R Gəlirin faizlə dəyişməsi (R)
burada E% - gəlirə görə tələb elastikliyi əmsalı; R - gəlirdir.
Zinət əşyalarının gəlirə görə tələb elastikliyi vahiddən yuxarı, zəruri tələbat mallarmınkı isə aşağıdır.
Qiymətin dəyişməsindən asılı olaraq təklifin həcminin dəyişmə dərəcəsi təklifin qiymətə görə elastikliyini səciyyələndirir. Bu dəyişmənin ölçüsü təklifin elastiklik əmsalıdır ki, təklif həcminin qiymət artımına nisbəti kimi, yəni aşağıdakı düsturla hesablanır: Tj,s _ S -nin faizlə dəyişməsi 111 p P-nin faizlə dəyişməsi ’ burada Ef - təklifin elastiklik əmsalı; S - təklif; P - qiymətdir. Təklifin elastikliyi bazar qiymətinin nisbi dəyişməsinə müvafiq olaraq təklifin nisbi dəyişməsinin göstəricisi kimi çıxış edir. Əgər təklif olunan əmtəənin kəmiyyəti istənilən qiymətə satılmaq üçün dəyişməz qalırsa, onda təklif qeyri-elastikidir. Qiymətin cüzi azalması təklifi sıfıra endirirsə, qiymətin azacıq artması isə təklif artımını şərtləndirirsə, onda tam elas- tiki təkliflə qarşılaşmış oluruq
Təklif əyrisi şaquli olanda təklifin elastikliyi sıfra bərabərdir. Burada qiymətin dəyişməsindən təklif dəyişmir. Məsələn, I.Şişkinin «Şam meşəsində səhər» şəklinin təktif əyrisi tamamilə qeyri-elastikdir, çünki kəmiyyət dəqiq müəyyən olunduğundan (cəmi bir şəkil var), qiymət nə qədər artsa da, kəmiyyətin artması qeyri-mümkündür. Təklifin elastikliyi uzun müddətdə qısa müddətə nisbətən daha yüksəkdir. Bu istehsalçıların daha yüksək qiymətə uyğunlaşmasından irəli gəlir. Təklifin elastikliyi texniki tərəqqinin, istifadə olunan resursların kəmiyyət və keyfiyyət tərkiblərinin dəyişmələrinin təsiri altında dəyişir. Bu və ya digər əmtəənin istehsalında istifadə olunan resursların məhdudluğunun artması təklif elastikliyinin azalmasına gətirir.