MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


Bu mexanizmin işləməsi dilə tutmağa deyil, insan üçün təbii olan maddi rifaha can atmağa əsaslanır



Yüklə 1,26 Mb.
səhifə29/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   25   26   27   28   29   30   31   32   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Bu mexanizmin işləməsi dilə tutmağa deyil, insan üçün təbii olan maddi rifaha can atmağa əsaslanır.
İstehsalçı və istehlakçıların, satıcı və alıcıların iqtisadi vəziyyəti çoxsaylı amillərin təsiri altında dəyişən bazar kon­yunkturasından asılıdır.
Bazar konyunkturası bazarda əmtəə və xidmətlərin rea­lizə olunduğu hər bir zaman kəsiyi anında yaranan iqtisa­di şərtlər məcmusudur. O bazarın vəziyyətini səciyyələndirən iqtisadi göstəricilərlə: tələb və təklifin nisbəti, qiymətin səviyyəsi, bazarın tutumu, istehlakçıların tədiyə qabiliyyəti, əmtəə ehtiyatlarının vəziyyəti və s. müəyyənləşdirilir. Özü də tələb və təklifin nisbəti mühüm rol oynayır, çünki əksər vaxt satıcı və alıcıların taleyini məhz bu müəyyənləşdirir.
Mənfəətin dəyişməsi bazarın istehsala xəbər verən baro­metridir. Əmtəə istehsalçısı öz təsərrüfat fəaliyyətində labüd olaraq mənfəət maraqlarını əldə rəhbər tutur. Mənfəət qiy­mətdən, istehsal həcminin artmasından və kapitalın dövriyyə sürətindən asılıdır. Müəssisənin mənfəətə yönəlməsinin xa­rakteri tarazlı bazar və defisit iqtisadiyyat şəraitində kollek­tiv xudpəsəndlik yaranması və müəssisədə mənfəətin rolu­nun hədsiz şişirdilməsi zamanı dəyişir.
Bazar mexanizmini qiymətlərin yaranması və resursla­rın bölüşdürülməsi mexanizmi kimi, əmtəə satıcıları və alıcılarının onların kəmiyyəti, keyfiyyəti, istehsalın quru­luşunun müəyyənləşdirilməsində qarşılıqlı əlaqədə olması mexanizmi kimi səciyyələndirmək olar. Bazar mexanizminin dərk edilməsi onun fəaliyyətinin və ondan istifadənin əsasında duran iqtisadi qanunların aydın- laşdırılmasını tələb edir. Bu — dəyər (qiymət) və faydalılıq, rəqabət, azalan tələb, təklifin dəyişməsi, qiymət tarazlığı və s. qanunlarıdır.
Dəyər qanunu
Klassik ingilis və marksist siyasi iqtisadına görə, dəyər qanunu əmtəə istehsalının mərkəzi qanunudur. Bu qanuna görə əmtəə istehsalı və mübadiləsi və deməli, iqtisadiyyatın nisbətlərinin müəyyənləşdirilməsi ictimai zəruri əmək sərfinə müvafiq olaraq həyata keçirilir.

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin