6.2. Mülkiyyət iqtisadi və hüquqi kateqoriya kimi Mülkiyyyətin əsas məğzini mənimsəmə təşkil edir. Mənimsəmə mülkiyyət obyektinin subyekt tərəfindən iqtisadi, zorakılıq və hüquqi yollarla digər subyektlərdən özgələşdir- məkdir. Mənimsəmə kateqoriyasını araşdırarkən əmək vasitəsilə, tədavül vasitəsilə həyata keçirilən mənimsəmə və bilavasitə istehsal prosesində icra edilən akt, istehsal anı kimi mənimsəmə növlərini göstərmək olar. Mənimsəmə və özgəninkiləşdirmənin tam forması olan mülkiyyətdən sahibliyi, istifadə etməni və sərəncam verməni fərqləndirmək lazımdır. Sahiblik - qeyri-tam, qismən mənimsəmədir. Sahib - istehsal vasitələrinin nümayəndəsidir. O, mülkiyyətçinin şəxs- ləndirilmiş nümayəndəsidir. Sahiblik mülkiyyətçi tərəfindən müəyyən edilmiş şərtlər daxilində fəaliyyət göstərən mülkiyyətdir. Məsələn, müddətliliyi, ödənilməni, geri qaytarılmanı, eləcə də gəlirin bir hissəsinin mənimsənilməsini şərtləndirən icarə və kredit. İstifadəetmə - təyinatından asılı olaraq əşyanın faktiki tətbiq edilməsidir. İstifadəetmə sahibliyin və mülkiyyətin reallaşma formasıdır. Əgər sahiblik mülkiyyətin funksiyası- dırsa, onda istifadəetməyə də sahibliyin funksiyası kimi baxmaq olar. Sərəncamvermə - Bu sahibkarın və ya digər şəxsin mülkiyyət obyektinin fəaliyyət göstərməsi barədə qərar qəbul etməsidir ki, bu da sahibin əmlakı mülkiyyətçinin icazə verdiyi hüdudlar daxilində istifadəyə verməsi hüququna əsaslanır. Bununla əlaqədar qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatında sahibkar mülkiyyətçi olmaya da bilər, lakin mütləq sahiblik, istifadəetmə və sərəncamvermə hüququna, yəni mülkiyyətin səlahiyyət üçlüyünə malik olmalıdır. Beləliklə, mülkiyyət bir tamdır, onun elementləri (tamın hissələri) isə sahiblik, istifadəetmə və sərəncamver- mədir. Elementlər arasında əlaqə bu cürdür: sərəncamvermə istifadəetmə ilə, istifadəetmə sahibliklə, sahiblik isə mülkiyyətin formaları ilə müəyyən edilir. Mülkiyyət hüququnun iqtisadi nəzəriyyəsinə əsasən resursun (istehsal vasitələri və ya iş qüvvəsi) özü deyil, resursdan istifadəyə verilən hüquq dəsti və ya payı mülkiyyətdir. Mülkiyyət hüququ nəzəriyyəsinin əsasını iki məşhur amerikalı iqtisadçılar - R.Kouz və A.Alçian qoymuşlar. Bu nəzəriyyənin sonrakı tədqiqatlarında Y.Barçel, Q.Bekker, D.Nort, N.S.Çenq, R.Pozner və digərləri iştirak etmişlər. Tam «hüquq dəsti» aşağıdakı 11 elementdən ibarətdir: sahiblik hüququ, yəni nemətlər üzərində müstəsna fiziki nəzarət hüququ;
xarici mühitə zərər yetirən üsulun istifadəsinin qadağan olunması;
cərimə şəklində olan məsuliyyət hüququ, yəni nemətin borc əvəzinə alınması;
qalıq səciyyəli hüquq, yəni pozulmuş səlahiyyətlərin bərpasını təmin edən prosedurların və institutların mövcud olma hüququ.
Mülkiyyət hüququ cəmiyyət tərəfindən icazə verilən (dövlət qanunları, ənənələr, adətlər, müdiriyyətin sərəncamı ilə və s.), insanlar arasında nemətlərin mövcudluğu ilə yaranan və onlardan istifadəyə aid olan davranış münasibətləri kimi başa düşülür. Mülkiyyət münasibətləri bu nəzəriyyədə resursların məhdudluğundan irəli gəlir: hər hansı nadirlik şərti olmadan mülkiyyətdən danışmaq mənasızdır. Buna görə də, mülkiyyət münasibətləri maddi və qeyri-maddi resurslara çatmaqdan istisnalar sistemidir. Əgər resurslara çatmağa istisnalar yoxdursa, onlar heç kimindir, heç kimə məxsus deyillər, yaxud da sərbəst çatma olduğu üçün hamıya məxsusdurlar. Bu