yönəldilir.
Ən inkişaf etmiş antiinhisar qanunvericiliklərindən biri ABŞ-dadır, orada ilk antiinhisar qanunları hələ XIX əsrin sonlarında yaranmışdı. Bu təcrübədən inkişaf etmiş ölkələr istifadə edə bilərlər. Hazırda Amerika antiinhisar qanunları dörd tənzimləmə obyektini nəzərdə saxlayır: bazarın inhisar- laşması; firmaların rəqib əleyhinə qovuşması; qiymətlər və ticarəti məhdudlaşdırmaq haqqında razılaşmalar; ticarətin rəqabətə xeyli zərər vuran məhdudlaşdırılması. ABŞ-da bazarın yerli və ya ümummilli inhisarlaşması 60% -ə bərabər və ya bundan artıq olan pay hesab olunur. Belə payı olan şirkət məhkəmənin qərarı ilə ləğv oluna bilər.
Dövlət inhisarların yaranmasına aparan, yerli və ya ümummilli səviyyədə rəqabətə xeyli zərər vura bilən istənilən qovuşmaları qadağan edə bilər. Belə ki, eyni məhsul üzrə iri firmaların üfüqi və eyni bazarda başqa şirkətlərlə qovuşması, həmçinin ən iri şirkət tərəfindən rəqiblərinin əmlakının alınması qadağandır. Amerika qanunvericiliyi məsələn, dəmir filiz və poladəritmə şirkətlərinin və ya konqlomerat, yəni istehsalın diversifikasiyası əsasında qovuşmaları kimi şaquli qovuşmalara daha az ciddiliklə yanaşır.
İnhisar razılaşmalarını qadağan edən ilk qanunlar Kanadada (1889) və ABŞ-da (1890) qəbul olunmuş Şerman qanunu adlanan qanundur. Həmin qanun «iqtisadi azadlıq xartiyası* kimi məşhurdur. Qanun çox ciddi səslənirdi. Peşə azadlığını məhdudlaşdırmaq, hər hansı bir təsərrüfat sahəsini inhisar - laşdırmaq məqsədi güdən istənilən müqavilə və birləşmələr qeyri-qanuni hesab olunurdular. İnhisar larin yaradılması 5 min dollara qədər cərimə ilə (sonralar həmin məbləğ 50 minə qədər qaldırıldı) və bir il həbs cəzası ilə cəzalandırılırdı. Belə bir qanun Avstriyada və Yeni Zelandiyada da qəbul olunmuşdu, Sonralar Şerman qanununa əlavələr edilmiş (1914, 1939, 1950-ci illərdə), o yeni-yeni fəaliyyət növlərinə və yeni birlik və saziş formalarına şamil edilmişdir.
Kleyton qanunu (1914) kontragent dairəsinin məhdudlaşdınl- masını, firmaların, alınması və ya udulmasını, əgər bu rəqabəti məhv edə bilərdisə, holdinq şirkətləri və digər sazişləri qadağan etdi. Üfüqi qovuşmalar (bir sahə firmalarının birləşməsi) qadağan edilirdi. 1914-cü ildə «haqsız» rəqabət mübarizəsi metodları və şirkətlərin antirəqabət qovuşması ilə mübarizə aparmaq üçün təyinatlanmış federal ticarət komissiyası yaradıldı. Qərbi Avropada (Belçika - 1935, Niderland - 1935, Danimarka - 1937) kartel sazişlərinə qanunvericilik nəzarəti cəhdləri olmuşdu. Burada kartellər «lüzumsuz rəqabətilə mübarizə vasitəsi kimi nəzərdən keçirilirdi, lakin qanunlar bu inhisar formasından sui-istifadəyə yol verməməyə yönəldilmişdi.
Keller-Kefauver Aktı (1950) aktivlərin alınması yolu ilə qovuşmaları qadağan etməklə Kleyton Aktını təkmilləşdirdi. Yalnız üfüqi deyil, həm də şaquli qovuşmalar (eyni istehsalat tsiklinin ardıcıl iştirakçıları olan şirkətlərin birləşməsi) qadağan edilirdi.
Ümumi bazarın əsasını qoymuş Roma müqaviləsinin 85 və 86-cı maddələri ilə də inhisarçı sazişlər qadağan olunurdu.
Beləliklə, bütün bu qanunlar azad bazarın, sağlam rəqabətin təmin edilməsinə yönəlmiş və onlar müxtəlif cür sazişlər üzərində nəzarəti müəyyənləşdirirdilər.
Lakin Amerika məhkəmələrində azad rəqabətin pozulması üzrə baxılmış işlərin çox az hissəsi qanunu pozanların cə- zalanması ilə nəticələnmişdi. Çox vaxt hakimlər inhisarların tərəfində idi. Hələ rus iqtisadçısı X.Yanjul özünün sindikatlar haqqında kitabında Şerman qanunu üzrə həmin qanun qəbul ediləndən üç il sonra qeyri-qanuni elan edilmiş birləşmələrin çiçəkləndiyinə diqqət yetirmişdi.
iqtisadiyyatı inkişafda olan ölkələrin hökumətləri antiinhisar tənzimlənməsini həyata keçirərkən onların ölkələrində rəqabət şəraitinin formalaşmasına təsir edən aşağıdakı amilləri nəzərə alırlar:
qiymətlərin liberallaşdırılması;
maliyyə sabitsizliyi və inflyasiyanı, sənaye tənəzzülü və onu istehsal sahələrində müşayiət edən böhran hadisələri, həmçinin istehsal quruluşunun dəyişməsini;
xarici iqtisadi əlaqələrin liberal laşdırılmasını.
Qiymətlərin liberallaşdırılması natural şəkildə məhsula
tələbin kəskin azalmasına aparır, bu da öz növbəsində qiymətlərin liberallaşdırılmasına baxmayaraq, istehsalın azalmasına səbəb olur. Bir sıra hallarda qiymətlər üzərində dövlət orqanları tərəfindən nəzarət saxlanılır. Bundan başqa, dövlət rəqabət münasibətlərini həvəsləndirmək və inkişaf etdirmək məqsədilə xırda adlandırılan biznesi dəstəkləyə bilər, bəzi hallarda isə gömrük haqqını azaltmaq və bununla da milli istehsalçıya rəqabət yaratmaqla milli iqtisadiyyatı dünya bazarı üçün daha açıq edə bilər. Dövlət orqanları tərəfindən müasir antiinhisar tənzimləmələrini üç tədbirlər qrupunda ümumiləşdirmək olar: Birinci qrup tədbirlərə aşağıdakı inzibati-hüquqi təsirlər daxildir:
hər hansı bir təsərrüfat sahəsində inhisarların qadağan olunması;
mövcud inhisarçı birləşmələrin buraxılması;
inhisarların bir sıra müstəqil istehsala parçalanması.
İkinci qrupa aşağıdakılara yönümlənmiş inzibati-iqtisadi tədbirlər daxildir:
qiymət ayrı-seçkiliyi həyata keçirən tacirlərin (qiymətlərin istehsal məsrəfləri ilə şərtlənməyən artırılması) dövlət tərəfindən təqib edilməsi;
reklamdan istifadə yolu ilə əmtəələrin saxtalaşdırılma- sını həyata keçirən tacirlərin təqib edilməsi;
bazarda vəziyyətin dəyişdirilməsinə birgə təsir etmək məqsədilə razılığa gələrək tərəfmüqabillərə xarici iqtisadi təsirin qadağan edilməsi.
Üçüncü qrup tədbirlər dövlət tərəfindən aparılan iqtisadi təsirlərdir:
inhisarları istehsal etdikləri məhsula azad rəqabət şərtlərinə yaxın qiymətlər müəyyənləşdirməyə məcbur edən vergi siyasətinin müxtəlif üsullarından istifadə;
substitut, yəni əvəzləyici əmtəələrin istehsalının təqdir edilməsi. Fərdi və istehsal istehlakı məhsullarının müxtəlifliyi inhisar istehsalı olan əmtəələrə tələbi azaldır;
beynəlxalq iqtisadi əlaqələrin qurulması və idxalın artırılması hesabına bazarın genişləndirilməsi; elmi və texniki
biliklərin bölüşdürülməsi.
Rəqabət mühitinin formalaşdırılması və sahibkarlığın inkişaf etdirilməsi sahəsində prinsipial mühüm məqamlar bunlardır:
sənaye mülkiyyətinin hüquqi mühafizəsi, istehlakçı hüquqlarının müdafiəsi və qeyri-sağlam rəqabətə qarşı mübarizə.
Dövlətin rəqabəti müdafiə etmək uzrə fəaliyyəti inkişaf iqtisadiyyatı üçün, o cümlədən bütün bundan irəli gələn nəticələrlə inhisar bazarının artıq formalaşdığı Rusiya iqtisadiyyatı üçün müstəsna mühüm əhəmiyyət kəsb edir. 1991-ci ildə Rusiyada əmtəə bazarlarında rəqabət və inhisar fəaliyyətinin məhdudlaşdırılması haqqında qanun qəbul olunmuşdu. Lakin bu qanunun təəssüf ki, müəyyən qüsurları var və ən əsası isə budur ki, o hələ ki, praktik olaraq öz tətbiqini tapmayıb.
Mərkəzi və Şərqi Avropa Ölkələri (Rusiya, Ukrayna, Qazaxıstan və Baltika ölkələri) hələ bazara keçidin ilkin mərhələsində əsasən Qərbi Avropa modellərini təkrarlayan antiinhisar qanunları qəbul etmişlər. Böyük Britaniya, Almaniya və ABŞ rəqabət haqqmda qanunların hazırlanması və qəbul edilməsində, müvafiq kadrların hazırlanmasında, antiinhisar orqanlarına ilkin köməklik göstərilməsində əhəmiyyətli rol oynamışlar.
Antiinhisar siyasətinin həyata keçirilməsi quruluş dəyişikliklərinin rəqabət şərtlərindən və spesifik institusional zəminlərdən asılı olduğu üçün onların bütün ölkələr üçün eyni qaydaları mövcud deyil.
Antiinhisar siyasətinin ən güclü tədbirlərindən biri və spesifik institusional zəmini dövlət mülkiyyətinin əksmil- liləşdirməsi, özəlləşdirmə proseslərinin inkişafıdır.
Hazırda müxtəlif növ inhisarların artması, transmilli şirkətlərin yaranması göstərir ki, inhisarların yaranması qanunauyğun prosesdir və bazar mexanizminin mühüm elementi olan rəqabətin özü onları doğurur, çünki bazardakı hər bir rəqib inhisarçı olmaq arzusundadır.