BİRİNCİ avropa oyunlarinda eşİTMƏYƏCİYİNİz səSLƏR



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
tarix24.01.2017
ölçüsü0,83 Mb.
#6294

BİRİNCİ AVROPA OYUNLARINDA 

EŞİTMƏYƏCİYİNİZ SƏSLƏR

AZƏRBAYCAN:

REPRESSİYA

OYUNLARI 


Birinci Avropa Oyunları

1

 2015-ci il, 12-28 iyunda, 



Azərbaycanın paytaxtı Bakıda keçiriləcəkdir. Çoxsaylı 

növlər üzrə idman tədbiri 640 milyon dollara tikilmiş yeni 

stadionda, 6000-dən çox idmançının iştirakı ilə keçiriləcək. 

Oyunlar, hökumətin Azərbaycanı mütərəqqi, siyasi cəhətdən sabit  

və güclənən iqtisadi qüvvə kimi təsviretmə kampaniyasına nəhəng təkan 

verəcəkdir. Azərbaycan prezidenti, İlham Əliyevin sözlərinə görə, Avropa 

Oyunlarına ev sahibliyi etmək, “Azərbaycana bir daha özünü bütün Avropaya 

güclü, inkişafda olan, müasir dövlət kimi təqdim etmək imkanı verəcəkdir”.

2

Amma, hökümətin təqdim etdiyi gələcəyə baxışlı və müasir ölkə imicinin 



arxasında hakimiyyətin tənqidini gübdəlik qaydada və getdikcə artan bir şəkildə 

repressiya ilə qarşılayan bir dövlət durur. Hökuməti tənqid etməyə cəsarətləri 

çatan jurnalistlər, siyasi fəallar və insan haqları müdafiəçiləri qondarma 

ittihamlar, ədalətsiz məhkəmələr və uzunmüddətli həbs cəzaları ilə üzləşirlər.

Son illərdə, Azərbaycan hakimiyyəti ölkə daxilindəki müstəqil səslərə 

qarşı, indiyədək görünməmiş səviyyədə təqiblər həyata keçirib. Onlar 

bunu elə sakit və tədricən edirlər ki, hərəkətlərinə cavabdehlik daşımadan 

bu hərəkətlərini davam etdirə biliblər. Amma bu hərəkətlərin nəticəsi 

tamamilə aydındır. Amnesty International 2015-ci ilin mart ayında ölkəyə 

son səfərində vətəndaş cəmiyyətinin demək olar ki, heç əlamətini görməyib 

– müxalif səsləri daim boğublar. 

Insan haqları fəalları və hökumət tənqidçiləri susdurulublar. Bəziləri dəmir 

barmaqlıqlar arxasındadır, digərləri ölkəni tərk ediblər və çoxları həbs  

və təzyiq qorxusundan sakit dayanıblar. Tənqidçi QHT-lərin ofisləri qapanıb 

və beynəlxalq insan haqları təşkilatları məcburən ölkəni tərk etməli olublar. 

Media da hökumət repressiyasının hədəfi olub. Medianın əksəriyyəti  

ya hökumətin mülkiyyətidir, ya da hökumətyönlüdür. Öz mətbuat və televiziya 

monopoliyasından istifadə edən hakimiyyət tənqidçilərinə qara yaxır. 

(Yuxarıda) Bakının mərkəzində Alov 

Qüllələri © Amnesty International

Ölkə Barədə Əsas Faktlar

Dövlət Başçısı: 

İlham Əliyev

Hökumət Başçısı: 

Artur Rasızadə

Əhali: 


9,583,200

Ərazi: 


86,600 km

2

 2 AZƏRBAYCAN: REPRESSİYA OYUNLARI  



Müxalif səsləri susdurmaq naminə hakimiyyət bir çox üsula 

əl atıb və bu üsulların məcmu təsiri müstəqil vətəndaş 

cəmiyyəti təşkilatlarının mövcud olmasını mümkünsuz edir. 

Bir çox illər ərzində yüzlərlə təşkilatın qeydiyyatı hakimiyyət tərəfindən 

səbəbsiz yerə rədd edilib. Son illər ərzində hökumət, yeni məhdudlaşdırıcı 

qanunlar və mürəkkəb hesabat tələblərindən istifadə edərək, hakimiyyəti  

hər hansı bir şəkildə tənqid edən təşkilatları bağlayıb, onların rəhbərlərini həbs 

və təqib edib. 2014-cü ilin may ayından, onlarca QHT-nin bank hesablarını 

dondurub, ofislərini reyd edib sənədlər və avadanlıqlarını müsadirə edən 

hakimiyyət, həmçinin QHT-lərin maliyyəsini və resurslarını hədəfə alıb. 

Bu sistematik repressiyanın nəticəsi olaraq, Sülh və Demokratiya İnstitutu, 

Hüquq Maarifçiliyi Cəmiyyəti, Reportyorların Azadlıq və Təhlükəsizlik 

İnstitutu (RATİ), Media Hüquqları İnstitutu və Demokratiya və İnsan 

Hüquqları Resurs Mərkəzi kimi insan haqları qruplarının əksəriyyəti  

ya bağlanıb, ya da öz fəaliyətlərini dayandırmağa məcbur olub. 

Təcrübəli insan haqları vəkili Əsabəli Mustafayevin rəhbərlik etdiyi 

Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi təsis edildiyi 2006-cı ildən 

etibarən Azərbaycanda siyasi təqibin və digər insan haqları pozuntularının 

qurbanlarına hüquqi təmsilçilik yardımı göstərir. Təşkilat Avropa İnsan 

Haqları Məhkəməsinə təxminən 200 məhkəmə işi təqdim edib və bu işlərin 

əksəriyyəti üzrə qərar hələ verilməsədə, 25-i uğurla nəticələnib.

19 May 2014-cü ildə, Baş Prokurorluq təşkilatı yeni təqdim edilmiş 

məhdudlaşdırıcı qanunlara uyğun olaraq qrantlarını bəyan etməməsini 

iddia edərək cərimələyib və bank hesabını dondurub. Əslində, qrantların 

hamısı qeydiyyatdan keçmək üçün qanunda nəzərdə tutulduğu kimi Ədliyyə 

Nazirliyinə təqdim edilmişdi. Lakin nazirlik heç bir izahat vermədən təqdim 

edilmiş qrantların bəziləri barədə guya bəyannamə almadığını iddia edib.

Nəticədə təşkilat fəaliyyətini tamamilə dayandırımağa məcbur olub.

Başqa QHT-lər eyni rəftarla üzləşiblər. Onlar bildirirlər ki, verdikləri qeydiyyat 

ərizələri və qrantlar üçün təqdim etdikləri bəyannamələrin qəbul edilməsi  

ya təsdiqlənmir və ya rədd edilir. Nəticədə, onlar ya vergidən yayınma  

və ya başqa cinayət əməllərində saxta iddialara qarşı müdafiəsiz qalırlar.

“Azərbaycanda vətəndaş 

cəmiyyəti tamamilə məhv 

edilib. İnsan haqları üzrə 

işləyən QHT-lər, təxminən 

20 təşkilat, bağlanıb. 

Onların bəzilərinin başçıları 

həbs ediliblər, bəziləri 

ölkədən qaçmağa məcbur 

olublar, bəziləri isə, 

bizim kimi sanksiyalara 

və dondurulmuş 

hesablara görə iflic 

vəziyyətindədirlər.”

Əsabəli Mustafayev, Demokratiya və İnsan 

Hüquqları Resurs Mərkəzi QHT-sinin rəhbəri

“İFLİC”


VƏTƏNDAŞ

CƏMİYYƏTİ 

www.baku2015.com



İlham Əliyevin Azərbaycan Milli gənclər Olimpiya komandası ilə görüşü zamanı çıxışı, 

1 Sentyabr 2014-cü il, burada əldə edilə bilər http://en.president.az/articles/12751

İYUN 2015 

EUR 55/1732/2015   3


26 Dekabr 2014-cü ildə, Baş Prokurorluğun 

rəsmiləri beynəlxalq media təşkilatı Azad 

Avropa Radiosu/Azadlıq Radiosunun Azərbaycan 

xidmətinin ofisinə reyd edərək büronu 

bağlayıblar. Rəsmilər sənədlər və avadanlıqları 

müsadirə ediblər. Müstəqil Avropa Radiosu/ 

Azadlıq Radiosunun 12 əməkdaşı hüquq-

mühafizə işçiləri tərəfindən saxlanılaraq 

dindiriliblər. Onlar yalnız məxfilik basrədə 

iltizamı imzaladıqdan sonra sərbəst buraxılıblar. 

Azadlıq Radiosu Azərbaycan xidməti xaricdən 

maliyyələşdirilməsi ilə bağlı istintaq işinin 

davam etdiyinə görə hələ də bağlıdır.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 2006-cı ildən 

Azərbaycanda media azadlıqlarının müdafiəsinin önündə olub. 

9 İyul 2014-cü ildə, Azərbaycan hakimiyyəti təşkilatın bank 

hesabını dondurub. 8 Avqust 2014-cü ildə, Baş Prokurorluğun 

rəsmiləri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun 

ofisinə reyd keçiriblər və sənədlərlə avadanlıqları müsadirə 

etdikdən sonra ofisi bağlayıblar. Bu zaman nə ofisin axtarışını 

və bağlanmasını əsaslandıran məhkəmə qərarı təqdim edilib, nə 

də ki reydin məqsədi izah edilib. Lakin, rəhbər Emin Hüseynov 

daxil olmaqla təşkilatın əməkdaşları rəsmilər tərəfindən QHT-nin 

fəaliyyəti və xərcləri barədə sorğu-sual ediliblər.

Emin Hüseynov vəzifə səlahiyyətlərini aşma, qanunsuz 

sahibkarlıq və vergi ödəməkdən yayınma cinayət əməllərində 

ittiham edilmişdir; demək olar ki, eyni ittihamlar son bir neçə 

ay ərzində həbs edilmiş digər QHT rəhbərlərinə qarşı da irəli 

sürülüb. 2014-cü ilin avqust ayında, Emin Hüseynov İsveçrənin 

Bakıdaki səfirliyinə sığınıb. Bu hesabatın yazıldığı vaxt o hələ 

də səfirlikdə idi və qorxurdu ki, səfirliyi tərk etsə, dərhal həbs 

ediləcək. Təşkilatın sədr müavini Günay İsmayılova daxil olmaqla, 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun digər 

əməkdaşlarının ölkədən kənara səfərlərinə qadağan qoyulub.

Emin Hüseynovun qardaşı, bloqer və tanınmış hökümət 

tənqidçisi Mehman Hüseynov Amnesty International-a deyib 

ki, hakimiyyət onu həm yazdığı bloqlara, həm də qardaşının 

fəaliyyətinə görə sistematik şəkildə təqib edir. Mehman 

Hüseynov, qardaşının İsveçrə səfirliyinə sığınmasından sonra, 

ozünün Baş Prokurorluğa çağırmasını və təhdid edilməsini 

təsvir edib. O deyib ki, rəsmilər Emin Hüseynovun özünü təslim 

etmədiyi halda onların analarını zorlamaqla təhdid ediblər. Polis 

onun şəxsiyyət sənədlərini 2012-ci ildə müsadirə etdikdən 

sonra Mehman Huseynovun ölkədən çıxması mümkün olmayıb. 

Hakimiyyətin hücumu altında olan başqa bir təşkilat, Media 

Hüquqları İnstitutu, 2002-ci ildən etibarən fəaliyyətlərinə görə 

hədəflənən 100-dən çox jurnalist üçün hüquqi yardım göstərib. 

Hökumətin təqib kampaniyasını nəticəsində, 2014-cü ilin 

avqust ayında, təşkilat fəaliyyətlərini dayandırmağa məcbur 

olub. Hakimiyyət QHT-nın və əməkdaşlarının mülkiyyətini və 

bank hesablarını dondurub, ofisinə reyd keçirib və təşkilata, 

qrantlarını bəyan etmədiyinə görə 53 min manat cərimə kəsib. 

Təşkilatın vəkilinin sözlərinə görə, Ədliyyə Nazirliyinin saytından 

çəkilən şəkillər qrantların vaxtında qeydiyyatdan keçdiyini 

göstərir. Lakin, bu məlumat istintaq zamanı saytdan yoxa çıxıb.

(Yuxarıda) Azad Avropa Radiosu/ 

Azadlıq Radiosu ofisin qapısı 2014-

cü ilin dekabr ayından möhürlüdür 

© Amnesty International

 4 AZƏRBAYCAN: REPRESSİYA OYUNLARI  



VİCDAN

MƏH


BUSLARI 

Amnesty International-ın malik olduğu 

məlumata görə Azərbayanda ən azı 20 

vicdan məhbusu vardır. Onlar hökumətə 

və hökumətin siyasətinə dinc şəkildə 

etiraz etdiklərinə görə və ya insan haqları 

pozuntularının qurbanlarına yardım etdiklərinə 

görə saxlanırlar. Onlar hazırda həbsdə iztirab 

çəkirlər və onları narkotik istifadəsindən 

tutmuş vergi ödəməkdən yayınma və 

vətənə xəyanətə kimi saxta ittihamlar üzrə 

mühakimələr gözləyir. Bu şəxslər dərhal 

və qeyd-şərtsiz azad edilməlidirlər. 

Vicdan məhbusları Leyla Yunus, Xədicə 

İsmayılova, Rəsul Cəfərov və İntiqam Əliyev 

kimi tanınmış vətəndaş cəmiyyəti liderlərinin 

bəziləri Bakı yaxınlığında yerləşən Kürdəxanı 

cəzaçəkmə müəssisəsində saxlanırlar.

Əbdul Əbilov 

bloqer, tənqidi Facebook səhifəsinin təsisçisi 

və NİDA vətəndaş hərəkatının üzvüdür. 27 May 

2014-ci ildə, ona beş il həbs cəzası verilib.

İntiqam Əliyev 

insan haqları vəkili və Hüquqi Təhsil 

Cəmiyyətinin rəhbəridir. 22 Aprel 2015-ci 

ildə ona yeddi il yarım həbs cəzası verilib.

Rəşadət Axundov 

NİDA vətəndaş cəmiyyətinin üzvüdür. 6 May 

2014-cü ildə ona səkkiz il həbs cəzası verilib.

Məmməd Əzizov 

NİDA vətəndaş cəmiyyətinin üzvüdür. 6 May 

2014-cü ildə ona yeddi il yarım həbs cəzası verilib.

Xədicə İsmayılova 

Azad Avropa Radiosu/ Azadlıq Radiosunun 

araşdırmaçı jurnalistidir. 5 Dekabr 

2014-cü ildən həbs olunub. 

Rəsul Cəfərov 

İnsan Hüquqları Klubunun prezidenti və Bakıda 

keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsi 

ərəfəsində həyata keçirilən “Hüquqlar üçün 

Oxu” kampaniyasının koordinatorudur. 16 Aprel 

2015-ci ildə ona altı il yarım həbs cəzası verilib. 

Rəşad Həsənov 

NİDA vətəndaş cəmiyyətinin üzvüdür. 6 May 

2014-cü ildə ona yeddi il yarım həbs cəzası verilib.

Elvin Kərimov 

bloqer və populyar Azad Söz Facebook 

səhifəsinin administratorudur. 18 Yanvar 

2014-cü ildən həbs olunub.

Fərəc Kərimov 

jurnalist və müxalif Müsavat partiyasında 

siyasi fəaldır. 6 May 2015-ci ildə ona 

altı il yarım həbs cəzası verilib. 

Sirac Kərimov 

Fərəc Kərimovun qardaşıdır və qardaşının 

siyasi fəaliyyətinə görə həbs edilib. 12 Mart 

2015-ci ildə ona altı il həbs cəzası verilib. 

Anar Məmmədli 

Azərbaycanda əsas sərbəst seçki müşahidə 

təşkilatı - Seçkilərin Monitorinqi və Demokratiyanın 

Tədrisi Mərkəzinin sədridir. 26 May 2014-cü 

ildə ona beş yarım il həbs cəzası verilib.

Hilal Məmmədov 

jurnalist və Azərbaycanın cənubunda yerləşən 

talış milli azlığının hüquqları üçün fəaliyyət 

göstərən kampaniyaçıdır. 23 Sentyabr 2013-

cü ildə ona beş il həbs cəzası verilib. 

Ilqar Məmmədov 

siyasi fəal və Respublikaçı Alternativ (REAL) 

siyasi hərəkatının sədridir. 26 May 2014-

cü ildə ona yeddi il həbs cəzası verilib.

Ömər Məmmədov 

bloqer və NİDA vətəndaş hərəkatının üzvüdür.  

4 iyul 2014-cü ildə ona beş il həbs cəzası verilib.

Rəşad Ramazanov 

bloqer və Facebook-da tanınmış hökümət 

tənqidçisidir. 13 noyabr 2013-cü ildə 

ona doqquz il həbs cəzası verilib. 

İlkin Rüstəmzadə 

NİDA vətəndaş hərəkatının üzvüdür. 6 May 

2014-cü ildə ona səkkiz il həbs cəzası verilib.

Yadıgar Sadıqov 

Müsavat partiyasının başqan 

müavinidir. 1 yanvar 2014-cü ildə 

ona altı il həbs cəzası verilib.

Tofiq Yaqublu 

Müsavat partisayının başqan müavinidir. 26 may 

2014-cü ildə ona beş il həbs cəzası verilib.

Leyla Yunus 

insan haqları müdafiəçisi və Sülh və 

Demokratiya İnstitutu QHT-sinin prezidentidir. 

30 iyul 2014-cü ildən həbs olunub.

Arif Yunus 

Sülh və Demokratiya İnstitutu üçün işləyirdi. Leyla 

Yunusun əri, insan haqları müdafiəçisi və tanınmış 

alimdir. 5 avqust 2014-cü ildən həbs olunub. 

Kürdəxanı cəzaçəkmə müəssisəsi © Şəxsi

İYUN 2015 

EUR 55/1732/2015   5


XƏDİCƏ İSMAYILOVA

“Mənim qızım bir araşdırmaçı 

jurnalist kimi əla iş görüb. 

Xədicənin dəfələrlə imkanı 

olmasına baxmayaraq, o heç 

zaman Azərbaycanı tərk etməyib. 

O, burada lazım idi və mən bunu 

bilirdim. İndi ona həbsdə zəng 

edəndə həmişə deyirəm ki, ruhunu 

yüksək saxlasın…ona görə ki, 

o həbs edilməklə yaxşı qurtarıb, 

çünkü onu öldürə də bilərdilər.” 

Elmira İsmayılova, Xədicənin anası 

Azad Avropa Radiosu/Azadlıq Radiosunun jurnalisti Xədicə 

İsmayılova tanınmış hökümət tənqidçisidir. O, bir neçə 

saxta ittihamlarla üzləşir. Bunların arasında özünü öldürmə 

həddinə çatdırma ittihamı da durur, halbuki bu işin qurbanı 

sonradan bildirib ki, şikayət ərizəsini ona məcburən 

yazdırıblar və onun intihar cəhdinin Xədicə İsmayılova 

ilə heç bir əlaqəsi yoxdur. Xədicə İsmayilovanı ona qarşı 

ittihamlar əsasında 12 ilədək həbs cəzası gözləyir.

Xədicə prezident İlham Əliyevin ailəsi və Bakıda gəlirli tikinti layihəsi arasında 

iddia edilən əlaqələri araşdırırdı. O tənqidi yazılarına görə davamlı təqiblərlə 

üzləşib. 2012-ci ildə, onu işini tərk etməyə məcbur etmək istəyən naməlum 

şəxslər Xədicəni öz evində gizlicə videoya çəkiblər. O fəaliyyətini dayandırmaqdan 

imtina etdikdə, onun intim video görünrüləri internetə yerləşdirilib. 

Video görüntülərin ətrafında yaranmış mənfi ictimai təbliğat onun və ailəsinin, 

xüsusilə də Xədicə İsmayılovanın 72 yaşlı anası, Elmira İsmayılovanın dərin 

narahtlığına səbəb olub. Hökümətyönlü mətbuat qızının “əxlaqsız həyat 

tərzi” üçün anasını günahlandırırdı və yerli mətbuat isə “Xədicənin Erməni 

Anası Ölməlidir” adlı məqalədə Elmira İsmayılovanın yaşadığı ünvanın 

detallarını paylaşmışdı. Xədicə İsmayılovanın qohumlarının erməni olması 

iddiasından, 1990-cı illərdə baş vemiş Dağlıq Qarabağ müharibəsindən 

sonra ermənilərə qarçı mövcud olan geniş dümənçilik hissinin mövcudluğu 

nəzərə alınaraq istifadə edilmişdi. Yerli mətbuat həmçinin Xədicənin 

bacısına hücum etmiş və onun “aradüzəldən” olduğunu iddia edərək, 

bacıların guya pornoqrafik filmlərdə iştirak etdiklərini iddia etmişdi. 

Amansız ictimai hücümlara baxmayaraq, Elmira İsmayilova 

Amnesty International-a bildirib ki, o qızının ədalət uğrunda 

mübarizəsini tamamilə dəstəkləyir və Xədicənin araşdırmaçı 

jurnalist olmaq qərarından heç zaman peşman olmayıb.

E

lm



ir

a I


sm

ay

lo



va © A

m

ne



st

y I


nt

er

na



ti

on

al



(Yuxarıda) Xədicə İsmayılova © Azad 

Avropa Radiosu/Azadlıq Radiosu

 6 AZƏRBAYCAN: REPRESSİYA OYUNLARI


LEYLA VƏ ARİF YUNUS

“Cənab Prezident, mənə deyə 

bilərsiniz niyə mənim anam 

qarşıdan gələn Oyunları tənqid 

etdikdən sonra həbsdədir? 

Siz nədən qorxursunuz, cənab 

Prezident? Siz niyə azadlıq 

əvəzinə repressiyanı seçmisiniz?” 

Dinara Yunus

Leyla Yunus Azərbaycanda tanınmış insan haqları 

müdafiəçisidir. 1995-ci ildən etibarən o və əri Arif Yunus, 

Sülh və Demokratiya İnstitutuna rəhbərlik ediblər. Həm 

Leyla, həm də Arif Yunus tarixçidirlər və onların insan 

haqları üzrə fəaliyyətləri minlərlə insan həyatına son 

qoymuş və kütləvi sayda məcburi köçkünün yaranması 

ilə nəticələnmiş Azərbaycan-Ermənistan münaqişəsinin 

sülh yolu ilə həllini tapmaq cəhdlərindən qaynaqlanır. 

Leyla Yunus həm də Azərbaycan hökumətinin repressiv 

daxili siyasətinin şiddətli tənqidçisi kimi ortaya çıxıb.

Leyla Yunus insan haqları sahəsində gördüyü işlər üçün Fransanın Fəxri Legion 

Ordeni və Almaniyanın Theodor Haecker mükafatı daxil olmaqla bir neçə 

nüfuzlu mükafat alıb. O, həmçinin nüfuzlu Saxarov Fikir Azadlığı mükafatının 

finalçıları arasında idi və 2015-ci il Nobel Sülh Mükafatına namizəd olmuşdu. 

O, ölkədə bərbad insan haqları şəraitinə görə Avropa Oyunlarının 

boykotuna çağırış etdikdən beş gün sonra, 30 iyul 2014-cü ildə həbs 

edilib. Bir neçə gün sonra, 5 avqustda Arif Yunus da həbs olunub.

Onların qızı, Dinara, sığınacaq aldıqdan sonra Hollandiyada yaşayır. 

Onların həbsindən bəri, o, valideyinlərini görməyib və onlarla danışmayıb. 

Dinaranı xüsusilə anasının sağlamlığı narahat edir. Leyla Yunus 

diabetdən və Hepatit C-dən əziyyət çəkir və ona xüsusi dərmanlar

habelə həbsxanada mövcud olmayan xüsusi pəhriz lazımdır.  

Bu hesabatın yazıldığı vaxt, Leyla və Arif Yunusa bir-biri ilə ünsiyyət etməyə 

icazə verilmirdi. Leyla Kürdəxanı cəzaçəkmə müəssisəsində saxlanılır və Arif isə 

Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasındadır. Onlar maliyyə dələduzluğu 

və dövlətə xəyanət kimi saxta ittihamlarla mühakimələrini gözləyirlər. 

D

in



ar

a Y


un

us © A


m

ne

st



y I

nt

er



na

ti

on



al

İYUN 2015 

EUR 55/1732/2015   7


 8 AZƏRBAYCAN: REPRESSİYA OYUNLARI  

“AMA ƏN ÇƏTİNİ 

ODUR Kİ, SƏN 

YAXINDA DEYİLSƏN. 

Leyla Yunusun ərinə yazdığı 26 avqust 

2014-cü il tarixli açıq məktubdan çıxarış. 

Leyla və Arif Yunusa bir-biri ilə ünsiyyətə 

icazə verilmir. Ona qovuşmaq ümidi ilə 

Leyla Arifə tez-tez açıq məktublar yazır. 

36 İLDİR Kİ, BİZ 

DEMƏK OLAR, 

HEÇ VAXT AYRI 

OLMAMIŞIQ.” 

İYUN 2015 

EUR 55/1732/2015   9



İNTİQAM ƏLIYEV

İnsan haqları vəkili İntiqam Əliyev insan haqları 

müdafiəçilərinin bütöv bir nəslini maarifləndirib 

və onilliklər ərzində Azərbaycanda siyasi 

motivli təqibin qurbanlarına kömək edib.

Qondarma dəlillər üzərində qurulmuş ədalətsiz məhkəmədən sonra, 

22 aprel 2015-ci ildə, o, yeddi il yarım müddətinə azadlıqdan məhrum 

edilib. O, Hüquq Maarifçiliyi Cəmiyyəti insan haqları QHT-sinin 

rəhbəri vəzifəsində vergidən yayınma, səlahiyyətlərindən sui-istifadə, 

qanunsuz sahibkarlıq və külli miqdarda mənimsəmədə təqsirli bilinib.

İntiqam Əliyev beynəlxalq insan haqları qurumlarını və beynəlxalq QHT-ləri 

siyasi motivlə həbs edilmiş şəxslərin siyahıları da daxil olmaqla, Azərbaycanda 

insan haqları pozuntuları barədə məlumatla təmin etməkdə mühüm rol 

oynayıb. Onun həbsi, Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il seçkiləri 

zamanı törədilmiş insan haqları pozuntuları ilə bağlı onun təqdim etdiyi işlər 

üzrə hökumətə müraciət etdikdən dərhal sonra həyata keçirilib. İnqtiqam 

Əliyevin həbsi və onun QHT-sinin bağlanması o deməkdir ki, insan haqları 

pozuntuları barəsində Azərbaycandan kənarda ədalət axtaran qurbanlara 

köməklik göstərən az sayda qalmış təşkilatlardan biri də qapadılıb.

İntiqam Əliyevin 19 yaşlı oğlu, Nəcmin Kamilsoy Amnesty International-a 

deyib ki, ailəsi onun həbsini gözləyirdi. Sumqayıt şəhərindəki evlərində 

atasının iş otağında o, atasının öz işinə görə qazandığı mükafatları 

qürurla bizə göstərdi. Onların arasında, onun cəsarətli və mükəmməl 

işinə görə verilmiş Saxarov Azadlıq Mükafatı da vardır. Mükafatı təqdim 

edən Norveç Helsinki Komitəsinin sözlərinə görə, İntiqam Əliyev bu 

mükafatı “Azərbaycanın siyasi məhbusları” adından alıb, ona görə ki, 

“onların sayı adbaad qeyd olunmaq üçün həddindən artıq çox olub”.

 “Biz bilirdik ki, onun gördüyü iş 

risklidir və digər insan haqları vəkilləri 

və jurnalistlərin həbsləri başlayanda  

biz bilirdik ki, o da növbədədir…  

o artıq həbsdə olarkən prokurorluq 

yeni iddialar uydurmağa və yeni 

ittihamlar irəli sürməyə başladı. 

Onlar saxta şahidləri gətirərək onları 

atama qarşı ifadə verməyə məcbur 

etdilər…Biz onun üçün darıxırıq və 

onun evə qayıtmağını istəyirik.”

Nəcmin Kamilsoy 2015-ci ilin mart ayında 

Amnesty International-la müsahibədə atası 

İntiqam Əliyev barədə danışarkən. 

 10 AZƏRBAYCAN: REPRESSİYA OYUNLARI



RƏSUL CƏFƏROV – HÜQUQLAR NAMİNƏ İDMAN

İntiqam Əliyevin həbsindən bir həftə əvvəl, başqa bir 

insan haqları müdafiəçisi, Rəsul Cəfərov, buna bənzər 

saxta ittihamlarla altı yarım il müddətinə azadlıqdan 

məhrum edilmişdir. 

Rəsul Cəfərov İnsan Hüquqları Klubunun təsisçisi və Azərbaycanın  

ev sahibliyi etdiyi 2012 Avroviziya Mahnı Müsabiqəsi ərəfəsində həyata 

keçirilən insan haqları kampaniyasının koordinatoru idi. Kampaniyanın  

adı “Hüquqlar üçün Oxu” idi və məqsədi Avroviziya Mahnı Müsabiqəsindən 

istifadə edərək, beynəlxalq diqqəti Azərbaycanda pisləşən insan haqlarının 

vəziyyətinə cəlb etməkdi. 

Belə görünür ki, Rəsul Cəfərova oxunan hökmünün motivi hakimiyyətin 

belə təcrübəli kampaniyaçının Avropa Oyunlarından platforma kimi istifadə 

edərək Azərbaycanda insan haqları pozuntularına diqqət cəlb etməsinə imkan 

verməməkdir. Onun həbsi, 2015-ci il iyun Oyunlarından əvvəl planlaşdırdığı 

“Hüquqlar Naminə İdman” kampaniyasını başlamasına imkan vermədi.

 “Siyasi həbslərə qarşı 

kampaniyada iştirak edən 

hər kəs ya 0həbs edilib ya 

da ki, ölkədən qaçmalı olub. 

Biz Rəsula görə qorxurduq, 

lakin o, inanırdı ki, əgər biz 

Azərbaycanda ədalət istəyiriksə, 

mübarizəyə davam etməliyik…”

Rəsul Cəfərovun qardaşı Sənan Cəfərov

Rəsul Cəfərov © Azad Avropa Radiosu / Azadlıq Radiosu

(Solda) Vəkil İntiqam Əliyev - Azərbaycanda insan 

haqları müdafiəçisi və vəkildir. O, başqa insan haqları 

fəalları ilə yanaşı, 2014-cü ildə ölkə boyunca keçirilən 

repressiya kampaniyasının əsnasında həbs edilib.

(Aşağı solda) Nəcmin Kamilsoy atası, İntiqam 

Əliyevin insan haqları fəaliyyəti üçün qazandığı 

mükafatlara baxır © Amnesty International

İYUN 2015 

EUR 55/1732/2015   11


SİYASİ FƏALLAR QISNANIR

Azərbaycanda fərqli düşüncə üzərinə 

hücum, ifadə azadlığının, siyasi 

fəallıq da daxil, bütün formalarını 

hədəfləyir. Yerli QHT-lərin verdiyi 

məlumata görə hazırda Azərbaycan 

həbsxanalarında siyasi motivli 

ittihamlarla cəza çəkən 80 nəfər var.

Cəsarətli siyasi fəallar və hökumət barəsində 

sosial media vasitəsilə tənqidi fikirləri yayanlar 

vaxtaşırı qısnanırlar və hakimyyət onları həbsxanaya 

salmaq üçün tez-tez narkotik maddələr və ya 

xuliqanlıqla bağlı ittihamlardan istifadə edir.

Müxalif Respublikaçı Alternativ (REAL) hərəkatı 

yaradıldığı 2008-ci ildən təqib və repressiyaların 

hədəfi olub. 2013-cü ildə hakimiyyət orqanları 

REAL hərəkatının lideri İlqar Məmmədovu 

qondarma ittihamlarla həbs ediblər. Təşkilatın şura 

üzvü Rəsul Cəfərov da (yuxarıda bax) həbs olunub.

REAL hərəkatının iki başqa tanınmış üzvü 

Natiq Cəfərli və Erkin Qədirli Amnesty 

International təşkilatına üzləşdikləri daimi 

təzyiq və qısnamalardan şikayətləniblər:

 “Hələlik həbsxanada olmayanlar 

hakimiyyət tərəfindən sistematik 

olaraq dindirilir və qısnanırlar.”

Natiq Cəfərli, REAL hərəkatının həmtəsisçisi

“Onlar gəlib bizi hər an həbs edə bilərlər, 

biz artıq bu hissiyyata alışmışıq.”

Erkin Qədirli, REAL hərəkatının həmtəsisçisi

Başqa siyasi partiyaların fəalları 

da eyni tərzdə hədəfləniblər.

Müxalif Müsavat Partiyası başqanının müavini 

Tofiq Yaqublu 2013-cü ilin 23-24 yanvarında 

Azərbaycanın şimalındakı İsmayıllı rayonunda 

antihökumət zorakılığını qızışdırdığına dair saxta 

itthamlarla məhkum edilib. Bu rayonda yerli 

icra başçısının qardaşı oğlunun yol dava-dalaşı 

zamanı yerli sakinə hücum etməsi barədə 

xəbər yerli mediada yaylıdıqdan sonra adamlar 

küçələrə çıxmışdılar. Tofiq Yaqublu İsmayıllı 

rayonuna gedərək oradakı vəziyyəti müşahidə 

etmək və bu barədə məlumat vermək istəyirdi. 

O beş il müddətinə azadlıqdan məhrum edilib.

“Mən hələ də həbsdəyəm, halbuki 

Avropadakı ən yüksək instansiya 

mənim ədalətsiz olaraq həbs 

edildiyimi deyib. Əgər hətta 

Avropadakı ən yüksək instansiya 

məhkəməsi də mənim təqsirsizliyim 

barədə qərar çıxarıbsa da, burada 

Azərbaycanda məni etmədiyim 

cinayətə görə etirafı imzalamadan  

və əvf istəmədən azad etməyəcəklər.”

Ilqar Məmmədovun Avropa İnsan Haqları 

Məhkəməsinin qərarına baxmayaraq həbsdə 

saxlanması barədə dediklərindən

(Yuxarıda) Natiq Cəfərli (solda) və Erkin 

Qədirli (sağda) © Amnesty International

(Ən sağda) Müsavatın Bakıdakı baş ofisində Fərəc 

(solda) və Sirac (sağda) Kərimovu təsvir edən 

plakat. Plakatda Azərbaycanca yazılıb: ‘Kərimov 

qardaşlarına azadlıq!’ © Amnesty International

(Sağda) Müsavatın Bakıdakı baş ofisində 

başqan müavini Tofiq Yaqublunu təsvir edən 

plakat. Plakatda Azərbaycanca yazılıb: ‘Tofiq 

Yaqubluya azadlıq!’ © Amnesty International

© D


em

ot

ix



 12 AZƏRBAYCAN: REPRESSİYA OYUNLARI  

AİLƏLƏRİN CƏZALANDIRILMASI

Hakimiyyət müxalif siyasi partiyalar 

üzərinə təzyiqləri artırmaq üçün təkcə 

aparıcı siyasi fiqurların özlərini deyil, 

həm də onların ailələrini və yaxınlarını 

hədəfləməyə əl atıb.

2014-cü il, iyulun 17-də polis Sirac Kərimovu 

həbs edib. Onun qardaşı, Müsavat Partiyasının 

fəalı Fərəc Kərimov hökumətin qızğın tənqidçisidir. 

Sirac Kərimov narkotik maddələrlə bağlı qondarma 

itthamlar və saxta dəlillərlə həbsdə saxlanıb. Belə 

görünür ki, onun həbsi qardaşının siyasi fəallığı ilə 

bağlıdır. Fərəc Kərimovun özü altı gün sonra buna 

bənzər ittihamalarla həbs edilib. Qardaşlar vəkillərinə 

deyiblər ki, saxlanma müddəti ərzində onlar işgəncəyə 

məruz qalıblar və Fərəc Kərimovun siyasi fəaliyyəti 

ilə bağlı dəfələrlə dindiriliblər. 2015-ci il mayın 6-da 

Sirac Kərimov 6 il müddətinə azadlıqdan məhrum 

edilib. Fərəc Kərimovun məhkəməsi bu hesabatın 

yazıldığı vaxt hələ başa çatmamışdı.

Bəzi fəallar xaricə qaça biliblər, lakin onların 

Azərbaycanda qalmış qohumları üçün qısnanma 

və repressiya hər an gözlənilən hədədir.

Yerli fəalların dediyinə görə, polislər xaricdə 

Azərbaycan hökumətinə qarşı keçirilən etiraz 

aksiyalarında iştirak edənlərin evlərinə gəlir, 

onların ailə üzvlərini sorğu-sual edirlər. Məşhur 

müxalifət blogeri Tural Sadıqlı yazdığı bloqlara 

görə həbs olunacağı ilə hədələndirkdən sonra, 

2014-cü ilin fevralında Azərbaycandan qaçıb.  

O ölkəni tərk etməzdən əvvəl onun bloger 

həmkarı Elvin Kərimov (vicdan məhbusu) 

qondarma narkotik ittihamları ilə həbs olunub.

Tural Sadıqlı 2015-ci il, yanvarın 21-də 

Azərbaycan prezidentinin Almaniyaya səfəri 

zamanı Federal Kanslerin ofisi yaxınlığında 

keçirilən etiraz aksiyasında iştirak etmişdi. 

Bundan bir neçə həftə sonra, 2015-ci il, fevralın 

13-də Azərbaycan polisi Tural Sadıqlının qardaşı 

Elgiz Sadıqlını narkotiklərlə bağlı ittihamla həbs 

edib. Bunun ertəsi günü onun atası Əlövsət 

Sadıqlı polis məntəqəsində oğluna baş çəkmək 

üçün gedərkən polisə müqavimət göstərmək 

ittihamı ilə həbs edilib. Əlövsət Sadıqlı elə həmin 

gün, ilkin məhkəmə dinləməsinin ardınca azad 

olunub. Lakin Elgiz Sadıqlı məhkəməyə qədər 

2 ay müddətinə azadlıqdan məhrum edilib. 

Beynəlxalq icmadan gələn etirazlardan sonra onun 

barəsində qətimkan tədbiri ev məhbusluğu ilə 

əvəz edilib. Əgər təqsirli bilinərsə, Elgiz Sadıqlı 12 

il müddətinə azadlıqdan məhrum edilə bilər.

“Polis xaricdə etiraz aksiyaları təşkil 

edən Turalı cəzalandırmaq üçün 

kiçik oğlumun cibinə narkotik maddə 

ataraq onu həbs edib. O hazırda 

ev dustağıdır. Bununla belə, onun 

üzərindəki ittihamları saxlayıblar 

ki, bizə onun hər an həbsxanaya 

salına biləcəyini xatırlatsınlar.”

Mühacirətdə yaşayan fəal və bloger 

Tural Sadıqlının atası Əlövsət Sadıqlı

İYUN 2015 

EUR 55/1732/2015   13


Azərbaycan gənc fəallar üçün qorxulu 

yerdir. Hökumət siyasətlərinin 

Facebook-da tənqidi və ya onlardan 

narazılıq ifadə etmək cəsarətinin 

ciddi nəticələri ola bilər. 

NİDA hərəkatı Azərbaycanda təxminən 350 üzvü 

ilə daha böyük demokratiya üçün kampaniya 

aparan gənclər təşkilatıdır. Hakimiyyətin 

NİDA ilə rəftarı hər hansı səviyyədə narazılıq 

ifadəsinə cəsarət edənlərin Azərbaycan 

hökumətindən nə gözləməli olduqlarını göstərir. 

NİDA-nın on fəalı – Əbdül Əbilov, Rəşadət 

Axundov, Məmməd Əzizov, Bəxtiyar Quliyev, Zaur 

Qurbanlı, Rəşad Həsənov, Üzeyir Məmmədli, 

Ömər Məmmədov, Şahin Novruzlu və İlkin 

Rüstəmzadə 2013-cü ilin martı ilə 2014-cü ilin 

yanvarı arasında partladıcılar saxlamaq  

və ictimai asayişi pozmaq niyyəti daxil olmaqla, 

müxtəlif ittihamlar ilə saxlanmış və sonradan 

6 və 8 il arasında həbsxana cəzasına məhkum 

edilmişlər. Amnesty International inanır ki, onlara 

qarşı ittihamlar əsassızdır və onların həbsinin 

real səbəbi hökuməti tənqid etmələri və dinc 

nümayişlərə çağıran internet fəaliyyətləridir.

Yerli və beynəlxalq insan haqları təşkilatlarının 

aylarla davam edən kampaniyası nəticəsində 

iki fəal – Zaur Qurbanlı və Üzeyir Məmmədli 

2014-cü il, dekabrın 29-da, Şahin Novruzlu və 

Bəxtiyar Quliyev isə 2014-cü ilin 18 oktyabrında 

azad edilmişlər. Onların dördünə də prezident 

əfvi verilmişdir. Lakin 6 NİDA üzvü ifadə və 

təşkilatlanma azadlıqlarından dinc istifadəyə 

görə hələ də dəmir barmaqlıqlar arxasındadır 

və vicdan məhbusu olaraq qalır.

Həbs edilmiş bəzi NİDA fəalları 

onlardan ifadələrin alınması üçün 

işgəncəyə və pis rəftarın başqa 

formalarına məruz qoyulmuşlar. 

Şahin Novruzlu dindirilərkən 17 yaşı 

var idi. Azərbaycan qanunlarının 

ziddinə olaraq dindirilmə zamanı 

onun qanuni hamisi orada iştirak 

etmirdi. Həbsindən - ilk dəfə məhkəmə 

qarşısına çıxarılmasınadək dövlət 

nəzarətində olduğu vaxtda, o dörd 

qabaq dişini itirmişdi. Məmməd Əzizov 

həbsdə olarkən döyüldüyünə görə 

bir qulağının eşitmə qabiliyyətindən 

məhrum olmuşdu. Onların hər ikisi 

işgəncəyə məruz qaldıqlarına dair şikayət versələr 

də, bu məsələ heç vaxt lazımınca araşdırılmayıb

Həbsxanada olmayan NİDA üzvləri hakimiyyət 

tərəfindən daimi qısnanmaya məruz qalırlar. 

Yerli polis guya “sadəcə olaraq adamların 

qeydiyyatı” məqsədilə məxsusi olaraq seçmədən 

yoxlamaya gəldiklərini söyləyərək müntəzəm 

olaraq NİDA üzvlərinin evlərinə baş çəkirlər. 

“Repressiyalar başlanandan Azərbaycanın vətəndaş 

cəmiyyətinin kökü kəsilib və müdafiəsiz insanları 

ədalətsizlikdən qoruyacaq kimsə qalmayıb”. 

Keçmiş vicdan məhbusu və NİDA üzvü Zaur 

Qurbanlı


“Terror hökm sürür – hamı qorxu içindədir…

NİDA üzərinə hücum başqa fəallara 

xəbərdarlıqdır – yəni hökumət hətta təhsilli 

və ziyalı gənclərdən ibarət NİDA-nı sındıra 

bilirsə, o, danışmağa cəsarət edən hər bir 

kəsə hər bir şey edə bilər”.

Turqut Qəmbər, NIDA-nın şura üzvü

(Yuxarıda) 2014-cü ilin may ayında, Azərbaycan 

Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik 

etməyə  hazırlaşarkən Amnesty İnternational-

ın fəalları Avstriyanın Vyana şəhərində insan 

haqları pozuntularına qarşı etiraz aksiyasında 

(Solda) NİDA üzvləri və keçmiş vicdan 

məhbusları Şahin Novruzlu, Zaur Qurbanlı və 

Üzeyir Məmmədli © Amnesty Internatonal

FƏALLARI HƏDƏLƏNİR

SOSİAL MEDİA 

 14 AZƏRBAYCAN: REPRESSİYA OYUNLARI  



İnsan haqları müdafiəçiləri üzərinə 

hücum Azərbaycanı demək olar, 

müstəqil səssiz qoymuşdur.  

2014-cü ilin iyulundan başlayaraq bir neçə 

həftə ərzində aparılan geniş həbs kampaniyası 

Azərbaycanın bir sıra ən fəal müstəqil QHT-

lərinin liderlərinin dəmir barmaqlıqlar arxasına 

salınması ilə nəticələnmişdir. Bu isə təkcə 

təməl azadlıqları məhdudlaşdırmamış, həm 

də beynəlxalq icma ilə müstəqil informasiya 

kanallarını kəsmiş və insan haqları pozulanları 

köməksiz qoymuşdur. Hədəflənən insanlar 

beynəlxalq təşkilatlara ölkədəki insan haqları 

barədə qiymətli məlumatlar verirdilər. 

Azərbaycanda insan haqlarının vəziyyəti dəhşətlidir 

və pisləşməkdədir: ifadə, təşkilatlanma və sərbəst 

toplaşma azadlıqları sistematik olaraq sıxışdırılır 

və buna qarşı səsini ucaldanlar dəmir barmaqlıqlar 

arxasına atılmaq kimi real risklə üzləşirlər. Ölkədə 

təməl insan haqları üzərinə daha çox hücumların 

qarşısının alınması üçün beynəlxalq birlikdən təcili 

olaraq müvafiq reaksiyaya ehtiyac vardır. 

Avropa Oyunlarının 2015-ci ilin iyununda 

Azərbaycanda keçirilməsi bu ölkədə insan 

haqlarının pozulması üzərinə işıq salmağa nadir 

imkan verir. Avropa Oyunları kimi beynəlxalq 

idman tədbirləri bir qayda olaraq ev sahibi olan 

ökələrdə və daha geniş dünyada buraxdıqları 

irslə öyünür. İndidən tədbir görülməlidir ki,  

bu Oyunların irsi hər şeydən əvvəl repressiya  

və insan haqları pozuntuları olmasın.

Jurnalistlər, xəbər qurumları, media təşkilatları, 

insan haqları qrupları və başqa vətəndaş 

cəmiyyəti nümayəndələrinin üzərinə hücumların 

yolverilməzliyi şəksizdir. Bu hücumlar Olimpiya 

Xartiyasının insan haqları prinsipləri ilə bir araya 

sığmır. Bu prinsiplər eyni zamanda mətbuat 

azadlığı və insan ləyaqəti baxımından Avropa 

Oyunlarına da şamil edilir.

Birinci Avropa Oyunlarının ev sahibliyinə 

Azərbaycanı layiq görmüş Avropa Olimpiya 

Komitəsi (AOK) Olimpiya Xartiyasının prinsipləri 

və ev sahibi olan ölkənin bu prinsiplərə əməl 

etməsi üçün məsuliyyət daşıyır. 

“Olimpizmin məqsədi idmanın insan 

ləyaqətinin qorunmasından narahat dinc 

cəmiyyətin təbliği üçün bəşəriyyətin ahəngli 

inkişafının xidmətinə verilməsidir”.

Olimpiya Xartiyasının ikinci təməl prinsipi

Beynəlxalq Olimpiya Komitəsinin 

(BOK) rolu “Olimpiya Oyunlarından ev 

sahibliyi edən şəhər və ölkələrdə müsbət 

irsin qalmasını təbliğ etməkdir”.

Olimpiya Xartiyasının 2.14 Maddəsi

‘BOK Olimpiya Oyunlarının müxtəlif 

media tərəfindən ən tam şəkildə ən 

geniş auditoriya üçün işıqlandırılması 

üçün bütün zəruri addımları atır’.

Olimpiya Xartiyasının 48.1 Maddəsi

Tənqidi səslər və mətbuat azadlığı üzərinə 

haqqında bu hesabatda söhbət gedən hücum 

AOK üçün ciddi narahatlıq yaratmalıdır. Oyunların 

keçirildiyi şərait, təkcə Olimpiya hərəkatının 

prinsipləri baxımından deyil, həm də ev sahibliyi 

verən AOK kimi təşkilatların istər hakmiyyətə, 

istərsə də vətəndaş cəmiyyətinə göndərmiş 

olduğu mesajlar baxımından çox mühümdür.

(Yuxarıda) Avropa Oyunlarından qabaq 

Bakıdaki çoxsaylı tikinti layihələrinin 

biri © Amnesty International

AVROPA OYUNLARININ 

BURAXDIĞI İRS

İYUN 2015 

EUR 55/1732/2015   15



Amnesty International hamı üçün insan haqlarının təmin olunacağı faydalanan 

bir dünya uğrunda kampanıya aparan 7 milyondan artıq insandan ibarət qlobal 

hərəkatdır.

Bizim dünyagörüşümüz İnsan Haqlarının Ümumi Bəyannaməsində və digər beynəlxalq 

insan haqları standartlarında əks olunmuş hüquqlardan hər bir şəxsə pay düşməsini 

ehtiva edir.

Biz  hər  hansı  hökümətdən,  siyasi  ideologiyadan,  iqtisadi  maraq  və  dindən 

müstəqillik və əsas etibarilə üzvlüyümüz və ictimai ianələr hesabına maliyyələşirik.

Amnesty International, International Secretariat, Peter Benenson 

House, 1 Easton Street, London WC1X 0DW, United Kingdom

İndeks: EUR 55/1732/2015 

AMNESTY.ORG

(ARXA qABIğI ŞƏKLİ) 

Dünyada ən yüksək bayraq 

dirəklərindən biri Bakının 

Milli Bayraq Meydanında 

© Amnesty International

 

(Üz qABIğI ŞƏKLİ) Yenicə 



tikilmiş Bakı Olimpiya Stadionu 

Avropa Oyunlarına ev sahibliyi 

edəcək © Amnesty International

AMNESTY INTERNATIONAL TƏŞKİLATININ 

TÖVSİYƏLƏRİ

AZƏRBAYCAN HÖKUMƏTİ ÖZÜNÜN İNSAN HAQLARI 

ÖHDƏLİKLƏRİNƏ ƏMƏL ETMƏLİDİR:

 Bütün vicdan məhbusları dərhal və qeyd-şərtsiz azad olunmalıdır;

 Siyasi fəalların, jurnalistlərin, insan haqları müdafiəçiləri də daxil, 

vətəndaş cəmiyyətinin qısnanması və təqibi dayandırılmalıdır;

 QHT-lərin üzləşdikləri ifrat hüquqi məhdudiyyətlər və inzibati əngəllər 

ləğv olunmalıdır;

 İfadələrin qopardılması üçün işgəncələrdən və pis rəftarın başqa növlərindən 

istifadə dayandırılmaslı və belə hərəkətlər pislənməlidir;

 Fəallara qarşı qondarma ittihamların irəli sürülməsi məqsədilə sübutları 

saxtalaşdıran, habelə işgəncə və pis rəftarın başqa formalarından istifadə 

edən rəsmilər təhqiq olunmalı və onların ədalət qarşısına çıxarılması təmin 

edilməlidir.

AMNESTY INTERNATIONAL AZƏRBAYCANIN BEYNƏLXALQ 

PARTNYORLARI OLAN XARİCİ HÖKUMƏTLƏRİ  

VƏ HÖKUMƏTLƏRARASI TƏŞKİLATLARI:

 Azərbaycan hökumətini bütün vicdan məhbuslarını dərhal və qeyd-şərtsiz azad 

etməyə, ifadə, təşkilatlanma və toplaşma azadlıqlarına hörmət göstərməyə; 

 Azərbaycanda insan haqları pozuntuları ilə bağlı narahatlıqlar məsələsini 

ikitərəfli və çoxtərəfli forumlarda qaldırmaq üçün hər bir imkandan istifadə 

etməyə, ölkədə insan haqlarının vəziyyətini monitorinq etməyə və faktlar 

barədə hesabatlar verməyə çağırır. 

AMNESTY INTERNATIONAL AVROPA OLİMPİYA KOMİTƏSİNİ 

VƏ AVROPA MİLLİ OLİMPİYA KOMİTƏLƏRİNİ AŞAĞIDAKILARI 

ETMƏYƏ ÇAĞIRIR:

 Ev sahibliyi edən ölkələrdə pozitiv irs buraxılmasına sədaqət nümayiş 

etdirmək məqsədilə Azərbaycan hökumətini bütün vicdan məhbuslarını 

dərhal və qeyd-şərtdsiz azad etməyə və ifadə, təşkilatlanma və toplanma 

azadlıqlarına hörmət göstərməyə çağırmalı, oyunlar zamanı və ondan sonra 

bu təzyiqi davam etdirməlidirlər;

 Avropa Olimpiya Hərəkatını ehtiva edən Avropa Milli Olimpiya Komitələri 

öz hökumətlərinin Azərbaycandakı hücumları pisləmələrini rica etməli  

və hakmiyyəti bu insan haqları pozuntularını dayandırmağa çağırmalıdırlar. 

Avropa Oyunlarının keçirildiyi şərait və onun tarixdə qoyacağı irs bütün 

Avropa ölkələrini və Milli Olimpiya Komitələrini narahat etməlidir.



 16 AZƏRBAYCAN: REPRESSİYA OYUNLARI  

Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin