MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə27/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   23   24   25   26   27   28   29   30   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

supermarketlər - əsasən ərzaq çeşidli özünəxidmət mağazaları;

  • superonterı - əsasən şəhərdən kənarda yerləşən tez xarab olan malların ticarəti üçün perspektivli mağazalar;

  • konvinnesonterlər - məhdud çeşidli yüksək hazırlıq dərəcəli məhsulların kiçik mağazaları (iri mağazalara əlavə kimi);

  • supertriado (superüçlük)- yüksək keyfiyyətli bahalı əmtəənin satışı ilə məşğul olan müasir ticarət mərkəzi, anbar-supermarket zonası, yaxşılaşdırılmış keyfiyyətli əmtəə satışı zonası olan iri mağazaların yeni modeli;

  • draqonterlər — əməliyatların yüksək dərəcədə avtomat­laşdırıldığı və kredit və debitor kartlarının qəbul olunduğu pərakəndəsatış müəssisələri;

  • diskaunt-mağazalar - orta keyfiyyətli malları nisbətən aşağı qiymətlərə satan və s. ucuzlaşdırılmış qiymətlər ma­ğazaları.

    Parakəndə konqlomeratlar - vahid sərəncamlı, bölgü və idarəetmə funksiyaları qismən inteqrasiyalı bir sıra müxtə
    4.5. Birjalar və bazar iqtisadiyyatında onların rolu
    Birja — kütləvi standart əmtəələrin topdansatış ticarə­tinin təşkilati forması və ya valyuta, iş qüvvəsi və qiymətli kağızların alqı-satqısı üzrə sistematik əməliyyatlar növüdür.
    Birja bazarın hərtərəfli təşkili üçün təyinatlanıb.
    Hazırda birja aşağıda göstərilən bir sıra funksiyaları ye­rinə yetirən dövlət səhmdar təsisatıdır:

    • ticarət üçün yer verilməsi (satıcı və alıcılar burada toplaşır və qiymətlər barədə razılığa gəlirlər);

    • birja hərraclarının təşkili;

    • ticarət qaydalarının, o cümlədən birja vasitəsilə satılan məhsulun standartlarının müəyyənləşdirilməsi;

    • alqı-satqı sövdələşmələri üzrə nümunəvi müqavilələr paketinin işlənib hazırlanması;

    • qiymətlərin təyini;

    • mübahisələrin tənzimlənməsi və ya arbitrajı;

    • informasiya fəaliyyəti;

    qiymətli kağızlar və ya əmtəələr üzrə sövdələşmə zama­nı müəyyən təminat vermək və əvəzində müəyyən haqq alma.
    Sövdələşmə (əməliyyat) - maliyyə alətinin (pul, bank sə­nədləri və s.) bir şəxsdən digərinə keçməsi ilə müşayiət olunan, birja əmtəəsinə münasibətdə hüquq və öhdəliklə­rin qarşılıqlı verilməsi haqqında razılaşmadır.
    Birjadakı bütün sövdələşmələri (əməliyyatları) aşağıdakı qruplara bölmək olar:

    1. real əmtəəyə görə sövdələşmə (əmtəə birjalarının əksəriyyətində real əmtəə göndərişinin payı ümumi əmtəə dövriyyəsinin 1-2%-dən artıq olmur) - bu zaman əmtəə sata­nın əlində olmalı və kontraktda göstərilmiş vaxtda yerinə çatdırılmalıdır. Belə müddətli sövdələşmələrə forvard söv­dələşmələri də deyirlər;

    2. sövdələşmə həyata keçirilən vaxt əldə olmayan əmtəə­lərlə (məsələn, gələn ilin məhsuluna görə) fyuçers sövdələş­mələri. Belə sövdələşmələr müəyyən müddətə bağlanılır və dəfələrlə təkrarən satıla bilərlər. Əslində bu əmtəənin özü­nün satışı deyil, ona olan hüququn alqı-satqısıdır. Bu əmtəə ilə deyil, onun verilməsi ilə bağlı öhdəliklərlə bağlı ticarət­dir. Fyuçers sövdələşmələri real əmtəəyə görə sövdələşmə za­manı bazar qiymətlərinin dəyişməsindən irəli gələ biləcək itkilərdən özünü sığortalamaq məqsədilə istifadə olunur. Fyuçers birja ticarəti - dünya bazar iqtisadiyyatının ən dinamik bölmələrindən biridir. Hazırda 54 adda əmtəə üzrə və illik dövriyyəsi 3 trilyon dollardan yuxarı olan 150-yə ya­xın fyuçers birjaları var. Fyuçers sövdələşmələrinin 85% Amerika, 8% ingilis, 6% yapon birjalarının payına düşür;

    3. mükafatlı sövdələşmə (opsion) ödəyənə seçim hüququ verir: müqavilədə göstərilən müddət ərzində öhdəliyi yerinə yetirmək və ya ondan imtina etmək. Mükafatı ödəyən satıcı da ola bilər (əmtəəni daha baha qiymətə başqa alıcıya satır), alıcı da (əmtəəni daha ucuz alıb baha qiymətə satır və gəlir əldə edir). Qiymətlər dəyişməzdirsə və ya aşağı düşürsə, ödə­yən sövdələşmədən imtina etmək hüququna malikdir, bu hal­da mükafat alıcıya qalır. Birja oyunlarının mənası bundadır;

    4. sığortalayıcı əməliyyatlar və ya hecirləmə iki növdür: a) birja müqavilələrinin satışı («qısa» hecirləmə); b) birja müqavilələrinin alışı («uzun» hecirləmə). Bu əməliyyatlar qiymət dəyişməsi zamanı gəlirin riskdən qorunması aləti kimi çıxış edir.

    Hecirləmə möhtəkirliyin (yeganə məqsədi qiymət dəyiş­mələrində gəlir əldə etmək olan birja sövdələşmələri) əksi olan məfhumdur.
    Hecirləmə məfhumu bank, birja və kommersiya təcrübəsin­də itkilərin qarşısını almağın müxtəlif metodlarını qeyd etmək üçün işlədilir. Hecirləmənin ən geniş yayılmış növü (metodu) müddətli (müqaviləli) sövdələşmədir. Hecirləmə real əmtəə bazarı və birja arasında tarazlığı saxlamaq deməkdir;

    1. qiymətin sonradan müəyyən edildiyi sövdələşmə («on- kol» sövdələşmələr); icra olunmalı, əmrli sövdələşmələr. Bu halda bir tərəf digərinə müqavilənin imzalandığı vaxtla əmtəə­nin göndərilməsi arasındakı istənilən anda qiyməti müəyyənləş­dirmək hüququ verir. Burada qiymət iki elementdən əmələ gəlir:

    • birja qiymət təyini (fyuçers);

    • onlarda (bazisdən) əlavələr və ya güzəştlər. Adətən bazis birja qiymətindən 3%-dən artıq olmur.

    Qiymət təyini (kotirovka) əmtəə, qiymətli kağızlar, istəni­lən pul öhdəliklərinə cədvəl halma salınmış satıcının qiymə­tinin və alıcının qiymətinin müəyyənləşdirilməsidir; başqa sözlə, qiymət təyini əmtəə, səhmlər və onlarrn alqı-satqısı, o cümlədən qiymətlər haqqında informasiyam əks etdirən cədvəllərdir.
    Birja əmtəəsinə - birja ticarəti predmetinə xüsusi tələb­lər göstərilir ki, əsasları bunlardır: istehsalın kütləviliyi, standartlıq, sabit tələb.
    Birjada fəaliyyət göstərirlər:

    • dəllal (makler) - birjada yeri olan, müştərilərin tapşı­rığı ilə və onların hesabına sövdələşmələr aparan, hüquqi şəxs statusuna malik və müəyyən birja əməliyyatları üzrə ixtisaslaşan şəxsdir;

    • broker maraqlı tərəflər (müştərilər) arasında sövdələş­mənin aparılmasına kömək edən vasitəçi; adətən müştərilərin tapşırığı və onları hesabına müqavilə bağlayır və buna görə haqq alır; brokerlər müştərilərə əlavə xidmətlər də: bazarın öyrənilməsi, reklam, kredit - göstərə bilirlər;

    • diler çox vaxt öz adından və öz hesabına əmtəənin ye­nidən satışı ilə məşğul olan şəxs və firmanı bildirən ümu­miləşdirilmiş məfhumdur. Dilerin qazancı əmtəəni alıb satdığı qiymətlər arasındakı fərq hesabına yaranır.

    Birja fəaliyyətinin başqa bir növü - valyuta birjaları heç də az əhəmiyyətli deyil. İqtisadiyyatın inkişafının hazırkı mərhələsində Rusiya bazarına xarici valyutanın gəlişi mübadilə zərurəti yaradır, çünki xarici tərəfdaşlarla hesab­laşma üçün vəsait tələb olunur. Hazırda Rusiyada valyuta birjalarının əsas funksiyaları bunlardır:

    • valyuta resurslarına tələb və təkliflərin toplanılması;

    • bankların nağdsız əməliyyatları üzrə rublun vahid kursunun müəyyənləşdirilməsi;

    • valyuta sövdələri bağlananda əlavə təminatların təmin edilməsi;

    • sövdələr üzrə xarici valyuta və rublla hesablaşmaların təşkili və aparılması;

    • xarici valyutanın rubla nisbətdə cari kursunun müəy­yənləşdirilməsi;

    • valyuta bazarında baş verənlər haqqında informasiya­nın toplanması və təhlili.


    Yüklə 1,26 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   23   24   25   26   27   28   29   30   ...   166




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin