4.2. Bazar sisteminin çoxmeyarlılıq xarakteri Alıcı bazarında təklif tələbdən çox olmalıdır, bu halda alıcı müxtəlif növ əmtəələri, onların qiymətlərini müqayisə edir və bu və ya digər əmtəəni seçir. Burada istehsalçı və ticarətçilərin rəqabəti mövcuddur, bu müasir inkişaf etmiş milli və beynəlxalq bazarlar üçün səciyyəvidir.
Satıcı bazarıtələbin təklifdən xeyli çox olması ilə səciyyələnir. Burada əmtəə və xidmətlərin kəmiyyəti əsas rol oynayır, keyfiyyətə minimum diqqət yetirilir. Satışqabağı və satışdan sonrakı servisin adı belə çəkilmir, hər şey o saat, yerindəcə satılır, çünki istehsalçılar arasında rəqabət yoxdur, əmtəə çeşidi kasaddır. Ticarət: “Nə verirlər, onu da götür” prinsipi ilə işləyir. Bizim bazar belədir.
Dövlət təşkilatları bazarıhakimiyyətlərinin icrası ilə bağlı öz əsas funksiyalarını yerinə yetirmələri üçün zəruri olan əmtəələri alan və ya icarəyə götürən dövlət təşkilatlarının, federal orqanların, yerli hakimiyyət orqanlarının alqı- satqı aktlarının məcmusundan ibarətdir.
Aralıq satıcı - vasitəçilər bazarıəmtəəni özünə xeyir qalmaqla təkrar satış məqsədilə alan və ya başqa istehlakçılara icarəyə verən şəxslər və təşkilatların iqtisadi münasibətlərinin məcmusunu ifadə edir.
İctimai əmək bölgüsünə görə fərqləndirilirlər:
yerli (lokal) bazar;
region bazarı;
milli bazar;
dünya bazarı.
Dünya bazarı iqtisadi əlaqələri yalnız beynəlxalq ticarətlə (o cümlədən lisenziyalar, xidmətlər, kapitalın beynəlxalq hərəkəti və s.) müəyyənləşmiş müxtəlif dövlətlərin milli bazarlarının məcmusu deyil, həm də keyfiyyətcə yeni səviyyədir. Təsnifatın başqa meyarlarını da göstərmək olar. Mükəmməllik səviyyəsinə görə:
bir və ya öz aralarında əlaqəli olan bir neçə tələbatı ödəməyə yönəldilmiş və bir-birinə uyğun gələn bir sıra əmtəələrin mövcud olduğu geniş çeşidli bazar;
aralarında əlaqə olmayan müxtəlif əmtəələr təmsil olunmuş qarışıq bazar.
Xarici ölkələrin iqtisadiyyatında aşağıdakı bazarları da fərqləndirirlər: hərraclar, uzunmüddətli müqavilələr, tele- fon-teleks bazarı, birdəfəlik sövdələşmələr, birja ticarəti. Tenderlər (ticarət) - bu ticarətin bölgülü formasıdır ki, bu zaman alıcı ticarət vasitəsilə sifarişlərin yerləşdirilməsi haqqında qərar qəbul edən texniki və kommersiya ekspertlərinin, idarə heyətinin nümayəndələrinin, alıcıların və başqa iştirakçıların daxil olduğu tender komissiyasının köməyi ilə müəyyən texniki-iqtisadi səciyyələri olan əmtəəyə satıcılarüçün müsabiqə elan edir. İnkişaf etmiş sivil bazar inkişaf etmiş infrastrukturun olmasını tələb edir.