MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


inhisar qiyməti üstəlik mənfəət şəklində inhisar mənfəəti əldə etmək məqsədilə hazar qiymətinin rəqabət qiymətindən yuxan və ya aşağı müəyyənləşdirilən xüsusi növüdür



Yüklə 1,26 Mb.
səhifə63/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   59   60   61   62   63   64   65   66   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

inhisar qiyməti üstəlik mənfəət şəklində inhisar mənfəəti əldə etmək məqsədilə hazar qiymətinin rəqabət qiymətindən yuxan və ya aşağı müəyyənləşdirilən xüsusi növüdür.
Bu mənfəət forması inhisarçların bazarda öz iqtisadi üs­tünlüklərini realizə etməsi, əhalidən və digər sahibkarlar­dan aldıqları bir növ « xərac »dır.
Qeyri-qiymət rəqabəti qiymət və dəyərin qarşılıqlı əlaqə­sinin bazar tənzimləmə mexanizmini dəyişir. Əgər bazarda oliqopoliyanın müəyyənləşdirdiyi qiymət üstünlük təşkil edirsə, qiymət artıq əmtəə dəyəri ətrafında əvvəlki hərəkət­ləri edə bilməz. Dəyərin kəmiyyəti məhsulun təsbit olunmuş qiymətinin səviyyəsinə müvafiq olaraq dəyişir, rəqabətin kəs­kinliyindən asılı olaraq oliqopoliyanın əmtəənin keyfiyyəti­nin yüksəldilməsinə, istehlakçılara xidmət şəbəkəsinin saxlanılmasına, reklama və s. xərcləri artır və ya azalır. Məh­sullarının hazırlanması və satışına inhisar və oliqopoliyala- rın məsrəfləri sürətlə dəyişir və bazar qiymətlərinə nisbətən daha çevikdir.
Duopoliya bazar quruluşudur, qarşılıqlı əlaqələri, sahədə istehsal həcmini və bazar qiymətini müəyyənləşdirən firma­lar bazarda fəaliyyət göstərən zaman olur. Belə bazarda tarazlığın sabitliyi qiymətin son hədd məsrəflərinə (yəni rə­qabət tarazlığı yaranır) bərabər olduqda yaranır. Duopoliya şəraitində firmalar qiyməti aşağı salmaq və istehsal həcmini artırmaqla rəqabət aparırlar. Bu vəziyyət Bertran tarazlığı ilə təsvir edilmişdir.
Ştakelber tarazlığı bazar hakimiyyətinin firmalar ara­sında qeyri-bərabər bölgüsünü təsvir edir, bu zaman firma­lardan biri aparıcı olur, digəri uyğunlaşma siyasəti aparır.
Kunıo tarazlığı bazarda o zaman əldə olunur ki, duopo­liya şəraitində hər bir firma müstəqil fəaliyyət göstərir, la­kin digər firmanın ondan gözlədiyi optimal istehsal həcmi seçir. Kurno tarazlığı iki firmanın reaksiya göstərmə əyri­lərinin kəsişmə nöqtəsi kimi təzahür edir.

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin