MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə53/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   49   50   51   52   53   54   55   56   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Qiymətlərin sabit səviyyəsi vacibdir, çünki qiymətlərin ümumi səviyyəsinin ciddi artması və ya enməsi ümumilikdə iqtisadiyyatı qeyri-stabil edir, gərginlik yaradır, iqtisadi fəaliyyətdə müxtəlif cür çətinliklərə və qaçılması vacib olan inflyasiya və deflyasiyaya səbəb olur.

  • İqtisadi azadlıq o deməkdir ki, sahibkarlar, bazar iqti­sadiyyatının təsərrüfatçı subyektləri, Öz iqtisadi fəaliyyət­lərində yüksək səviyyədə sərbəstliyə malik olmalıdırlar.

  • Gəlirin ədalətli bölgüsü. Bazar iqtisadiyyatı nöqteyi- nəzərindən rəqabət mübarizəsi nəticəsində əldə olunan gəlir ədalətlidir. «Eyni kapitala - eyni gəlir» prinsipi meyl kimi çıxış edir. Bərabər bölgü yolverilməzdir. Eyni zamanda, sivil cəmiyyətdə əhalinin bir qismi cah-cəlal içində yaşadığı halda, digər qismi səfalət içində yaşamamalıdır.

  • İqtisadi təminatlılıq. Təəssüf ki, cəmiyyətdə xroniki xəstələr, yaşlılar, işləmək iqtidarında olmayanlar və s. kimi öhdədə olanlar mövcuddur. Dövlət büdcəsinin və müxtəlif sosial və xeyriyyə fondlarının vəsaitləri hesabına onlar nor­mal yaşayışla təmin edilməlidir.

  • Ticarət balansı ixrac və idxal arasında düşünülmüş nisbətinin və beynəlxalq maliyyə sazişlərinin balansının dəs­təklənməsini nəzərdə tutur.

    Siyahını (cəd. 8.3) digər məqsədlərlə, məsələn, ətraf mü­hitin mühafizəsinin yaxşılaşdırılması və s. ilə davam etmək olardı.

    • Sadalanan məqsədlərin təhlili bəzi məqsədlərin bir-birinə zidd ola biləcəyini və ya bir-birini qarşılıqlı istisna edə bilə­cəyini qeyd etməyə əsas verir. Məsələn, iqtisadi artım və tam məşğulluq qiymətlərin qalxmasına və inflyasiyanın baş verməsinə gətirib çıxara bilər. Bölgüdə bərabərliyi təmin etmək cəhdi yaradıcılıq, riskli əməklə məşğul olmağın əsas­larını və bununla da iqtisadi artımı zəiflədə bilər. Deməli, cəmiyyət müxtəlif dövrlərdə, ölkələrdə və regionlarda məqsədlərin həyata keçirilməsində üstünlüklər sistemini hazırlamaq məcburiyyətindədir. Böyük iqtisadi nailiyyətlə­rin konkret proqramlarının hazırlanması bu və ya digər dövlətin iqtisadi siyasətinin əsasında durur müdafiə məqsədləri. Bura firmanın maraqlarının rəqa­bətdən müdafiəsi, daha çox gəlirin, qazancın, əmək haqqının əldə olunmasının müdafiəsi daxildir;

    • müəyyən maliyyə uğurlarını, vəzifədə irəliləyişi, iş şə­raitinin yaxşılaşmasını nəzərdə tutan müsbət məqsədlər;

    • yekun nəticələrin firmanın yüksəlişini təmin edə bilə­cək hərəkətlərlə uyğunluğu;

    • ona etibarı artırmaq üçün ildən-ilə stabilliyin və ya rə­qabət şəraitində firmanın sabit vəziyyətini göstərən gəlir artımının nümayiş etdirilməsi;

    • yetərincə ixtisaslı işci qüvvəsi olan ayrı-ayrı firmalar üçün texniki tərəqqi.

    Beləliklə, C. Helbreyt istehsalın yeganə məqsədinin hamı üçün gəlirin maksimallaşması olduğunu bəyan edən neo- klassik nəzəriyyədən fərqli olaraq, firmaların həcmindən, nüfuzundan, quruluşundan və ixtisaslaşmasından asılı ola­raq müxtəlif məqsədlərinin mövcudluğunu mümkün hesab edir. Eyni zamanda o, iqtisadi artımı sivil cəmiyyətin başlıca məqsədi hesab edir.
    İqtisadiyyatda tənzimləyici qüvvə qismində iştirakdan savayı dövlət həmçinin müstəqil sahibkarlıq edən subyekt İqtisadiyyatda dövlət bölməsinin tarixi artımının muhum səbəbləri: müharibələr və milli müdafiə, makrodinamik pro­seslərin infrastruktur təminatı, əhali artımı, urbanizasiya, ətraf mühitin problemləri və eqalitarizmdir (bərabərlik).
    Dünya iqtisad elmində dövlət bölməsi anlayışı dövlət mülkiyyətinin özündən çox dövlətin istehsalda, bölgüdə, mü­badilədə və istehlakda iştirakı formalarının cəmi ilə bağlıdır. Bu anlamda həmin bölmə dövlətin ona əsaslanaraq öz funk­siyalarını yerinə yetirə biləcəyi bünövrə kimi çıxış edir. Bölgü sahəsində dövlətin tutduğu yer çox böyükdür, isteh­salda dövlətin müdaxiləsi minimal, mübadilədə isə sıfra bərabər olmalıdır.
    Bizim üçün ənənəvi anlamda dövlət bölməsi ilk növbədə
    dövlət müəssisələrinin məcmusudur.
    Son 30 - 40 il ərzində yeni - qarışıq xüsusi-dövlət müəs­sisə və şirkətlərin formalaşması baş verib. Çox vaxt dövlət sahibkar olmur, lakin ciddi nəzarəti həyata keçirir. Bu bol- mə «üçüncü*, yəni nə xüsusi, nə də dövlət bölməsi adını alıb.
    XX əsrin 70-ci illərinin əvvəli üçün iqtisadiyyatında döv­lətin hakim yer tutduğu ölkələrdə iqtisadiyyatın inkişaf strategiyasında çatışmazlıqlar üzə çıxdı. Dövlət şirkətləri­nin qeyri-qənaətbəxşliyi, dövlət institutlarının zəifliyi, dün­yada baş vermiş neft və valyuta böhranına görə gəlirlərin azalması, dövlət idarələrinin şişirdilmiş xərcləri, ziyana
    işləyən müəssisələrin maliyyələşdirilməsi, təhsil, səhiyyə və s. sahələrdə həyat əhəmiyyətli proqramların minimuma en­dirilməsi - butun bunlar bir sıra Afrika, Latın Amerikası,

    Yüklə 1,26 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   49   50   51   52   53   54   55   56   ...   166




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin