MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


Firma (müəssisə) ehtiyatların istehlakçısı və təchizatçısı kimi



Yüklə 1,26 Mb.
səhifə49/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   45   46   47   48   49   50   51   52   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

8.2. Firma (müəssisə) ehtiyatların istehlakçısı və təchizatçısı kimi
« Firma » müxtəlif iqtisadi inkişaf səviyyəli ölkələrdə ən geniş yayılmış və hamıya bəlli sözlər sırasına daxildir. O gündəlikdə fəaliyyətin nüfuzunu, etibarlılığını, keyfiyyətini xüsusi olaraq nəzərə çarpdırmaq lazım gələndə də istifadə olunur. İngilis dilinin özündə firm-bərk, etibarlı, inadlı və s. mənaları daşıyır. Bu səbəbdən, firm-firma və firm-etibarlı mənasında, görünür, yalnız omonim deyildir.
Firma (müəssisə) - istehsal amillərinin planlı kombi­nasiyası vasitəsi ilə əmtəə və xidmətlərin hazırlanması və reallaşdırılması yolu ilə şəxsi maraqlarını həyata keçirən təsərrüfat vahididir.
İqtisadi ədəbiyyatlarda tez-tez « firma » və « müəssisə» an­layışları eyni mənada işlədilir. Bununla yanaşı, bəzən onların arasında fərq qoyulur. «Firma» məfhumuna bir və ya bir neçə müəssisə daxil ola bilər. Müəssisə deyəndə isə adətən tək profilli, bir məhsul istehsal edən istehsal başa düşülür.
Müasir firmalar əsasən çoxprofilli istehsaldır. Bu cür is­tehsala istiqamətlənmə firmanı iqtisadi tənəzzül zamanı da­ha səbatlı edir. İstehsal olunan bir məhsula nəzərən əlverişsiz vəziyyət onun istehsalından əldə olunan gəliri azaldır. Lakin o başqa əmtəələrin verdikləri gəlirlərə toxunmaya bilər. Belə vəziyyətdə firma bir növ fəaliyyətin vurduğu itkini başqa əmtəə və xidmətlərin gəlirləri hesabına ödəyir.
Bir məhsulun istehsalına yönümlənmə həmçinin əmtəəyə ehtiyacın söndüyü üçün perspektivsiz ola bilər (məsələn, fir­ma sürətli elektrikləşmə dövründə ağ neft lampaları istehsal edir). Çoxprofilli firmada həyat tsiklinin müxtəlif səviyyə­lərində olan və müxtəlif kapital qoyuluşu tələb edən əmtəə­lərin uyğunlaşdırılınası baş verir. Firmanın kapitalının bir sıra sahələrə paylaşdırılması və çoxprofilli istehsalın yaradıl­ması kapitalın diversifikasiyası adını alıb.
Firmalar istehsal olunan məhsulun çeşidlərinə, kapital qoyulan sahələrə və s. görə fərqlənirlər. Amma bütün firma­ları iki əsas meyara görə təsnif edirlər: kapital qoyulan mül­kiyyətin forması və kapitalın təmərküzləşməsi dərəcəsi. Bu iki meyara əsasən sahibkarlıq fəaliyyətinin müxtəlif təşkilati- iqtisadi formaları ayrılır. Bura həm dövlət, həm də özəl (şəxsi, yoldaşlıqlar, səhmdar) müəssisələr daxildir. İstehsalın təmərküzləşmə dərəcəsinə görə xırda (100 nəfərə qədər), orta (500 nəfərə qədər) və iri (500 nəfərdən çox) müəssisələr olur.
Dövlət müəssisələrində istehsalın təşkilatçısı və təsisçisi kimi dövlət və ya bələdiyyə çıxış edir. Dövlət sahibkarlıq fəaliyyəti adətən iqtisadiyyatın ya çox yüksək ilkin kapital qoyuluşu tələb olunduğu, ya xərclərin ödənilməsi müddəti çox uzun olduğu (elmtutumlu istehsal), ya da cəmiyyət üçün zəruri məhsulun istehsalının ziyan gətirəcəyi qabaqcadan məlum olduğu sahələri əhatə edir.
Əgər avans edilmiş kapitala aid edilən gəlirin həcminə görə müqayisə etsək, adətən xüsusi təsərrüfata nisbətən dövlət müəssisələrinin səmərəliliyi daha azdır. Bu bağışla­nılmış firmalar rəqabəti tam hiss etmirlər: dövlət itkiləri ödəyərək onlara hamilik edir. Onlar öz təsərrüfat fəaliyyə­tində və əmtəəyə qiymət qoyulmada azad deyillər və tez-tez məhsulu maya dəyərinə satmaq məcburiyyətindədirlər.
Bu səbəbdən iqtisadiyyatda dövlət bölməsinin əsassız artı­mı iqtisadi inkişafın sürətinin azalması ilə nəticələnə bilər.
Xüsusi firmalar (müəssisələr) müxtəlif formalarda çıxış edirlər:

  • kapitalın sahibkarı bir nəfər olan şəxsi firmalar;

  • bir neçə şəxsin kapitalı birləşən birlik və ya ortaq şəriklilik;

  • hər birinin payı qiymətli kağız - səhm ilə təsdiqlənən səhmdarlar cəmiyyəti (şirkət).

Bazar iqtisadiyyatında xüsusi təşkilati-iqtisadi formada cəmiyyət və ya birliklərdən ibarət olun kooperativlər çıxış edirlər. Onların fəaliyyəti kooperativin üzvlərinə yardım göstərməyə yönəlib. Kredit, satış, istehlak, mənzil, istehsal kooperativləri məlumdur. Sonuncuları xalq müəssisələri ki­mi qiymətləndirmək olar. Bu təsərrüfatlarda kooperativin üzvləri adətən həm əmək sərf edənlər, həm də istehsal vasi­tələrinin sahibidirlər.
Müasir inkişaf etmiş bazar sistemində təsərrüfatın ən çox yayılmış forması səhmdar cəmiyyətidir ki, bu məfhum al­tında ümumi səhmdar kapitala pul ödəyən, sahibkar fəaliy­yətində ondan istifadə edən və birgə gəlir əldə edən və ya itki verən şəxslərin ittifaqı başa düşülür. Səhmdar cəmiy­yətlərində sahibkar və işci ayrı-ayrı subyektlərdir. geniş vüsət alıblar (məhdud məsu­liyyətli cəmiyyətlərdir, firmanın həmsahibkarları yalnız firmanın əmlakı həcmində öhdəliklərə cavabdehdirlər). Hal

  • hazırda ümumi milli məhsulun istehsalında şirkətlərin payı: ltaliyada-50%, ABŞ-da - 60%, Yaponiyada-70%-dir.

Buraxılan səhmlərin növündən, onların bazarda dövriyyə­sinin təşkilindən asılı olaraq açıq və qapalı səhmdar cə­miyyətləri mövcuddur.
Qapalı cəmiyyətlər və məhdud məsuliyyətli cəmiyyətlər

  • məzmununa görə bu iki məfhum eynidir. Onların səhmləri təsisçilər tərəfindən qabaqcadan səhmlərin mümkün sahiblə­ri arasında ilkin yazılma əsasında qapalı şəkildə yerləşdirilir. Cəmiyyətlər və səhmdarlar öhdəliklərinə görə məsuliyyəti yalnız ödədikləri kapital müqabilində daşıyırlar.

Açıq cəmiyyətlər (qeyri-məhdud məsuliyyətli cəmiyyət­lər) satışı və alışı qeyri-məhdud olan səhmlər buraxırlar. Cə­miyyətlər və səhmdarlar öhdəliklərə görə cəmiyyətin bütün əmlakı ilə məsuliyyət daşıyırlar (nizamnamə kapitalı, ehtiyat və sığorta fondları və s.). Səhmlərin və onların dövriyyə­sinin, həmçinin cəmiyyətlərin özlərinin müxtəlif növləri təsərrüfatın təşkilinin səhmdar formasını təsərrüfatçılığm müxtəlif şəraitlərinə yaxşı uyğunlaşan edir.
Sahibkarlığın əsas təşkilati-iqtisadi formalarının hər biri­nin müsbət və mənfi xüsusiyyətləri var ki, sahibkar fəaliy­yətinin formasını seçən zaman bunlar nəzərə alınmalıdır (cədvəl 8.2).
Hüquqi statusdan, iqtisadi müstəqilliyin dərəcəsindən, şirkətlər və bölmələr arasında qarşılıqlı əlaqələrdən asılı ola­raq konsern, konqlomerat və maliyyə qrupları mövcuddur.
Konsern maliyyə nəzarəti əsasında hüquqi müstəqil şir­kətlərin bir vahiddə birləşməsi nəticəsində əmələ gələn biz­nes təşkili formasıdır. Nəzarət imkanı konsernə daxil olan firmaların səhmlər paketinə sahibliklə müəyyən edilir. Fir­malar konserndə funksional əlamətlərinə görə birləşirlər. Konsernin quruluşu təxminən belədir: istehsal fəaliyyəti ilə məşğul olan firma (o adətən konsernin özülünü təşkil edir), investisiya şirkətləri, maliyyə, ticarət, nəqliyyat şirkətləri, xarici investisiyalar üzrə ixtisaslaşan şirkətlər və s. Kon- serndəki firmaların siyasəti baş şirkətin siyasətinə tabedir. Konserndə çox vaxt vahid nəzarət mərkəzi - ümumi strate­giyanı hazırlayan, şirkətlər qarşısında konkret vəzifələr qo­yan və onların yerinə yetirilməsinə ciddi nəzarət edən holdinq şirkəti formalaşır.
Bir sahibə məxsus hüquqi müstəqil şirkətlər qrupuna konqlomerat deyilir. Onlar bir-birindən asılı olmayan iqtisa­di siyasət yürüdürlər. Bu şirkətlərin seçilməsini sahibi, on­ların gəlirliliyi, sahənin perspektivliyi və həmçinin onun maliyyə imkanları müəyyənləşdirir. Biri-biri ilə nə iqtisadi, nə də hüquqi əlaqəsi olmayan firmaları birləşdirən konqlo­meratlar adətən davamsız olurlar və tez yaranıb, tez də yox olurlar.
Maliyyə qrupu iqtisadiyyatda xeyli mürəkkəb hadisədir. Maliyyə qrupuna daxil olan firmalar hüquqi və qismən iqti­sadi müstəqilliklərini saxlayırlar.

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin