10.1. Rəqabət: anlayışı və növləri Rəqabət (latın sözü «sonsurrere» - toqquşmaq) əmtəə istehsalı və realizə edilməsinin (alış və satışının) ən yaxşı şəraitləri uğrunda bazar təsərrüfatının ayrı-ayrı subyektləri arasında mübarizədir.
Bazar iqtisadiyyatında belə toqquşma qaçılmazdır, çünki o aşağıdakı obyektiv şərtlərdən irəli gəlir:
çoxsaylı bərabərhüquqlu bazar subyektlərinin olmasından;
onların hər birinin tam iqtisadi əlahiddəliyindən;
bazar subyektlərinin bazar konyunkturasından asılılığı;
alıcı tələbinin ödənilməsi uğrunda bütün digər bazar subyektləri ilə mübarizə.
İqtisadi inkişaf və yaşamaq uğrunda rəqabət mübarizəsi bazar təsərrüfatının iqtisadi qanunudur. Bu satıcılar, alıcılar, satıcılar və alıcılır arasında mübarizədir. Satıcılar məhsullarını baha satmağa çalışırlar, lakin rəqabət onları alıcı tələbini həvəsləndirmək üçün öz məhsullarını ucuz satmağa vadar edir. Hərdən bazarda dempinq - əmtəələrin hədsiz ucuz qiymətə (az qala müftə) satışı - tətbiq olunur. Alıcılar arasında rəqabətdə, maddi nemətləri daha ucuz qiymətə almaq kimi təbii istəklərinə baxmayaraq daha çox və ya bazar qiymətinə nisbətən daha yüksək qiymətə alan qalib gəlir. Satıcılar (baha satmağa can atan) və alıcılar (ucuz almağa çalışan) arasında mübarizədə aralarında daha möhkəm birlik olanlar və öz qiymətləri (onlar üçün sərfəli) üstündə dayanmaq imkanına malik olanlar qalib gəlirlər. Rəqabət iqtisadi tərəqqinin hərəkətverici qüvvəsidir. Bu onunla izah olunur ki, istehsalçı yalnız öz istehsalının saxlanılması deyil, həm də genişlənməsi qayğısına qaldıqda bazar rəqabəti uğurla nəticələnir, bunun üçün o texnikanı və istehsalın təşkilini təkmilləşdirməyə can atır, əmtəənin keyfiyyətini yüksəldir, məhsulun hər birinin istehsalına xərcləri azaldır və bununla da qiyməti aşağı salmaq, əmtəənin çeşidini genişləndirmək imkanı əldə edir, alıcılara ticarət və ticarətdən sonrakı xidməti yaxşılaşdırır. Məhz bu fakt Nobel mükafatı laureatı (1974) Fridrix fon Hayekə rəqabətə arxalanan cəmiyyətlərin başqalarından daha tez məqsədlərinə çatdıqlarını və məhz rəqabətin əşyaları daha səmərəli necə istehsal etmək mümkün olduğunu göstərdiyini söyləməyə əsas vermişdi. O istehsalatdan səmərəsiz müəssisələrin sıxış- dırılıb çıxarılmasına, resurslardan səmərəli istifadəyə rəvac verir, istehsalçının istehlakçıya münasibətdə amirliyinin qarşısını alır. Rəqabətin ictimai inkişafda müsbət rolu və rəqabətli bazarların səmərəliliyi şübhəsiz ki, bundadır. Lakin rəqabət idealdan uzaqdır. Rəqabət münasibətlərinin dərin kökləri bütün dövrlərdə daha yaxşı mövcudluq şərtləri uğrunda daimi mübarizənin zəruriliyində idi. Bu mübarizə nəticəsində yalnız qaliblər, sərvətlərini artıran xoşbəxt rəqiblər deyil, məğlub olanlar da olmuşdu. Əhalinin bir qisminin müflisləşməsi, səfaləti, işsizlik, qeyri-sabitlik, təbəqələşmə, sosial ədalətsizlik, inflyasiya, inhisarların yaranması və s. (bax: şəkil 12.1) kimi neqativ təzahürlər də rəqabətlə bağlıdır. Smitə görə, istehsalçıların rəqabət davranışının mahiyyəti, bir qayda olaraq qiymət vasitəsilə «təmiz», sözləşmədən rəqiblərinə təzyiq göstərmək olub. Rəqabət anlayışına müasir baxışların əsas məqamı qiymətin müəyyənləşməsindəki rəqabət deyil, qiymətə təsir göstərmək imkanının olmamasıdır. Yozef Şumpeter deyirdi ki, hər halda iqtisadi artım nöqteyi- nəzərindən rəqabət köhnə ilə yeninin: yeni əmtəələr, yeni texnologiyalar, tələbatların ödənilməsinin yeni mənbələri, işin təşkilinin yeni növlərinin - rəqabətidir. İqtisadi proses kimi, rəqabət təsərrüfatçılıq subyektlərinin müəyyən hərəkətlərinin məcmusu kimi də təzahür edə bilər. Bu hərəkətlər iqtisadi tsikl şəklində yığılır ki, buna da aşağıdakı ardıcıl təkrar istehsal prosesləri daxildir: ■ istehsalatın maddi-əşya elementlərinin və əmək kollektivinin
istehsalın təşkili, onun xammalla, materiallarla, yarım- fabrikatlarla təchiz edilməsi, həmçinin ödənişli əsaslarla istehsal, maliyyə-kredit və layihə təşkilarları ilə qarşılıqlı əlaqə;
rəqabət qabiliyyətli məhsulun yaradılması;
məhsulun realizə olunma həcmi, vaxtı və yerini müəyyənləşdirmək tədbirlərini nəzərdə tutan satışı;
mənfəət hesabına investisiya fondunun yaradılması və ondan istehsalın genişləndirilməsi üçün istifadə.
Rəqabətin mahiyyəti onun funksiyalarında təzahür edir ki, bunlara da aşağıdakılar daxildir:
istehsalçının istehlakçı tələblərinə yönümlənməsi, çünki bunsuz mənfəət əldə etmək olmaz;
istehsalın istehsalçının həyat qabiliyyətli qalmasını təmin edən səmərəliliyinin yüksəldilməsinin həvəsləndirilməsi:
əmtəə istehsalçılarının təbəqələşməsi (bir qismi udur, ikinci qismi yerində sayır, üçüncü qismi müflis olur);
istehsala təzyiq, tələb və mənfəət normasına müvafiq olaraq resursların xalq təsərrüfatı sahələri arasında bölüşdürülməsi;
rəqabət qabiliyyəti olmayan müəssisələrin ləğvi (onların hərracda satışı, birləşdirilməsi, yönümünün dəyişdirilməsi);
əmtəələrin qiymətinin endirilməsi və keyfiyyətinin qaldırılmasının stimullaşdırılması.
Rəqabət mübarizəsinin səviyyəsi əsasən gedişində məhsulun yaranışından istehsaldan çıxarılana qədər hərəkət baş verən «həyat tsikli»ndən asılıdır. O, dörd mərhələyə bölünür:
yeni məhsul tətbiqi, mənimsənilməsi. Bu mərhələ üçün istehsal olunan məhsulun satış həcminin cüziliyi və qiymətinin yüksəkliyi səciyyəvidir;
artım, bu mərhələdə istehsal həcminin artımı, tələbin artması, qiymətlərin yüksək qalması baş verir;
yetkinlik, bu mərhələdə məhsul istehsalının həcmi maksimuma çatır, tələbin doyması baş verir, artım sürəti aşağı düşür, rəqabətin güclənməsi və qiymətlərin aşağı düşməsi müşahidə olunur;
qocalma sonuncu mərhələdir. Bu dövrdə məhsula tələb minimuma enir, istehsal həcmi azalır, rəqabət mübarizəsi sönükləşir, məhsulun çox hissəsi istehsaldan çıxarılır və onun yenisilə əvəzlənməsi başlayır.
Rəqabətin təbiətini üzə çıxartmaq və intensivliyini qiymətləndirmək üçün Qərb iqtisadi ədəbiyyatında ingilis alimi, rəqabət sahəsində nüfuz sahibi M.Y.Porterin «rəqabətin beş qüvvəsi modeli* adlı nəzəriyyəsindən çox istifadə olunur. Bu nəzəriyyədə beş rəqabət qüvvəsi fərqləndirilir.
Biri-biri ilə bəhsləşən satıcılar arasında rəqabət.
Əvəzləyici olan və qiymət cəhətdən rəqabət qabiliyyətli əmtəələr tərəfdən rəqabət.
Yeni rəqiblərin meydana gəlməsi təhlükəsi.
Təchizatçıların iqtisadi imkanları və ticarət qabiliyyətləri.
Alıcıların iqtisadi imkanları və ticarət qabiliyyətləri.
M.Y.Porterin rəqabətin beş qüvvəsi modeli rəqabət qüvvələrinin prinsipial quruluş sxemlərinin müəyyənləşdirilməsi və diaqnostikası üçün konseptual vasitədir. Bu modeldən istifadə mürəkkəb problemin dərki üçün həqiqətən sadə yoldur.
Rəqabətin beş qüvvəsi son nəticədə hər bir rəqabət bazan və onu təşkil edən iqtisadi vahidlərin fəaliyyət göstərdiyi şəraiti müəyyənləşdirir.
Rəqabətin təbiətini üzə çıxartmaq və intensivliyini qiymətləndirmək üçün Qərb iqtisadi ədəbiyyatında ingilis alimi, rəqabət sahəsində nüfuz sahibi M.Y.Porterin «rəqabətin beş qüvvəsi modeli* adlı nəzəriyyəsindən çox istifadə olunur. Bu nəzəriyyədə beş rəqabət qüvvəsi fərqləndirilir.
Biri-biri ilə bəhsləşən satıcılar arasında rəqabət.
Əvəzləyici olan və qiymət cəhətdən rəqabət qabiliyyətli əmtəələr tərəfdən rəqabət.
Yeni rəqiblərin meydana gəlməsi təhlükəsi.
Təchizatçıların iqtisadi imkanları və ticarət qabiliyyətləri.
Alıcıların iqtisadi imkanları və ticarət qabiliyyətləri.
M.Y.Porterin rəqabətin beş qüvvəsi modeli rəqabət qüvvələrinin prinsipial quruluş sxemlərinin müəyyənləşdirilməsi və diaqnostikası üçün konseptual vasitədir. Bu modeldən istifadə mürəkkəb problemin dərki üçün həqiqətən sadə yoldur.
Rəqabətin beş qüvvəsi son nəticədə hər bir rəqabət bazan və onu təşkil edən iqtisadi vahidlərin fəaliyyət göstərdiyi şəraiti müəyyənləşdirir.
Təkmil rəqabət iqtisadi sistemin elə bir vəziyyətidir ki, bu zaman iqtisadi proses iştirakçılarının hər birinin ümumi vəziyyətə təsiri o qədər azdır ki, onu nəzərə almamaq da olar. Adətən təkmil rəqabətin bu əlamətləri fərqləndirilir: satıcı və alıcıların çoxsaylılığı, istehsal olunan məhsulun ey- ninövlüyü, satıcı və alıcıların qiymətlərə təsir imkanının olmaması, istehsal resurslarının tam səfərbərliyi, sahibkarların bazarın vəziyyətindən tam məlumatlı olması. Təkmil rəqabət abstraksiyadır, həyatda «qeyri-təkmil» rəqabət elementləri həmişə var. Buna görə də müddəaları təkmil rəqabətə əsaslanan neoklassik məktəb (A.Marşall, Valras) əhəmiyyətini itirmişdir. Hələ XX əsrin 20-ci illərindən başlamış qiymətin əmələ gəlməsi haqqında mübahisə (P.Staffın iri firmaların azad rəqabət və qiymət yaranması mexanizmini daim pozduqlarını sübut edən əsərlərinin təsiri altında) rəqabətə tamamilə başqa cəhətdən baxmağa imkan verdi.
Yeni bazar şərtlərinin tədqiqinə həsr olunmuş «İnhisarçı rəqabət nəzəriyyəsi» (E.Çemberlin, 1933) və «Qeyri-təkmil rəqabətin iqtisadi nəzəriyyəsi» (Coan Robinson. 1933) əsərlərinin işıq üzü görməsi qeyri-təkmil rəqabətdən danışmağa imkan verdi. Qeyri-təkmil rəqabətə həmçinin oliqopoliyalar (bir neçə iri satıcı), oliqopsoniyalar (bir neçə iri alıcı), inhisarçı rəqabət (fərqli məhsulun çoxlu satıcısı) aiddirlər. Rəqabəti şərti olaraq sağlam və haqsıza bölmək mümkündür. Sağlam rəqabətin əsas metodları:
məhsulun keyfiyyətinin yüksəldilməsi;
qiymətin aşağı salınması («qiymətlər müharibəsi»);
reklam;
satışa qədər və satışdan sonrakı xidmətin inkişafı;
yeni əmtəə və xidmətlərin yaradılması və ETt-nin nəticələrindən istifadə və s.
Haqsız rəqabətin əsas metodları:
iqtisadi (sənaye kəşfiyyatı);
rəqibin məhsulunun saxtalaşdırılması;
rüşvət və şantajetmə;
istehlakçıların aldadılması;
işgüzar hesabatlar ilə fırıldaqlar;
valyuta fırıldaqları;
çatışmazlıqların gizlədilməsi və s.
İstehsalçılar və istehlakçıların say nisbətindən asılı olaraq aşağıdakı rəqabət quruluşlarını fərqləndirirlər:
hər hansı bir eynicinsli əmtəənin çoxsaylı istehsalçıları və həmin əmtəənin külli miqdarda ayrı-ayrı istehlakçıları. Əlaqələrin quruluşu belədir ki, prinsip etibarilə hər bir alıcı əmtəəni özünün faydalılıq anlayışından, onun qiymətindən və özünün alıcılıq imkanlarından çıxış edərək istənilən istehsalçıdan ala bilər. İstənilən istehsalçı yalnız öz mənfəətindən çıxış edərək əmtəəni istənilən istehlakçıya sata bilər. Heç bir istehlakçı ümumi tələbin müəyyən qədər böyük hissəsini almır. Belə bazar quruluşu polipoliya adlanır və təkmil adlanan rəqabəti yaradır;
külli miqdarda ayrı-ayrı istehlakçı və hər biri ümumi tələbin xeyli hissəsini təmin edə biləcək az sayda istehsalçılar. Belə quruluş oliqopoliya adlanır və qeyri-təkmil adlanan rəqabəti yaradır. Həmin quruluşun son həddi külli miqdarda istehlakçıya qarşı duran və bütün istehlakçını qane edə biləcək bir istehsalçının olmasıdır ki, bu da monopoliya adlanır. Bazarda qeterogen (müxtəlif növ) məhsullar təklif edən nisbətən çox sayda istehsalçı təmsil olunan hallarda inhisarçı rəqabətdən söhbət açılır;
yeganə əmtəə istehlakçısı və çoxsaylı müstəqil istehsalçı. Bu zaman yeganə istehlakçı bütün çoxsaylı istehsalçıların verdiyi təklif olunan əmtəənin hamısını alır. Həmin quruluş qeyri-təkmil rəqabətin monopsoniya (tələbin inhisa
Bazarın əsas xarakteristikaları
Təkmil
rəqabət
İnhisarçı
rəqabət
Sırf inhisar
Sahə firmalarının sayı
Olduqca
çoxdur
(sonsuzluğa
meyllidir)
Çoxdur
Təkdir
Siyasətin
müstəqilliyi
Firmalar müstəqil fəaliyyət göstərir, çünki rəqiblərin hərəkətlərini öncədən bilmək mümkün deyil
Firma müstəqil fəaliyyət göstərir, çünki hesablaşmağa bir kimsə yoxdur
Yeni
istehsalçıların sahəyə gəlməsi qarşısında maneələr