MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


Bazar iqtisadiyyatı şəraitində qiymətlərin dövlət tənzimlənməsi



Yüklə 1,26 Mb.
səhifə58/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   54   55   56   57   58   59   60   61   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

9.4. Bazar iqtisadiyyatı şəraitində qiymətlərin dövlət tənzimlənməsi


Bazar mexanizmi özüköklənmə və özütənzimlənmə mexa­nizmi olmasına baxmayaraq, təkmil deyil. Bir çox hallar olur ki, cəmiyyət dövlətin timsalında bazarın fəaliyyətinə, o cüm­lədən qiymətin əmələ gəlməsi prosesinə qarışmalı olur.
Bazarın qiymət mexanizmi əmtəə və xidmətləri ödəmə imkanı olanların xeyrinə, yəni əhalinin alıcılıq qabiliyyətinə müvafiq olaraq bölüşdürür. Bu zaman əhalinin uşaqlar, qoca­lar, əlillər, işsizlər və bir çox başqaları kimi bir çox təbəqələ­rinin tələbat və maraqları diqqətdən kənarda qalır. Cəmiyyət gəliri aşağı olan şəxslərin ilkin tələbat nemətləri ilə təmin edilməsini qarşısına məqsəd qoyursa dövlət, necə deyərlər, «tavan qiymətinin», yəni maksimal mümkün olan qiyməti müəyyənləşdirir. Aydındır ki, belə ən yüksək hədd qiyməti bazarın tarazlıq qiymətindən aşağı olmalıdır, əks təqdirdə belə siyasət mənasız olacaq. Şəkil 11.13-də göstərilir ki, müəyyən edilmiş maksimum qiymət xətti bazar tarazlığı nöqtəsindən aşağıdan keçir.

Qiymətlərin azaldılması siyasəti, yuxarıda deyildiyi kimi, gəliri aşağı olan şəxslərin istehlak səviyyəsini yüksəltmək kimi xoş məqsəd güdür. Belə siyasət sovet hakimiyyəti tərəfindən aparılırdı. Təəssüf ki, bu zaman başqa, həmin bölgü modelini idealdan uzaqlaşdıran problemlər yaranır.
Şəkil 11.13-dən göründüyü kimi, qiymətlər aşağı düşəndə istehlakçılar daha çox məhsul almağa çalışır, istehsalçılar isə istehsalın və tək­lifin həcmini aşağı salmağa çalışırlar. Kəsirlə istehsal və ya sovet iqtisadiyyatına çox yaxşı tanış olan əmtəə və xidmətlə­rin qıtlığı yaranır. Qıtlıq şəraitində başqa, həm rəsmi, həm də qeyri-rəsmi, bölgü mexanizmləri işə düşür.
Birincilərə əhalinin hər nəfərinə istehlak normalarının müəyyənləşdirilməsi və müxtəlif növ kartoçkaların, talon və kuponların tətbiqi aiddir. Lakin belə bölgü növü də təkmil deyil, çünki talonların təkrar satışı və mübadiləsini istisna etmir. Qıt əmtəənin və ya nemətin birinci növbədə verildiyi üstün qrupun müəyyənləşdirilməsi də rəsmi mexanizmə aiddir. Bu bölgünün də problemin həllindən çox problem yaratdığını sübut etməyə ehtiyac yoxdur. Belə ki, sovet iqtisadiyyatında növbədə birincilərə əlillər, çoxuşaqlı ailələr, vərəm xəstəliyi­nə tutulanlar, görkəmli idmançılar, ali dövlət mükafatları ilə təltif olunanlar və s. aid idilər, özü də, növbə birinciliyi­nin özünün bir neçə dərəcəsi olduğundan (uşaqların sayı, xəstəlik, cəmiyyət qarşısında xidmətlər) onların öz araların­da növbə yaratmaq qeyri-mümkün idi.
Qeyri-rəsmi mexanizmlərə aid idilər:

  • mağazalarda növbələr: əmtəəni birinci tez gələn alır;

  • əmtəənin tanışlıqla alınması;

  • əmtəəyə artıq haqq ödənilməsi və qara bazarın yaranması.

Maksimal yol verilən qiymət siyasəti nə qədər qeyri-tək-
mil olsa da, müəyyən dərəcədə bazar qiymət mexanizminə əlavə kimi çıxış edir və ilkin tələbat mallarının qiymətlərinə nəzarət şəklində praktik olaraq bütün dövlətlərdə tətbiq olu­nur. Buna parlaq misal Yaponiya kimi yüksək inkişaf etmiş dövlətdə əsas ərzaq məhsulu olan düyünün qiymətinin tən­zimlənməsidir.
Dövlətin qiymət siyasəti yalnız maksimum yol verilən qiyməti deyil, həm də minimum yol verilən qiyməti müəy­yənləşdirə bilər. Bu halda istehlakçını deyil, istehsalçını dəs­təkləmək məqsədi güdülür. Söhbət birinci növbədə kənd təsərrüfatı məhsullarının istehsalçısından gedir, ölkə fer­merlərinin qiymətlə dəstəklənməsi siyasəti ABŞ, Avropa Şu­rası ölkələri və b. tərəfindən fəal aparılır. Bu kimi siyasətin məqsədi buğdaya, südə, ətə və s. bazarın tarazlıq qiymətin­dən yuxarı olan minimal qiyməti müəyyənləşdirməkdir (bax: şəkil 11.14).

Qiymətin belə qaldırılması fermerlərə məsrəflərini ödə­məyə, idxal məhsulları ilə rəqabətə dözməyə, müflis olma- mağa imkan verir. Bu kimi praktika, gec də olsa, 2002-ci ilin payızında dənli bitkilərin yüksək məhsuldarlığı nəticə­sində buğdanın qiyməti sürətlə düşəndə və nəticədə çoxsaylı kənd təsərrüfatı müəssisələri müflislik təhlükəsi qarşısında qaldıqda Rusiyada da tətbiq olunmuşdu. Dövlətin qarışması və minimal qiymətin müəyyənləşdirilməsi bu prosesi dayan­dırdı.
Maksimal qiymətlərdə olduğu kimi, minimal qiymətlər də bir sıra yeni problemlər doğurur. Şəkil 11.14-dən göründüyü kimi, artıq istehsal effekti və ya məhsul artıqlığı yaranır ki, bu da bazar mexanizmi vasitəsilə realizə oluna bilməz. Təsa­düfi deyil ki, ABŞ-da fermerlər üçün əlverişli qiymətin sax­lanılması şərtlərindən biri fermerlərin becərilən sahələri və buğda istehsalını azaltmasıdır. Artıq məhsul probleminin həlli üsullarına həmin artıq məhsulun dövlət tərəfindən alı­naraq dövlət ərzaq ehtiyatının yaradılması, artıq məhsulun ixrac olunması da aiddirlər. Çıxılmaz vəziyyətdə artıq məh­sulun bilavasitə məhv edilməsi də tətbiq olunur. Nəzərə almaq lazımdır ki, artıq məhsul yalnız bazar koordinatların­da belədir, çünki kasıblıq və səfalət, az yemə və bilavasitə aclıq problemi də var. Bu problemlər əhalidə tədiyə qabiliy­yətli tələb olmadığından məhz bazar yolu ilə həll oluna bil­məzlər. Deməli, bu problemlərin həlli qeyri-bazar yolları ilə aparılmalıdır.
Bazarın qiymət mexanizmi müxtəlif istehsal sahələri arasında resursların bölgüsü problemini də kifayət qədər sə­mərəli həll edə bilmir. Bazar resursları alıcıların haqqını ödəyərək almağa hazır olduğu əmtəə və xidmətlərin istehsa­lına yönəldir. Cəmiyyətin nöqteyi-nəzərində bu heç də həmi­şə səmərəli deyil. Belə ki, alıcıların bir qisminin bahalı restoranda nahara bir neçə yüz dollar xərcləməyə hazır olduğu halda çoxunun ümumiyyətlə heç naharı yoxdur. Hələ Bernar Şou iqtisadçı olmasa da, bazar mexanizminin bu cəhətinə diqqət yetirmiş və demişdir ki, uşaqlar üçün kifayət qədər süd istehsal olunmadığı halda resursları şampan isteh­salına yönəltmək əxlaqsızlıqdır.



Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin