MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


Mövzu 7. Bazarın sistem yaradan elementləri



Yüklə 1,26 Mb.
səhifə42/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   38   39   40   41   42   43   44   45   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Mövzu 7. Bazarın sistem yaradan elementləri


7.1. Əmtəə və onun xassələri
7.2. Dəyər, Dəyərlilik və faydalılıq
7.3. Əmək-dəyər və son hədd faydalılığı nəzəriyyəsi
7.4. Pulun mahiyyəti, konsepsiyaları və funksiyaları
7.5. Pul tədavülü qanunu. Pul sistemləri
7.1. Əmtəə və onun xassələri
Bazar (əmtəə) təsərrüfatı nəzəriyyəsinin əsas kateqoriyası əmtəədir ki, bundan öncə tarixi və məntiqi olaraq «nemət» kateqoriyası gəlmişdir.
Əgər nemət müəyyən müsbət məna daşıyan hər şey, yəni insanın bu və ya digər tələbatını ödəyən və maraqlarına, meyllərinə müvafiq olan cisim, hadisə, əmək məhsuludursa, onda əmtəə xüsusi iqtisadi nemətdir. Əmtəənin nemətdən fərqli olaraq xüsusiliyi ondadır ki, o sadəcə olaraq iqtisadi fəaliyyətin nəticəsi deyil (yəni iqtisadi nemət), alqı-satqı (Ə- P-Ə) yolu ilə mütləq mübadiləsi (Ə - Ə) üçün yaradılmışdır ki, burada Ə - əmtəə, P - puldur.
K. Menger deyirdi ki, iqtisadi nemət onun hərəkət qabiliy­yətindən, onu satış üçün təklif edən şəxslərdən, maddiliyin- dən, onun əmək məhsulu kimi xüsusiyyətindən asılı olmayaraq o mübadilə üçün nəzərdə tutulduğundan əmtəə olur Əmtəə - mübadilə üçün nəzərdə tutulmuş və insanın hər hansı tələbatını ödəyə bilən əmək məhsuludur.
Hər üç xüsusiyyət əmtəənin müəyyən edilməsində olduqca vacibdir. Nemət əmək məhsulu deyilsə, o əmtəə (meşədə yabam alma, hava və s.) olmur. Əgər nemət əmək məhsulu olmasına baxmayaraq hər hansı tələbatı Ödəmir və heç kimə lazım deyilsə, o əmtəə deyildir. Əgər nemət təsərrüfat daxilindən istehlak olunursa, yəni daxili istehlak üçün yaradılmışsa, o əmtəə deyildir (natural, şəxsi yardımçı və ev təsərrüfatında).
Verilmiş tərifdən belə çıxır ki, əmtəə özü-özlüyündə iki xüsusiyyətə malikdir:

  • insanın hər hansı tələbatını ödəmək qabiliyyətinə;

  • mübadiləyə yararlılığa.


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin