MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə31/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   27   28   29   30   31   32   33   34   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Tələb həqiqi (əmtəə və xidmətləri real göstərilən tələb), realizə olunmuş (həqiqi tələbin bazarda alınmış əmtəə və xidmətlərdə realizə olunmuş hissəsi) və təmin edilməmiş (həqiqi tələbin lazımi əmtəənin olmaması və ya onların çeşi­dinin və keyfiyyətinin alıcıların tələbatlarına cavab vermə­məsi səbəbindən realizə olunmayan hissəsi) kimi növlərə bölünür. Təmin edilməmiş tələb ən müxtəlif formalar alır: gizli, aşkar, cari, mobil və toplayıcı. Bazar şəraitini düzgün başa düşmək, təmin edilməmiş tələbin aradan qaldırılması məqsədilə səmərəli ölçülərin götürülməsi üçün belə tələbin bütün formalarının - həm həcminə, həm quruluşuna, həm ayrı-ayrı əmtəələr, bölgələr, maddi təminat səviyyəsi ilə fərqlənən sosial-iqtisadi əhali qrupları (ailələr) üzrə daha dəqiq qiymətləndirilməsinə can atmaq lazımdır. İnsanların aldığı əşyaların qədəri həmişə əmtəənin qiymə­tindən asılıdır. Əmtəənin bazar qiyməti ilə ona göstərilən tələbin kəmiyyəti arasında həmişə müəyyən nisbət var. Əm­təənin yüksək qiyməti ona tələbi məhdudlaşdırır, həmin əm­təənin qiymətinin aşağı salınması bir qayda olaraq ona tələbin artmasına rəvac verir. Alınan əmtəənin qiyməti ilə kəmiyyəti arasındakı bu asılılığı qrafik şəklində əks etdirmək olar.
Fərz edək ki, əmtəə vahidinin qiyməti 5 dollar olanda bü­tün istehlakçılar tərəfindən bazardan 10 vahid əmtəə alınınr, əmtəə vahidinin qiyməti 4 dollar olanda 11, qiyməti 3 dollar olanda - 12, 2 dollar olanda - 15 vahid və qiymət 1 dollar olanda - 20 vahid əmtəə alınır.
Əmtəənin bazar qiyməti və ona tələbin pulla ifadəsi ara­sındanı belə nisbət tələb qrafini və ya tələb əyrisi adlanır.
Tələb əyrisi müəyyən zaman anında alıcıların müxtəlif qiymətlərə nə qədər əmtəə almağa hazır olduğunu göstərən əyridir.
Şənil 10.2.-də DD əyrisi yuxarıdan aşağı enir. Bu tələbin azalması qanunu ilə şərtlənir.
Tələbin azalması qanunu göstərir Kİ, bütün digər bazar şərtləri sabit qalmaqla hər hansı bir əmtəənin qiyməti qalxdığı təqdirdə həmin əmtəəyə tələb aşağı düşür. Və ya, başqa sözlə desən, bazara çoxlu əmtəə daxil olduqda və başqa şərtlər eyni olduqda belə onun qiyməti aşağı düşür.
Bu qanunu İİk dəfə fransız riyaziyyatçısı Antuan Ogüs- ten Kurno « Sərvət nəzəriyyəsinin riyazi prinsiplərinin təd­qiqi* əsərində vermişdi. Onun verdiyi tərifə görə əmtəə müəyyən, özü də azalan qiymət funKsiyasını yaradır. Belə müddəa tam əsaslandırılıb və bazarla ziddiyyət yaratmır. A.Kurnonun tələbin azalması qanunu belə ifadə olunur:
D = f (P),
Burada f(P)>0, D - tələb; f - funksiyadır; P — qiymətdir.
Bu qanun aşağıdakı asılılığı ifadə edir:

  • qiymətlər azalmağa meyllidirlər;

  • bu zaman tələb göstərilən əmtəənin kəmiyyəti əksinə, artır;

  • lakin tələb göstərilən əmtəənin kəmiyyətinin artması qiymətlərin azalmasından daha az baş verir;

  • tələb əyrisinin azalan olması da bundan irəli gəlir.

Tələbin azalması qanunu çoxsaylı amillərin təsiri altında
meyl kimi çıxış edir.
Tələb bütün amillərin funksiyasıdır:
D = F (P, I, Z, W, Psub, Pcom, N, B),
I - gəlir; Z - zövqlər; W(waiting) - gözləmələr; Psub - substitut əmtəələrin qiyməti; Pcoın - tamamlayıcı əmtəələrin qiyməti; N - alıcıların sayı; B - başqa amillərdir.

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin