Mövzu 8. Bazar iqtisadiyyatının əsas subyektləri 8.1. Ev təsərrüfatları və ailə bazar iqtisadiyyatının subyekti kimi 8.2. Firma (müəssisə) ehtiyatların istehlakçısı və təchizatçısı kimi 8.3. Müəssisənin təşkilati iqtisadi formaları 8.4. Təsərrüfat fəaliyyətinin əsas formaları: biznes, sahibkarlıq və kommersiya 8.5. İqtisadiyyatda dövlət bölməsi 8.1. Ev təsərrüfatları və ailə bazar iqtisadiyyatının subyekti kimi Müasir şəraitdə bazar sistemi təsərrüfatçılığı bir çox bazar subyektləri ilə səciyyələnir. Bunlara sahibkarlar; öz əməyini satan işçilər; sonuncu istehlakçılar; borc kapitalının sahibləri; qiymətli kağızların sahibləri; ticarətçilər; ev təsərrüfatları; dövlət və s. aiddirlər.
Bütün bunlar bazar təsərrüfatının mürəkkəb subyekt quruluşuna malik olmasına dəlalət edir.
Bazar təsərrüfatının subyekt strukturu — çoxsaylı subyektlər arasında onların məqsədlərini, bərabərhüquqlu, lakin qarşılıqlı razılaşdırılan iqtisadi maraqlarını, əmtəə və xidmətlərin hərəkəti ilə bağlı qarşılıqlı münasibətlərin təşkilinin xarakterini, formalarını əks etdirən münasibətlər sistemidir. Bazar iqtisadiyyatının subyekt strukturunun təhlilini bir qədər sadələşdirmək üçün iriləşdirilmiş bazar təsərrüfatı subyektinin əsas dörd ümumiləşdirilmiş qrupunu ayırmaq olar: ev təsərrüfatları, müəssisələr (firmalar), banklar və dövlət (bax şək.8.1). ■
Şəkildən göründüyü kimi bütün bazar subyektləri qarşılıqlı sıx əlaqəyə malikdirlər.
Ailə və ya ümumiləşdirilmiş şəkildə götürsək ev təsərrüfatı, bazar iqtisadiyyatında bir və ya bir neçə şəxsdən ibarət olan, müstəqil surətdə qərarlar qəbul edən, tələbatlarını maksimal ödəməyə çalışan və onlara müəyyən üstünlük verən, hər hansı bir istehsal amilinin sahibi olan (əsasən iş qüvvəsinin), “insan kapitalı”nın istehsalını və təkrar istehsalını təmin edən iqtisadi vahiddir. Ailə - həyat fəaliyyəti fərdin, ailənin və ümumilikdə cəmiyyətin sosial, iqtisadi və mənəvi tələbatını ödəməyə yönəldilmiş, bir qayda olaraq dərk edilmiş qohumluq əlaqələrinə və məişətin ümumiliyinə əsaslanan şüurlu təşkil olunmuş kiçik insan qruplarına deyilir. Hər bir cəmiyyətdə - qədimi, primitiv, inkişaf edən və ya inkişaf etmiş - ailə əmtəə və xidmətlərin istehsalı və bölgüsündə həmişə əsas qüvvə olub. Üzvlərinin xoş adının zə- manətçisi kimi ailə, xüsusilə uşaqların dünyaya gətirilməsi və onlara qulluq edilməsi və onların tərbiyə olunması, qida istehsalında, xəstəliklər və başqa təhlükələrdən qorunmasında vacibdir. Valideynlər hətta tez-tez uşaqlara və bir-birinə görə özlərini qurban verirdilər. Bu isə kişilərin və qadınların qəhrəman təbiətindən xəbər verir. Ailə əsrlərdən bəri kökündən dəyişib. Antropoloqların aşkar etdikləri ibtidai cəmiyyətdəki geniş qohumluq münasibətləri, əmiuşaqların bir-birini güclə tanıdığı müasir cəmiyyətin nuklear (valideynlər və uşaqlar) ailəsi ilə təzad təşkil edir. Qocaların tək və ya qocalar evində yaşadığı müasir cəmiyyətdə çox hallarda yaşlı valideynlərin qayğısına qalmaq və onlara qulluq etmək vəzifəsi yoxdur. Ailə iqtisadi təhlildə real həyata nəzərən daha az yer tutur. Görkəmli iqtisadçıların ailəni iqtisadi həyatın əsası adlandırmaqlarına baxmayaraq, nə A. Marşallın “İqtisadiyyatın prinsipləri” əsərində, nə C. Millin “Siyasi iqtisadın prinsipləri” əsərində, nə A. Smitin “Xalqların sərvəti" əsərində, nə də başqa bir böyük əsərdə ailənin fəaliyyətinə lazımi qədər diqqət yetirilməyib. Yalnız T.Maltusun doğum sayı, əhalinin gəliri, nigah yaşı arasındakı əlaqəyə toxunulan əhalinin artımı modeli istisna təşkil edir. T. Maltus əlverişli olmayan iqtisadi şəraitdə insanların gec evləndiklərini (və ya belə etməli olduqlarını) hesab edirdi. Amma bu vacib mülahizə uzun müddət iqtisadçıların diqqətindən kənarda qalmışdı. “Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi” (1884) əsəri ilə F.Engels ailənin yaranması və inkişafının tədqiq edilməsinə ciddi töhfə verdi. Bu gün ailəni ictimai quruluşun əsaslandığı özül hesab edirlər. İqtisadçıların son qırx ildə müntəzəm olaraq ailənin və onun üzvlərinin iqtisadi davranışını təhlil etmək cəhdlərinə baxmayaraq o ən az araşdırılan təsisatlardan biridir. Ailənin və ev təsərrüfatının tədqiq edilməsi zamanı onu ailə daxilində əmək və bazarda əmtəə də daxil olmaqla, resursları sərf edən, tələbatlarını ödəmək üçün nemətlər istehsal edən, müəyyən xərclər çəkən xüsusi “firma” kimi götürəcəyik. Real həyatda ev təsərrüfatını təkbaşına, təcrid olunmuş halda idarə edən, tək (subay) kişi və qadınlardan ibarət olan ailələr də mövcuddur. Ailə öz üzərində iqtisadi, hüquqi, ideoloji və əxlaqi münasibətlərin təsirini hiss edir. Ailə adətən nigahdan başlayır. Nigahlar demək olar ki, kişi və qadını bir-birinə qabaqcadan “təyin edən” və ya daha yaxşı imkanlar düşənə qədər onları subay saxlayan “bazarda” baş verir. Bütün cəmiyyətlərdə ailə quranlar eyni səviyyəli ailələrdən olmağa, dini etiqada, təhsil səviyyəsinə, boya, yaşa və başqa xüsusiyyətlərə görə Ailənin funksiyaları müxtəlifdir. Onlar cəmiyyətin fəaliyyətinin ən vacib sahələrinə toxunurlar və ümumilikdə orada baş verən sosial-iqtisadi prosesləri müəyyənləşdirirlər. Bazar iqtisadiyyatı şəraitində ailə insan kapitalının formalaşması və yığımında əsas rol oynayır. «İnsan kapitalı »nın formalaşmasının və fəaliyyətinin müxtəlif mərhələlərində ailənin funksiyaları qarşılıqlı əlaqəlidirlər. Məsələn: doğum funksiyasının aşağı düşməsi ailənin əmək potensialını azaldır, onun istehsal imkanlarını zəiflədir və tərbiyəvi rola mənfi təsir göstərə bilər. Bütün funksiyalar «insan kapitalı»nın yaradılması ilə bağlı yığım və məsrəflərin ödənilməsinə, sahibkar potensialının inkişafına yönəliblər şəkil 8.3).