MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə39/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   35   36   37   38   39   40   41   42   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

6.3. Mülkiyyət nəzəriyyələri
Müxtəlif iqtisadi məktəblər mülkiyyəti və onun mahiy­yətini müxtəlif şəkildə müəyyənləşdirirlər. Marksist nəzəriyyəsinə əsasən, mülkiyyət iqtisadi kateqo­riya kimi istehsal, bölgü, mübadilə və istehlak prosesində istehsal vasitələrinin və onların köməkliyi ilə hazırlanan maddi nemətlərin mənimsənmə (özgəninkiləşdirmə) münasi­bətini ifadə edir.
Burada diqqət maddi nemətlərin subyektə mənsub olması faktını yalnız onun özünün deyil, digər subyektlərin də ta­nımalı olması üzərində cəmlənir, buna görə də bir ictimai münasibətlər kimi mülkiyyət hüququ yaranır.
Qərb iqtisadçıları mülkiyyətə yalnız insanın əşyaya mü­nasibəti kimi yanaşırlar. Həqiqətdə isə mülkiyyət münasi­bətlərinə mülkiyyətçinin əmlakı ilə real qarşılıqlı təsiri, əmlak üzərində sərəncamının olması və ondan istifadəsinin inikası kimi baxılır.
Marksist nəzəriyyəsinə əsasən mülkiyyət iqtisadi kateqo­riya kimi insanların iradəsindən və şüurundan asılı olmaya­raq mövcuddur. Hələ Solon (e.ə.594) və Klisfen (e.ə.509) qeyd edirdilər ki, qanunlar mülkiyyət münasibətlərini yarat­mırlar, onlar faktiki olaraq cəmiyyət daxilində formalaşmış münasibətləri təsbit edirlər. Ona görə də mülkiyyətin iqtisa­di və hüquqi kateqoriyaları fərqləndirilir. İqtisadi kateqoriya kimi mülkiyyət insanlar arasında mənimsəmə və özgənin­kiləşdirmə münasibətlərini ifadə edir. Hüquqi kateqoriya kimi mülkiyyət obyektiv formalaşmış mülkiyyət münasibətlə­rinin subyektiv şərhi, artıq təcrübədə formalaşmışların qanun­vericiliklə təsbit edilməsinə olan ictimai tələbatın təzahürüdür. Belə halda mülkiyyət özü hüquqdur. Əgər mülkiyyət hüqu­quna qanunla təsis edilmiş, bu və ya digər şəxsin hansı əş­yalardan istifadə edə biləcəyini və ya sərəncam verə biləcəyini müəyyən edən qayda, eləcə də bu cür istifadənin və ya sərəncam vermənin həyata keçməsini təmin edən şərtlər kimi yanaşsaq, mülkiyyət hüquqi kateqoriyadır.
Mülkiyyət münasibətləri obyektiv-subyektiv münasibət­lərdir ki, burada obyekt kimi istehsalın maddi şərtləri və in­san həyatı (istehsal vasitələri və işçi qüvvəsi), həmçinin istehsalın nəticələri (maddi nemətlər və xidmətlər), subyekt kimi isə insan, şirkət, assosiasiya, əmək kollektivi, dövlət nümayəndələri, dövlət aparatı işçiləri çıxış edirlər.
Mülkiyyət münasibətləri istehsal amillərinin və əmək məh­sullarının mənimsənmə, özgəninkiləşdirmə, istifadəetmə, sahiblik və sərəncamvermə proseslərini, istehsalın inkişafının strategiya və taktikasını, vəsaitlərin istifadə istiqamətlərini, əməyin və istehsalın təşkili formalarının seçimini, eləcə də onların üzərində nəzarəti ehtiva edir. Mülkiyyət iqtisadi ha­kimiyyətlə sıx bağlıdır. Əslində istehsalın idarə edilməsi mülkiyyətin funksiyası, onun mütləq tərəflərindən biridir. İstehsalı bir qayda olaraq istehsal vasitələrinin mülkiyyətçisi idarə edir. Mülkiyyət iqtisadi hakimiyyətin əsas element­lərindən biri (lakin yeganə deyil), onun mənbəyidir.
Mülkiyyətin ilk təriflərindən biri imperator Yustianın (V əsr) «Roma hüququ» kodeksində verilmişdir ki, mülkiyyətə burada əmlaka sahib olmaq, istifadə etmək və sərəncam vermək hüququ kimi baxılır.

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin