MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


Qısamüddətli və uzunmüddətli dövrlərdə tarazlıq qiymətlərinin müəyyən olunması



Yüklə 1,26 Mb.
səhifə57/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   53   54   55   56   57   58   59   60   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

9.3. Qısamüddətli və uzunmüddətli dövrlərdə tarazlıq qiymətlərinin müəyyən olunması
Bazar qiymətinin formalaşmasını A.Marşall təklif para­metrlərinin müxtəlif dinamikaya malik olduğu üç zaman dövründə nəzərdən keçirir. Buna müvafiq olaraq ani, qısa­müddətli uzunmüddətli tarazlıq vəziyyəti fərqləndirilir. Üç müxtəlif tarazlıq növlərində əmtəə istehsalçıları ya heç nə etməyə, ya istehsalın dəyişkən amillərini dəyişmiş şərtlərə uyğunlaşdıra, ya da bütün istehsal amillərini dəyi-şilmiş qiy­mətə uyğunlaşdıra bilərlər. Qısamüddətli dövr üçün istehsal vasitələri parkı praktik olaraq sabitdir, lakin ondan istifadə tələbə uyğun olaraq dəyişə bilir. Əmtəə təklifi avadanlığı artırmadan artır. Uzunmüddətli dövr yalnız həmin əmtəənin istehsal amillərini deyil, həm də göstərilən amillərin istehsal amillərini tələbə uyğunlaşdırmağa kifayət qədər vaxt ver­məlidir. Bu şəraitdə istehsalçılar avadanlıq alır, dəyişir, is­tehsalçıların özlərinin miqdarı isə sahəyə sərbəst daxil olmaq və çıxmaq hesabına dəyişilə bilir.
Ani tarazlıq şəraitində əmtəə təklifi təsbit edilmişdir (şəkil 11.1). Əmtəənin təsbit edilmiş təklifi zamanı qiymət tamamilə tələbdən asılıdır. Tələbin artması qiymətin artma­sına səbəb olur və əksinə, onun azalması qiymətin aşağı düş­məsinə səbəb olur.
Qısamüddətli tarazlıq şəraitində tələb dəyişə, tələb əyrisi D2-yə qədər yüksələ bilər (şəkil 11.2). İstehsalın həcmi ava­danlıqdan daha intensiv istifadə hesabına arta bilər. Qısa­müddətli dövrdə başqa firmalar bu sahəyə girə bilməzlər. Tələb aşağı da düşə bilər ki, bu da əmtəə istehsalı və təklifi həcminin azalmasına gətirib çıxardar. Qısamüddətli dövrdə firma zərər də çəkə bilər, lakin o işləməyinə davam edər.
Uzun və qısamüddətli dövrlərdəki təkliflər arasında fərq ondan ibarətdir ki, uzunmüddətli dövrdə firma istehsalını genişləndirə, yeni firmalar isə bu sahəyə daxil ola bilərlər. Əgər qiymətlər yüksək qazanc təmin etməyə qabildirsə, qiy­mət artımı şəraitində belə proseslər baş verir. Hədsiz yüksək qazanc açıq sənayedə tarazlıqla bir araya sığmır. Ümumi təklif artan kimi qiymətlər düşəcək. Yeni firmalar bu sahəyə qiymətlər öz normal vəziyyətlərinə qayıdmcaya və firma nor­mal qazanc əldə edincəyə qədər daxil olmaqda davam edəcək­lər. Əmtəə təklifinə zaman müddətində qiymət və gəlirin də­yişməsi ciddi təsir edir. Məsələn, əgər bu il çiyələyin qiyməti baha olsa, onda gələn il çiyələk təklifinin kəskin artmasını gözləmək olar. Çiyələk təklifinin kəskin artması nəticəsində bazar qiyməti aşağı düşə və istehsalçılar gəlirlərinin bir qismini itirə bilərlər. İstehsalçıların bir qismi sahəni tərk edir, nəticədə növbəti ildə çiyələk təklifi azalır və bazar qiymətinin səviyyəsi qalxır. Bu gələn il üçün istehsalı həvəsləndirir və sairə. Buradan bazar qiyməti dəyişməsinin üç variantı irəli gəlir. Birinci halda uğurlu dövrlərdə bazar qiyməti tarazlıq qiymətindən get-gedə daha çox uzaqlaşır.
Tələb və təklif əsasında bazar qiymətlərinin formalaşma­sına yanaşma iqtisadçılar tərəfindən A.Marşalldan və başqa müasir iqtisadçılardan xeyli əvvəl nəzərdən keçirilmişdi. Bu yanaşmada daxili ziddiyyət var, onu K.Marks göstərmişdi.
Qiymətin tələb və təkliflə müəyyənləşdirilməsi, tələb və təklifin qiymətlə müəyyənləşdirilməsi bir də onunla çətinlə­şir ki, tələb təklifi və əksinə, təklif tələbi müəyyənləşdirir, bazar istehsalı, istehsal isə bazan müəyyənləşdirir. Bu tezis və dəlillərin, səbəb və nəticələrin yerdəyişmə prosesi iqtisad­çıları çətin vəziyyətə salır. Digər tərəfdən, iki bərabər gücə malik qüvvə əks istiqamətlərdə təsir göstərirlərsə, onlar biri- birini məhv edirlər (belə ki, tələb və təklif ödənilirsə, onlar hərəkətdən qalırlar) və bu şəraitdə baş verən hadisə bu iki qüvvənin təsiri ilə deyil, başqa bir şeylə izah olunmalıdır. Bir halda ki, tələb və təklif bir-birini məhv edir, onlar daha heç nəyi izah edə bilmir və biz nə üçün əmtəənin qiymətinin başqa miqdarda deyil, məhz bu AK və ya BM miqdarında pulla ifadə olunduğunu bilə bilmirik (şəkil 11.10). Əslində bazar iqtisadiyyatında tələb və təklif heç vaxt tam ödənilmir və əgər ödənilirsə də, yalnız təsadüfən.
Əmtəə istehsalının müəyyən mərhələsində əmtəələrin ha­mısı ümumi bir dəyər formasına, məhz dəyərin pul formasına malik olurlar. Qiymət əmtəə dəyərinin pulla ifadəsidir. Qiy­mətin kəmiyyətə görə dəyərin kəmiyyəti ilə üst-üstə düşməmə- sinin və ya qiymətin dəyərdən fərqli olmasının mümkünlüyü qiymətin formasının özündədir. Qiymətin forması nəinki dəyərlə qiymətin kəmiyyətcə fərqli olmaları ehtimalına yer qoyur, hətta özündə keyfiyyət ziddiyyətlərini də gizləyə bilir ki, nəticədə qiymət ümumiyyətlə dəyərin ifadəsi olmaqdan qalır (məsələn, namus, qeyrət, sifarişli qətllər müəyyən qiy­mətlə ifadə oluna bilirlər), halbuki pul əmtəənin dəyəridir.
K.Marksa görə, əmtəənin qiyməti onun dəyərinin kəmiy­yəti, nisbi dəyəri, dövriyyədə olan pul materialının miqda­rından, W bazar dəyərinin kəmiyyətindən asılıdır.
Bazar dəyərinin kəmiyyəti əmtəə istehsalı şərtlərilə deyil, onun təkrar istehsalı şərtlərilə, yəni onun təkrar istehsalı üçün lazım olan iş vaxtı ilə müəyyənləşir. Əmtəə istehsalçı­larının rəqabəti onları məcbur edir ki, əmtəələri daha aşağı dəyər kəmiyyəti ilə istehsal etsinlər.
Əmtəənin bazar dəyəri kəmiyyəti minimal fərdi dəyərdən bazarda təmsil olunmuş bütün əmtəə kütləsinin maksimal fərdi dəyərinə qədər sərhəddə dəyişə bilir. O özü-özündən yuxarı və ya aşağı ola bilməz.
Tələb bazarda əmtəə təklifindən xeyli yuxarı olarsa, onda bazar dəyərinin əsasında nisbətən pis şəraitdə istehsalın fərdi dəyəri dayana bilər. Qrafikdə (şəkil 11.12) bu orta də­yər kəmiyyəti W funksiyasının qiymətindən yuxan olan ba­zar dəyəri Wp funksiyasının bütün qiymətləridir. K.Marks bundan çıxış edərək əkinçilikdə bazar dəyərinin formalaş­ması xüsusiyyətlərini açıqlayır. Əmtəə təklifi tələbdən xeyli Beləliklə, A.Marşall nəzəriyyəsində tarazlıq qiymətinin formalaşmasının bütün variantları, tarazlıq qiymətinin bü­tün kəmiyyətləri bazar dəyərində təmsil oluna bilirlər.
Uzunmüddətli dövrü götürsək, tələb və təklif həmişə biri- birini ödəyirlər. Bu yolla bazar qiymətləri bazar dəyərinə yaxınlaşırlar. Əgər tələb və təklif bazar qiymətini müəyyən­ləşdirirlərsə, bazar dəyəri tələb və təklifi müəyyənləşdirir. Sahədə əmtəə dəyərinin kəmiyyətini formalaşdıran istehsalın maddi şəraitləri əmtəə təklifini şərtləndirirlər.
Maddi istehsalın bəzi mərhələlərində sahələrarası rəqabət mexanizmi vasitəsilə ictimai əməyin yenidən bölgüsü imkanı yaranır. Bu sahələrarası rəqabət və təbiilərdən başqa bütün inhisarların aradan qaldırılması, kredit münasibətlərinin inkişafı, fəhlələrin bir istehsal sahəsindən digərinə keçməsi­nə mane olan bütün qanunların ləğvi, fəhlənin öz əməyinin mahiyyətinə laqeydliyi, bütün istehsal sahələrində əməyin sadə əmək səviyyəsinə endirilməsi, maşınla istehsalın yüksək inkişafı, işçilərin bütün peşə zehniyyətlərindən azad olması nəticəsində baş verir.
Sahələrarası rəqabət nəticəsində istehsal qiyməti (bunu iqtisadçılar əvvəllər xərclərin qiyməti adlandırırdılar) for­malaşır. İstehsal qiymətinə istehsal xərcləri və orta mənfəət (başqa iqtisadçılarda normal mənfəət) daxildir. Bazar qiy­mətinin əsasında istehsal qiyməti dayana bilər. Qərb iqtisad­çılarının uzunmüddətli dövr şəraitində tarazlıq qiymətinin formalaşmasını əks etdirən qrafikləri məhz bu prosesi açıq­layır. Onlarda bildirilir ki, normadan artıq gəlir tarazlıqla bir araya sığmır.



Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin