7.3. Əmək-dəyər və son hədd faydalılığı nəzəriyyəsi Əgər « dəyər », « dəyərlilik » və « faydalılıq » kateqoriyaları əmtəə istehsalının daxili mahiyyətini xarakterizə edirsə, «tələb», «təklif» və «qiymət» bu mahiyyəti zahirən əks etdirir, bazarda meydana çıxır, həmin mahiyyətdən kəmiyyətcə kənarlaşa bilir, ona görə də onları dəyişmiş formalar kimi xarakterizə etmək olar. Məsələn, qiymət dəyərin dəyişmiş formasıdır, çünki dəyərdən yuxarı və ya aşağı ola bilir. İqtisadi subyekt (ayrılıqda götürülmüş istehsalçı), əgər xərclər nəticə ilə, yəni yaradılan nemətlərin faydalılığı ilə özlərini doğrultmasalar, onları həyata keçirməyəcək. İqtisadi dəyərlilik və dəyərin ikili tamlıq xüsusiyyəti nəzəri olaraq əmək - dəyər nəzəriyyəsi ilə son hədd faydalılığı nəzəriyyəsinin qarşıdurmasında ifadə olunmuşdur. Son hədd faydalılığı nəzəriyyəsi faydalılığın qədim tarixə malik olan və kökləri hələ Aristotelə, Ksenofonta, Sokrata gedib çıxan subyektivçilik nəzəriyyəsinin inkişafının ən yüksək həddidir. Sokrat deyirdi ki, «nemət faydalı olan şeydir». Aristotel isə subyektiv və mübadilə dəyərliliyini (özü üçün və mübadilə üçün səndəllərdən danışanda) fərqləndirəndə mübadilə dəyərliliyində ümumi məqamı faydalılıqda, tələbatda, ehtiyacda görürdü. Lakin artıq XIV əsrdə dəyərliliyin əsası fərdi tələbat deyil, aralarında mübadilə baş verə bilən şəxslərin məcmusunun tələbatı hesab edilirdi (Buridan, N.Orezm). Faydalılıq nəzəriyyəsi daha aydın izahını XVIII əsr iqtisadçıları E.B.de Kondilyak (1715-1780) və F.Qalianın (17281789) əsərlərində tapmışdır. Jan Batist Sey (1767-1832) də bu fikrin tərəfdarı idi. Q.Qossen (1854), U.Cevons (1871), K.Menger (1871), L.Valras (1871) demək olar ki, hər biri ayrılıqda faydalılıq nəzəriyyəsinin mahiyyətinin yeni tərifini vermişlər. Q.Qossen son hədd faydalılığı nəzəriyyəsinin banisi oldu. K.Menger, F.Vizer, E.Bern - Baverk «Avstriya məktəbi» adını almış təlimin əsasını qoydular, İqtisadi-riyazi cərəyanı bu təlimdə ingilis iqtisadçısı U.Cevons və İsveçrə iqtisadçısı L.Valras təmsil edirdilər. Məlumdur ki, son hədd faydalılığı (yəni tələbatın son həddini əmtəələrin verilmiş ehtiyatı ilə təmin edən nemətin faydalılığının son həddi) iki şərtdən asılıdır:
onların insanların rifahı üçün əhəmiyyəti;
onların miqdarı.
Lakin nemətin miqdarı yalnız təbiətlə deyil, həmçinin əməklə də müəyyən edilir. Bu səbəbdən də dəyərliliyi müəyyən edərkən əməyin miqdarını nəzərə almaq lazımdır. Buna görə də faydalılıq konsepsiyası ilə yanaşı A.Smit, D.Rikardo, D.R.Mak-Kullox və başqaları ilə təmsil olunan əmək-dəyər nəzəriyyəsi adlanan digər bir nəzəriyyə də inkişaf edirdi. Göstərirlər ki, əmək-dəyər nəzəriyyəsinin baniləri yalnız xərcləri, əmək məsrəflərini dəyər (dəyərlilik) hesab etmişlər, nemətin faydalılığını isə nəzərə almamışlar. Lakin bu belə deyil. A.Smit yazırdı ki, dəyər (value) sözünün iki müxtəlif mənası var. O bəzən hər hansı müəyyən bir cismin faydalılığını, bəzən isə göstərilən cismin əldə edilməsi ilə yaradılan digər nemətləri almaq qabiliyyətini əks etdirir. K.Marksın sonradan dəqiqləşdirdiyi kimi, alıcılıq qabiliyyətinin əsasında mücərrəd əmək durur. D.Rikardo etiraf edirdi ki, faydalılıq və nadirlik dəyərliliyin mənbəyi ola bilir və nemətləri bərpa olunan və bərpa olunmayanlara bölürdü. F.Engels «Siyasi iqtisadın tənqidinə dair cizgiləri* oçerkində dəyəri istehsal xərclərinin faydalılığa nisbəti kimi müəyyənləşdirirdi. Maraqlıdır ki, əmək-dəyər (dəyərlilik) nəzəriyyəsi və faydalılıq nəzəriyyəsinin qarşı-qarşıya qoyulması yalnız onların qarşılıqlı inkarını deyil, həm də dəyəri xərclərə, əmək məsrəfinə bərabər tutulmasının qarşılıqlı şərtlənməsini göstərirlər. Lakin bu nəzəriyyələrin qarşı-qarşıya qoyulması nəinki onların qarşılıqlı inkarını, həm də qarşılıqlı şərtlənməsini ifadə edir. İqtisadçıların çoxunun xərclər nəzəriyyəsi və ya faydalılıq nəzəriyyəsi tərəfdarı olmalarına baxmayaraq bu qarşılıqlı şərtlənməni dərk etmirdilər. Bununla belə, dəyərin təhlilinə xərclər anlayışından başlamaqla onlar əvvəl-axır faydalılıq anlayışına müraciət etməyə məcbur oldular və əksinə, faydalılıqdan başlayaraq xərclərə gəlib çıxırdılar. Onları az-çox birləşdirməyə təşəbbüslər göstərilmişdi (Bem- Baverk E. <■ Təsərrüfat nemətlərinin dəyərliliyinin əsas nəzəriyyələri*). Dəyərlilik və qiymətlər nəzəriyyəsinin müasir istiqamətini dəyərin yeganə mənbəyinin axtarışlarından uzaqlaşmağa cəhd göstərmiş və son hədd faydalılığı nəzəriyyəsini tələb və təklif, eləcə də istehsal xərcləri (məsrəflər) nəzəriyyəsi ilə birləşdirmiş məşhur ingilis iqtisadçısı A.Marşall vermişdir. Bununla da o, dəyərin iqtisadi nəzəriyyəsində substansiya təhlilindən funksional təhlilə dönüşü, yəni faydalılığm, tələb-təklifin, xərclərin və qiymətin qarşılıqlı təsirini eyni zamanda müəyyənləşdirməyi həyata keçirdi. A.Marşall dəfələrlə «dəyər* və «bazar dəyəri* məfhumlarını işlətsə də, dəyərin mövcudluğunu inkar edirdi. O, «Ekonomiksin prinsipləri» kitabında yazır ki, ən yaxşı iqtisadçı dəyər nəzəriyyəsini araşdırmaq iddiasında olan, hələ üstəlik bu araşdırmanın asan olduğunu hesab etməyə cürət edən deyil, sağlam düşüncəyə və praktik zehnə malik olan insan ola bilər. A.Marşall iqtisadçıların bu problemlə bağlı mübahisələrini araşdırmış və deyirdi ki, dəyərin faydalılıq, yaxud istehsal xərcləri ilə tənzim olunması ətrafında mübahisə aparmaq, kağız parçasını qayçının yuxarı və ya aşağı ülgücünün kəsməsi ətrafında mübahisə aparmaq kimi bir şeydir. Bununla da o qeyd edir ki, amillərin heç biri müəyyənedici deyil. Ümumi qayda ondan ibarətdir ki, baxılan dövr nə qədər qısa- dırsa, təhlildə tələbinDəyərin (dəyərliliyin) ikili təbiəti «ictimai dəyər (dəyərlilik)» və «bazar dəyəri (dəyərliliyi)» kateqoriyalarında təzahür edir. İctimai dəyər - dəyərin ictimai zəruri əmək məsrəflərinin funksiyası kimi ifadəsinin xüsusi keyfiyyət formasıdır, çünki əmtəənin istehsal şərtlərinin xüsusiyyətlərini və istehsal kateqoriyasını ifadə edir. İctimai dəyər sahədaxili rəqabət nəticəsində ictimai dəyərə bərabərləşən fərdi məsrəflərlə formalaşır və tənzim edilir. İctimai dəyərin formalaşması zamanı nəinki fərdi məsrəflərin səviyyəsi, eləcə də bu və ya digər şəraitdə əmtəə istehsalının həcmi də əhəmiyyət kəsb edir. Verilmiş şəraitdə nə qədər çox həcmdə əmtəə yaradılarsa, bu şəraitdə ictimai dəyərin müəyyən edilməsində bir o qədər çox rol oynayar. ictimai dəyərin funksiyaları hansılardır? Birincisi, o canlı əməyin məhsuldarlığının artırılmasının məcburi amilidir (stimuludur). İkincisi, ictimai dəyər istehsalın maddi resurslarının səmərəli istifadə edilməsi amilidir. ictimai dəyər kateqoriyası ilə yanaşı yalnız istehsal şərtləri ilə deyil, həm də bu bazarda satış şərtləri ilə müəyyən olunan bazar dəyərini də fərqləndirmək lazımdır ki, bu da faydalılığın subyektiv qiymətləndirilməsi ilə əlaqədardır. İctimai məsrəflər bazar dəyərində yeni xarakteristika, yəni bu məsrəflərin ictimai zəruri faydalılığı ilə tamamlanır. Əgər əmək məsrəfləri ictimai tələbatlara uyğundursa, onda istehsal edilmiş məhsullar ictimai zəruri faydalılığa malikdir. Bazar dəyəri ikili funksiya yerinə yetirir: birincisi, əməyin ictimai zəruri məsrəflərini (diqqət mərkəzində məsrəflər olmaqla ictimai dəyər), bazarda əmtəə təklifi şəklində təzahür edən istehsal olunmuş əmtəələrin kütləsini əks etdirir; ikincisi, əmək məsrəflərinin bazarda tələb şəklində çıxış edən ictimai tələbata müvafiqliyini üzə çıxarır.